Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir ağır atletimizdə dopinq aşkarlanıb


Azərbaycan Ağır Atletika Federasiyasında növbəti dopinq qalmaqalı baş verib. Belə ki, milli komandanın üzvü Rövşən Fətullayevin sonuncu respublika çempionatından sonra dopinqlə bağlı adı hallanıb


Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən R.Fətullayev test edilib. İdmançının test Dünya Anti-Dopinq Agentliyinə (WADA) göndərilib. Artıq beynəlxalq qurum federasiyaya rəsmi məktub ünvanlayıb və testin müsbət olduğunu təsdiqləyib.

Bildirilir ki, məktubu alan Azərbaycan Ağır Atletika Federasiyası dünən Rövşən Fətullayevi millinin təlim-məşq toplantısından qovub.

Məsələ ilə bağlı Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Modern.az-a açıqlama verib:


“Rövşən Fətullayev millinin təlim-məşq toplantısından qovulmayıb. Ümumiyyətlə hər hansı idmançımızın dopinqə düşməsi ilə bağlı məlumatlar gələndən sonra bir ay ərzində məsələyə apellyasiyada baxılır.  Yəni məlumat əldə ediləndə bir gün ərzində  hansısa idmançını qovmaq kimi bir şey ola bilməz.

Rövşən Fətullayevə qarşı da belə bir addım atılmayıb. Lakin hazırda dopinqlə əlaqəli məsələ təbii ki, araşdırılır. Bu barədə qısa müddətdə  açıqlama verəcəyik”.

Qeyd edək ki, bundan əvvəl 4 atletimizin qanında qadağan olunmuş  maddələrinin aşkar olunması görə, Ağır Atletika Federasiyası 1 illik diskvalifiksiya  ilə cəzalandırılıb. Bu müddət ərzində Azərbaycan yığma komandasının üzvləri  heç bir beynəlxalq yarışlarda iştirak edə bilməyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar