Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından daha 5-i “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) müvəkkil bankı olub
“Report”a AİF-in saytına istinadən xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı", "Atabank", "Bank of Baku", "Dəmirbank" və "Muğanbank" ASC-lərdir.
Bununla da Fondun müvəkkil kredit təşkilatlarının sayı 20-dən 25-ə çatıb. Bununla yanaşı, AİF 16 sığorta və 8 qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edir.
Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.
pia.az