Xəbər xətti

27 MAY

11:44 İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib

11:36 Fransanın xarici işlər naziri Bakıya gəlib - Yenilənib

11:30 Gürcüstan 2021-ci ildə NATO-ya daxil olacaq

11:23 Xəstəxanada yalnız 2 gün qala bildi

11:18 Tramp fikrini dəyişdi: “Görüş yeri və vaxtı dəyişməz qalır”

11:13 İranda zəlzələ olub- 4,1 bal gücündə

11:05 XİN Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyanat yaydı

11:00 İsrail aviasiyası HƏMAS-ın mövqelərinə zərbələr endirdi

10:55 Azad Rəhimovun qudası Binəqədiyə icra başçısı gətirilə bilər

10:48 Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası

10:43 Paşinyan oğlunu Qarabağa - ön cəbhəyə yolladı

10:37 Ekspert: “MİDA-ın təcrübəsi və bazarda tənzimləyici orqan kimi funksiyası zəifdir”

10:31 “SOCAR Ukraynada biznesin inkişafını nəzərdən keçirəcək”

10:26 Kolumbiyada prezident seçkiləri keçirilir

10:21 Kürdə biogen maddələrin miqdarı normadan artıq çıxdı

10:15 Prezident: “Təhsil əsas hərəkətverici qüvvədir”

10:10 Cənubi Koreya lideri KXDR və ABŞ-ı birbaşa dialoqa çağırıb

10:04 Ermənistan silahlı bölmələri atəşkəsi 86 dəfə pozub

9:48 Bu gün bürcünüz nələr vəd edir?

26 MAY

22:00 Paşinyan kütləvi həbslərə başladı

21:54 Məşhur aktrisa albom çıxarır

21:48 DİM imtahan nəticələrini açıqlayıb

21:35 İlham Əliyevin oğlu məzun oldu

21:27 Axtarışda olan 28 nəfər saxlanılıb

21:13 İlham Əliyev ADA Universitetində

21:07 Ramazanın on birinci gününün duası və təqvimi

20:55 Bayılda avtomobil azyaşlı uşağı vuraraq öldürdü

20:49 Əncirin faydaları

20:38 ABŞ Venesuelada hərbi çevriliş hazırlayır

20:24 Kafedə bıçaqlanan kənd sakini xəstəxanada öldü

20:12 “Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”

20:01 Sumqayıtda qadın ona vurulan səhv iynədən ölüb

19:55 Azərbaycan ordusu Naxçıvan istiqamətində irəlilədi

19:47 “Deyirlər ki, müğənnilərin hesabına özümü reklam edirəm”

19:41 Ronaldo aktyor olmaq istəyini açıqladı

19:35 İrlandiyada abortun ləğvi üçün referendum keçirilir

19:29 Bakı-Quba yolunda qəza: 4 yaralı

19:23 Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb

19:17 Ərdoğan: “Pulunuzu dollara çevirməyin”

19:10 Qısa ətək geymək qadağan olundu

19:03 Nazir sosial müdafiə sistemində şəffaflığı təmin etməyi tapşırdı

18:51 İlham Əliyev efiopiyalı həmkarını təbrik edib

18:42 Putin “DÇ-2018”dəki favoritini açıqladı

18:36 Azərbaycan içki ixracını iki dəfə azaltdı

18:30 AXCP-yə qarşı cinayət işi qaldırıldı

18:23 Aynur Dadaşova yenidən sənətə qayıtdı

18:18 Makrondan İlham Əliyevə təbrik

18:11 Salyan sakinin evindən silah tapıldı

18:06 Moskvada vandal məşhur rəsmə zərər vurub

18:00 Fransada atışma: ölənlər var

17:52 National Geographic: “Azərbaycan təəccübləndirməyə qadirdir”

17:46 Gürcüstanda müstəqillik günü qeyd olunur

17:41 Ərdoğan: “Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək”

17:35 Yəməndə milli barışıq elan edilir

17:30 İsveçrə millisinin ilkin heyəti açıqlandı

17:24 “Prezident yeni xidməti məhz buna görə yaratdı”

17:19 “ABŞ bazalarına ilk zərbəni biz endirməyəcəyik”

17:13 İtaliyanın dövlət başçısından İlham Əliyevə təbrik

17:08 “Beşiktaş”dan ilk transfer

17:04 Suriyada nöbvəti terror: 2 ölü, 50 yaralı

17:00 1 gündə 21 borclu şəxs tutuldu

16:53 Dövlət Neft Fondu fəaliyyəti dövründən bəri gəlirlərini açıqladı

16:48 Şirvanda 62 yaşlı qadın itkin düşüb

16:42 Türkiyədə tələbələrin avtobusu yandı: 14 yaralı

16:38 Sosial şəbəkədə qadınları şantaj edən şəxs tutulub

16:34 Koreya liderləri yenidən görüşdü

16:30 Qusarda traktor kanala aşdı: 1 ölü

16:26 “Total” şirkəti “Şimal axını-2“ qaz kəməri layihəsində iştirakdan imtina etdi

16:23 Deputat: “Özümü 40 yaşında hiss edirəm”

16:17 Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq

16:12 Qızqaçırma adam oğurluğudurmu?

16:08 “Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır”

16:05 Tütün və tütünün sənaye əvəzedicilərinin ixracını 20% artırıb

16:00 Göygöldə yük maşını aşıb: 2 ölü

15:56 Daxili işlər naziri Bərdədə vətəndaşları qəbul edib

15:52 Almeyda yığmadan kənarlaşdırıldı

15:47 Masallıda 16 yaşlı qız itkin düşüb

15:43 Sarkisyan Marqvelaşvilini İrəvana dəvət edib

15:38 Naxçıvanda 5 məhkum əfv olundu

15:35 Azərbaycanlı tələbə özünü öldürdü

15:31 Nazənin onu tənqid edənlərə cavab verdi

15:27 Sabahın hava proqnozu

15:23 Finlandiya prezidentindən təbrik

15:19 ASAN E-gov modeli Cənubi Koreyada təqdim olunub

15:15 Zəncirvari qəzada 19 nəfər öldü

15:12 Bakıda simsiz rabitənin əhatəsi genişləndirilir

15:09 Futbolçular və azarkeşlər hakimi döydülər

15:05 Astarada evdən 25 min oğurlanıb

15:00 Azərbaycanlı gənc təhsil haqqını kazinoda uduzdu və intihar etdi

14:54 Bakıda yol qəzası: ölən və yaralanan var

14:48 “Ədəbiyyat adamı” mükafatı təqdim olundu

14:42 Bakıda yenə nömrəsiz maşınlar şütüyür - Foto

14:36 Astarada polisi silahla hədələyən şəxs saxlanıldı

14:30 Mundialın açılış saatı açıqlandı

14:24 “Ona nə qədər xərc çəkdim” - Nazənin ölən qardaşı haqda

14:18 Kimsəyə sirr deyil, deputatdan başqa…

14:12 Masallıda 16 yaşlı qız itkin düşüb

14:06 83 yaşlı qadın intihara cəhd edib

14:00 Bu müəllimlərin maaşı artacaq

13:47 “Ağır şərtlər altında yoxdan dövlət quruldu” - Şahin Məmmədov

13:44 Nazir sərxoş halda qadınlarla tutuldu - Fotolar

13:38 ““Real Madrid“ güclüdür, amma...” - Klopp meydan oxudu

13:32 Bakıda qadınları rüsvayçılıqla şantaj edən şəxs tutuldu

13:26 Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb

13:20 57 yaşlı aktyor ilk dəfə evləndi

13:14 Bakıya 350 kilo dopinq gətirildi

13:08 “Məcburi köçkünlərin 12 faizi yoxsuldur” - Dövlət Komitəsi

13:02 Azərbaycanda müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb

12:57 Qəzalı obyektlərdə yaşayan köçkünlərlə bağlı rəy - “Dərhal köçürülməli…”

12:51 AXCP rəhbərliyindən daha 3 nəfər həbs olunub

12:45 Ölən “bomj”un arxasınca son model “Audi”də gəliblər – Bakıda

12:39 Bakıda gecə klubunun qarşısında kütləvi dava olub

12:33 İmperator II Nikolayın varisi Krım körpüsündən keçəcək

12:27 Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin gündəliyi açıqlandı

12:21 63 yaşlı müğənnimiz efirə hamam xalatında çıxdı - Video

12:15 İsrail parlamentindəki saxta “soyqırım” müzakirələri Bakını da təhdid edir

12:09 Kustar oliqarxlar Azərbaycanda sənayenin strateji sahəsini dağıtdı

12:03 Ərdoğan Qüdsə “Müsəlman NATO-su” göndərmək istəyir

11:58 Bu dəfə o, təcavüzdə ittiham edilir

11:52 Sabiq MTN polkovnikinin şikayəti əsasında məhkəmə başlayıb



İQTİSADİYYAT

...

Daha bir dövlət qurumunda talan aşkarlandı

Tarix 12.05.18, 12:55

Font ölçüsü : - / +
bitmap-img6


“1 milyard manat ortalıqda yoxdur”


Əkrəm Həsənov: “Neçə vaxtdır Fondun fəaliyyətinin yoxlanmasını tələb edirdik”.

“Azad Cavodava yaxın adamlarının adına Avropa ölkələrindəki Banklara 100 miliyon dollardan cox pul vəsaiti yerləşdiriblər”

Məlumat verdiyimiz kimi, Hesablama Palatası Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətində ciddi maliyyə və hüquqpozmaları aşkar edib. “Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabata görə, ləğv prosesində olan “Zaminbank”, “Kredobank”, “Yunayted Kredit Bank”, “Bank of Azerbaijan”, “Gəncəbank”, “Parabank”, “Bank Technique”, “Royalbank”, “Dekabank” və “Atrabank” ASC-lərdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən (ləğvedici) həyata keçirilən əmanətçilərə kompensasiya ödənişləri  üzrə ciddi maliyyə və hüquqpozmaları aşkarlanıb. Palata qanunvericiliyə uyğun olaraq hesabat ilində başa çatdırılmış nəzarət tədbirləri üzrə müvafiq materialları Baş Prokurorluğa göndərib.

Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə, nəzarət tədbirləri üzrə cinayət işi açılıb və müvafiq tədbirlər görülməkdədir.

Hesabatda həmçinin qeyd olunub ki, Əmanətlərin Sığortalanması Fondunda aparılmış audit tədbiri üzrə ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının əmanətçilərinə kompensasiya ödənişləri ilə bağlı materiallar isə müvafiq qaydada Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib: “Dövlət Təhlükəsizlik Xidmətindən Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə, nəzarət tədbirinin nəticələri üzrə materiallar açılmış cinayət işi üzrə araşdırılmaqdadır”.



Ona yaxın bankın əmanətlərinin kompensasiya olunmasında hansı qanunsuzluqlar mümkündür? “StandardBank” üzrə materiallar niyə məhz DTX-yə göndərilib? Sualları cavablandıran bank sahəsi üzrə mütəxəssis, “StandardBank” Kreditorlar Komitəsinin rəhbəri Əkrəm Həsənov deyir ki, “StandardBank” Azərbaycan tarixində ən böyük müflislik hadisəsidir: “Ümumiyyətlə, bəlkə də dünya tarixində bu bankın müflisləşməsi, ona dəyən zərər qədər ikinci bir müflisləşmə olmayıb. Təsəvvür edin ki, ”BankStandard”ın 1,2 milyard manat borcu qalıb, əmlakı isə deyilənə görə, cəmi 200 milyon manatdır. Bu, 6 dəfə fərq deməkdir, 1 milyard manat ortalıqda yoxdur. Dünyada bəlkə də bu qədər fərqlə yeganə müflisləşmə halıdır. Buradan açıq-aşkar görünür ki, bu bank çoxdan müflisləşibmiş. Və dövlət orqanlarının özündə problem olub ki, bunu vaxtında üzə çıxarmayıblar. Ya indi əlbir olublar, ya korrupsiya olub. Bu məsələ dövlət təhlükəsizliyinə aid olan məsələdir. Digər tərəfdən, qanunvericiliyə əsasən müflis olan banklarda sığortalanmış əmanətləri Əmanətlərin Sığortalanması Fondu ödəyir, sonra bankın əmlakını sataraq öz verdiyi vəsaitləri geri qaytarır. Yalnız bundan sonra digər kreditorların vəsaitləri qaytarılır. Əmanətlərin Sığortalanması Fondu “StandardBank” üzrə 440 milyon manata yaxın vəsait xərcləyib, daha 10 milyon manat da ləğvetmə xərclərinə çıxır. Bu isə o deməkdir ki, Fond bankın əmlakını satmaqla əmanətçilərə verdiyi pulun heç yarısını da çıxara bilməyəcək. Bütün verilən pullar isə dövlətindir. Bundan əlavə, “StandardBank”da SOCAR, “Azercell” kimi iri, əsasən də dövlət şirkətlərinin pulları qalıb. Bu baxımdan da məsələ dövlət təhlükəsizliyinə gedib çıxır. Ötən il Kreditorlar Komitəsi qərar qəbul etdi və mən bu bankla bağlı bütün sənədləri Dövlət Təhlükəsizlik Xidmətinə göndərdim. Xahiş etdik ki, məsələni öz nəzarətlərinə götürsünlər. Yəni digər banklarda vəziyyət bu bankdakı qədər pis deyil”.



Digər10 bankın əmanətlərinin kompensasiya edilməsi prosesindəki qanun pozuntularına gəlincə, hüquqşünas deyir ki, burada bir variant mümkündür: “Düşünürəm ki, burada söhbət sığortalanmayan əmanətlərə də sığortalanmış donu geydirib kompensasiya ödənməsindən gedə bilər. Bildiyiniz kimi, əmanətlər o halda sığortalanmış sayılır ki, milli valyutada illik faiz dərəcəsi 15-i, xarici valyutada isə 3-ü ötməsin. Bu halda  Əmanətlərin Sığortalanması Fondu məbləğindən asılı olmadan əmanətləri kompensasiya etməlidir. Əsas ehtimal budur ki, sığrotalanmayan əmanətləri də hansısa yollarla, tutalım ki, sənədləri saxtalaşdırmaqla bu tələblərə uyğunlaşdırıb dövlət hesabına kompensasiya ediblər. Deyim ki, Kreditorlar Komitəsinin rəhbəri olandan sonra belə variantın mümkünlüyü ilə bağlı mənə çox söz-söhbətlər gəlib çatıb. Məlumatlar gəzirdi ki, hansısa banklarda bu əməllərə yol verilir. Bu baxımdan, düşünürəm ki, aşkarlanan əsas qanun pozuntuları bu əməllərlə bağlı olub. Bu, əlbəttə, kobud qanun pozuntusudur. Ona yol verənlər cəzalandırılmalıdır. Onu da qeyd edim ki, bu işlər Fondun əvvəlki rəhbərliyinin dövründə olub”(musavat.com).




“AzPolitika.info” qeyd edir ki, talanın baş verdiyi dövrdə  Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini Azad Cavadov tuturdu. Azad Cavadovun səlahiyyət müddəti bitdiyi üçün ötən ilin avqustunda vəzifəsindən azad olunub.  A. Cavadov 2007-ci ilin iyun ayından Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru kimi fəaliyyət göstərib.

Hələ Fondunun icraçı direktoru  işləıdiyi dövrdə Azad Cavadovla bağlı ciddi ittihamlar səsləndirilib. Məsələn adının açıqlanmasını istəməyən bank işçiləri keçmiş həmkarları Azad Cavadovu bank kreditlərinin mənimsənilməsində, vəzifə səlahiyyətlərindən sui – istifadə edərək fəaliyyətinə xitam verilmiş banklara məxsus miliyonlarla dollar pulun və əmlakın mənimsənilməsində ittiham edib:   “Biz sizə əmanətlərin sığortalanması fondunun keçmiş  icraçı direktoru Azad Cavadovun tabeçiliyində olan 11 bankdan və birbaşa Azad Cavadova məxsus olmaqla qızı tərəfindən idarə olunan, bu gunə kimi mətbuata səhmlərinin adı açıqlanmayan Fınex lizinq (bokt) Şirkəti haqqında danışacağıq.

Fınex lizinq (bokt) Şirkətinin icraçı rəhbəri Azad Cavadovun İsgəndər adlı bacısı oğludur. İsgəndər və şirkətdə sözü keçən Azad Cavadovun qaynı Ramiz, DTX – nın və Prezident Aparatının Bank sektoruna nəzarət edən şöbələrinin əməkdaşıları ilə birləşərək bank əməliyyatlarından sui – istifadə etməklə qısa muddət ərzində miliyonlarla dollar çirkli pullar əldə ediblər. 

Azad Cavadovun qızı Şifahi xanım və həyat yoldaşı Afət xanım (Mərkəzi Bankın valyuta əməliyyatları şöbəsinin müdiri) ailənin 2-ci yeznəsi olan Tamerlan (Accesbankın mikro kreditlər uzrə rəisidır) və Tamerlanın  komandasinda yer alan  Səbuhi Rüfət və Nurlan adlı şəxslər ölkədə bağlanmış 11 banki ailə biznesi və öz sərvətləri  hesab edərək talayıblar.

Azad Cavodava yaxın adamlarının adına Avropa ölkələrindəki Banklara 100 miliyon dollardan cox pul vəsaiti yerləşdiriblər. Bu şəxslər müflis olmuş Banklara məxsus olan daşınar və daşınmaz əmlakları hədiyyə adıyla mənimsəyiblər.

Belə ki, Azad Cavadov “Bank Standard”a məxsus olan dəyərı 200 000 manat dövlət qeydiyyat nomrəsi 10 AA165  olan 2016 – cı il buraxılışlı son model  “Merceses S class” markalı avtomobıli oz qapısında  gizlədərək mənimsəyib və  eyni zamanda  “Bank Standard”a məxsus olan dəyərı 150000 manat olan “Lexsus 570 LX” markali avtomobıli ova getmək məqsədi ilə  özunə məxsus Goradildəki bagında saxlayır.

Azad Cavadov muflis olmus banka məxsus olan son model Mersedes E klass markalı dövlət nömrə nişanı 99 AF 310 olan avtomobili vəzifə səlahiyyətlərindən sui istifadə edərək mənimsəyib və banka heç bir vəsait ödəmədən oz əmlakı kimi bacısının ərinə bagışlayıb.

Azad Cavadov işlədiyi müddətdə müflis olaraq baglanmış 11 bankın (Royalbank, Bank of Azerbayjan, Qafaqaz İnkisaf Bankı, Texnikabank, Kredobank, Dekabank, Parabank, Zamınbank, Atrabank) tabeçiliyində olan işçilərlə qeyri – insani rəftar edib, Əmanətlərin Sıgortalanması Fondunun prosedur qaydalarına zidd hərəkət edərək sığrtalanmayan əmanətlərın 50%- ni nagd şəkildə rüşvət  alaraq sıgortasız ödənişlər verib. Bu işlərdə  məsələlərın hüquqi tərəfini həll etməyi isə Ramil Tahirova həvalə edib.



Biz bank sektorunda çalışan insanlar görulən bütün bu işlərdə Azad Cavadovun öz tələbəsi olmuş Rüfət Aslanlının əlinin oldugundan əminik. Çünki hər həftənın 5-ci və 6 -cı günləri, hətta təxirə salınmaz görüşə ehtiyac olduğu zaman həftə içində belə, iş vaxtından sonra yenə gecə saatlarında Azad Cavadova məxsus Goradildəki bag evində xüsusı görüşlər təyin olunur və orada talama əməliyyatının detalları dar çərçivədə müzakirə edilirdi.

Xatırlatmaq yerinə düşər ki, bir neçə ay bundan əvvəl Azad Cavadovun qardaşı Süleyman Cavadov Rusiyanın paytaxtı  Moskva şəhərində müəmallı şəkildə qətlə yetirildi. Bu qətlin arxasında Azad Cavadovun qanunsuz əməllərinin dayandığını güman etmək olar. Qardaşının qətlindən sonra Azad Cavadov qızına sürücü tutmuş və qızını 90-AZ-050 nomrəli “Hundai Qrandeur” markali avtomaşınla Niyazi adlı sürücü gəzdirir.

Azad Cavadov isə iz itirmək üçün çox vaxt 90-AH-266 nömrəli Toyota markali avtomobillə gəzir.
Bundan əlavə Azad Cavadovun  mülkiyətində Mərdəkan qəsəbəsində Şüvəlanda bir neçə dəbdəbəli villalar, hektarlarla torpaq sahələri, Bakı şəhərinin mərkəzində mənzillər və ticarət obyektləri var.

Bundan əlavə Azad Cavadov qanunsuz korrupsiya yolu ilə əldə etmiş oldugu 100 miliyonlarla dollar dəyərindəki qanunsuz əmlakları və Avropadakı bank hesablarını öz qohumlarının və etibar etdiyi dostlarının adına rəsmiləşdirə bilib.

Azad Cavadov daha öncə Beynəlxalq Bankda işlədiyi dövrdə yol verdiyi nöqsanlara görə vəzifəsindən qovulmusdur və həmin gündən Beynəlxalq Bankin sabiq sədri olmuş Cahangir  Haciyevlə arasında soyuq münasibıtlər yaranmışdir. Cahangir Haciyev həbs olundugu gün Azad Cavadov məşhur restoranların birində təntənəli qonaqlıq verib.

Ləgv prosesində olan 11 bankın sıgortalı əmanətləri bitmədiyi halda sıgortasız 1 milyard AZN -ə  yaxın əmanət Azad Cavadovun tapşırıgı ilə qabaqcadan rüşvət alınaraq ödənilmişdir”.

Azad Cavadov isə bütün bu ittihamların hamısı böhtan adlandırıb: “Bunların heç bir əsası yoxdur. Axmaq adamlardır, sadəcə şər- böhtan atmaqla məşğuldurlar”.

A.Cavadov “onlar kimi axmaqlara veriləcək cavabım yoxdur”, deyərək suallara cavab verməkdən imtina edib.

Ancaq indi Əkrəm Həsənovun dediklərindən və Hesablama Palatasının hesabatından belə məlum olur ki, deyilənlər Azad Cavadovun iddia etdiyi kimi heç də  böhtan deyil. Ancaq maraqlıdır, bir qurumda dövlətin bu qədər vəsaiti talandığı halda,  həmin quruma rəhbərlik etmiş şəxs neçə əlini-qolunu sallayaraq azadlıqda gəzir? (azpolitika.info)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


İQTİSADİYYAT

design-img

Vernisaj

İtaliyanın dövlət başçısından İlham Əliyevə təbrik

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

Naxçıvan istiqamətində gərginliyin artması ermənilərin maraqlarına xidmət edir?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru