Bazar, 24 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Daha bir kredit təşkilatı müflis elan edildi


Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinin bu ilin mayın 25-də qətnaməsi ilə borclu-bank olmayan kredit təşkilatı “Vijn Fond AzərKredit” MMC müflis elan edilib


“APA-Economics” Vergilər qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, “Gəncə Konsultant” ASC BOKT-un əmlak inzibatçısı təyin edilib.

Kreditorlar borcluya qarşı olan tələblərini bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə müraciət edə bilərlər.

Kreditorların ilkin yığıncağı bu ilin iyulun 26-da keçiriləcək.

Qeyd edək ki, “Vijn Fond Azərkredit” Azərbaycan manatının 2015-ci ildəki devalvasiyasından sonra kredit ödənişlərinin gecikməsi və buna görə kreditorlar qarşısında öhdəliklərini vaxtında yerinə yetirə bilmədiyindən iflas elan edilməsi iləbağlı bu ilin fevralın 22-də məhkəməyə müraciət etdiyini bəyan edib.

pia.az
Etiket:
loading...