Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir fəal Müsavatdan xaric edilib


Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti toplantısı keçirilib


MNTK sədri Sevinc Hüseynovanın APA-ya verdiyi məlumata görə, iclasda Müsavat Partiyası Ağstafa rayon təşkilatının üzvü İsmayıl Nəzərlinin (İsmayıl Kəsəmənli) sosial şəbəkələrdə partiya Nizamnaməsinə zidd olaraq, xüsusilə parlament seçkilərinə start verildikdən sonra partiya rəhbərliyinin, sabiq başqan İsa Qəmbərin ünvanına yazdığı təhqiredici və aşağılayıcı yazılar və mətbuata verdiyi müsahibələr müzakirə olunub:

 “MNTK geniş müzakirələrdən sonra partiyanın üzvü İsmayıl Nəzərlini Müsavat Partiyası Nizamnaməsinin preambulasının 6-cı və 1.9-cu bəndlərinin və proqramının təməl prinsiplərini müəyyən edən II bölməsinin 6-cı bəndinin tələblərinə əməl etmədiyinə görə partiya sıralarından xaric etmək haqqında qərar qəbul edib”.
 
Daha sonra İsa Qəmbərə qarşı apardığı təbliğata görə partiyanın Sabunçu rayon təşkilatının üzvü Elşən Həsənova xəbərdarlıq olunub.
 
Qeyd edək ki, İsmayıl Nəzərli (Kəsəmənli) başqanlığa keçmiş namizəd, partiyadan xaric olunmuş Qubad İbadoğlunun fəal tərəfdarlarından biridir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar