İsveçrə Super Liqasında 2016/17-ci il mövsümünün çempionu bəlli olub
Çempionatın 30-cu turunda səfərdə "Lutsern"i 2:1 hesabıyla məğlub edən "Bazel" bitimə 6 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Belə ki, "göy-qırmızılar" bu qələbəylə 2-ci pillədə qərarlaşmış, bir oyun az keçirmiş "Yanq Boyz"u 24 xal qabaqlayaraq, ən yaxın izləyicisi üçün əlçatmaz olub.
Qeyd edək ki, bu, "Bazel"in ardıcıl 7-ci olmaqla, ümumilikdə, 20-ci çempionluğudur. (apasport.az)
pia.az