Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir nazir yolun sonunda - Samir Şərifovun nazirlik dönəmi bitir...


Əcəba, Cahan gir Hacıyev “Samir Şərifov” dedi, Vidadi Zeynalov “Samir Şərifov” dedi. Yəni bunların hamsı şərmi atdı?


İlk əvvəl Cahangir Hacıyevin məhkəmədə “Samir Şərifov mənim yanımda oturmalıdır”, deməsi, ardınca “qara bazar”ın qaydasız fəaliyyəti, dövlətə və manata açıq savaş acması, bu gün isə “MTN işi” cinayətində həbs olunan Vidadi Zeynalovun “Maliyyə nazirliyinin adamları gəlməsə ifadə verməyəcəm” deməsi artıq sondur.

İki gün öncə prezident İlham Əliyevin sərəncamı ilə iki nazirlik ləğv edildi. 15 il nazir olan Ziya Məmmədov vəzifəsindən uzaqlaşdırıldı. Bu 2017- ilin ilk yüksək çinli məmurunun işdən çıxarılması kimi yadda qaldı.

Siyasi və istisadi ekspertlər hesab edir ki, Azərbaycanda bu kimi kadr islahatları davam etməlidir. Bir neçə nazirlik ləğv olunmalı və ya birləşdirilməlidir. İqtisadi böhran zamanı belə addımların atılması, oliqarxlaşmış məmurların qismən kənarda saxlanması daha vacibdir.

Bizimxeber.az xəbər verir ki, beynəlxaq ekspertlərə görə, iqtisadi böhran zamanı sadə vətəndaşlardan daha çox yüksək çinli məmurlar ziyan çəkir və bu onları yeni-yeni oyunlara sövq edir. Bu isə vəziyyəti daha da çətinləşdirir, məmur-oliqarx-biznesmenləri üz-üzə qoyur. Nəticədə sadə vətəndaşlar yada düşmür.

İqtisadi böhran görən dövlətlərin bu vəziyyətdə atdıqları addımlara diqqət etsək görərik ki, ilk qabaqlayıcı addım ölkənin maliyyə sektorunda atılır. Bunun fonunda indi əsas diqqət Azərbaycan Maliyyə Nazirliyinə yönəlir.

Lakin, son aylar baş verən siyasi-iqtisadi prosesslərə diqqət etsək görərik ki, Maliyyə naziri Samir Şərifov çaşqın və susqun vəziyyətdədir. Daha böyük postgara iddialı olan Şərifov cəmi bir neçə gedişdə iflasa uğradı.

İlk əvvəl Cahangir Hacıyevin məhkəmədə “Samir Şərifov mənim yanımda oturmalıdır”, deməsi, ardınca “qara bazar”ın qaydasız fəaliyyəti, dövlətə və manata açıq savaş acması, bu gün isə “MTN işi” cinayətində həbs olunan Vidadi Zeynalovun “Maliyyə nazirliyinin adamları gəlməsə ifadə verməyəcəm” deməsi artıq sondur. Əcəba, Cahan gir Hacıyev “Samir Şərifov” dedi, Vidadi Zeynalov “Samir Şərifov” dedi. Yəni bunların hamsı şərmi atdı?

Faktiki olaraq Maliyyə nazirliyi dövlətin büdcəsini düzgün bölə bilmir. Zaman-zaman da bu addım düzgün atılmayıb. Sadəcə manatın dollara nisbətdə guclu və bol olması bunu bizə hiss etdirməyib. Odur ki, indi nazir Samir Şərifov susaraq atacağı addımın nə olacağını və ya ona qarşı hansı addımın atılacağını belə bilmir. Necə ki, Ziya Məmmədov bilmirdi, çaşqın, susqun və xəbərsiz…

Amma yaxın zamanlarda yəqin ki, ona istiqamət veriləcək. Daha doğrusu, Maliyyə Nazirliyi ilə Verilər Nazirliyi birləşdirləcək. Yeni və daha işlək nazirlik yaradılacaq. Dünyanın əksər ölkəsində vergi və maliyyə nazirliyi birgə çalışır. Məhz yaxn aylarda da Azərbaycanda belə birləşmə gözlənilir.

Bizimxeber.az-a daxil olan mıəlumata görə, bu kimi sərəncamlar prezident İlham Əliyevin iradəsindədir. Amma prosesslər bu birləşməni labud edib. Elə isə yeni yaradılan nazirliyin rəhbəri kim olacaq? Samir Şərifov yoxsa, Fazil Məmmədov?

Diqqət ediriksə bu qarışıq prosesslərdə Vergilər naziri Fazil Məmmədovun adı Samir Şərifovdan fərqli olaraq məhkəmələrdə, “qara bazar”da hallanmadı. Həmçinin 2016-ci ilə Vegilər nazirliyi vergilərin əsasən elektron yığımında, onların idarə olunmasında ugur əldə etmiş kimi göründü. Zaman-zaman diğər məsələlərdə adı hallanan Fazil Məmmədovun konkret Eldar Mahmudov oyununda iştirakçı olmadığı ortaya çıxdı. Bütün bunlar onun yeni nazir olaraq şanslarını artırdı. Yüksək postlara iddialı görünən daha gənc nazir olan Samir Şərifov prosessləri düzgün tənzimləyə bilmədiyi üçün günahlandırıldı və bu hələ də davam edir.

Bir sözlə, Azərbaycanın gələcəkdə prespektivli nazir statusunu qazanmış və bəlkə də daha yüksək postlar üçün önə çəkilmiş Samir Şərifov indi etimadı itirmiş nazir hesab olunur. 

Mənbə: Bizimxeber.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar