Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha 556 nəfərdə İİV aşkarlandı


Dünyada İnsanın immunçatışmazlığı virusu (İİV) ilə yaşayanların sayı 36,7 milyona çatıb


Son 1 ildə bu virusa yoluxanların sayı isə 2,1 milyon olub. QİÇS-dən ölənlərin sayı 1,1 milyon olub ki, onların da 110 mini uşaqlardır.

Səhiyyə Nazirliyindən  saytına verilən məlumatda deyilir ki, İİV-lə yaşayan insanların 34,9 milyonu yaşlılar, 1,8 milyonu isə 15 yaşından kiçik olan şəxslərdir. “Ötən il Azərbaycanda yeni İİV-ə yoluxma faktı 556 nəfərdə təsdiqlənib. Onlardan 97,3 faizi Azərbaycan vətəndaşı, 2,7 faizi isə əcnəbidir. Qeydiyyata alınmış 541 Azərbaycan vətəndaşından 64 faizi kişi, 36 faizi qadındır”, -nazirlikdən deyiblər.

Hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5376 nəfər rəsmi qeydiyyatdadır. Onlardan 72,3 faizi kişi, 27,7 faizi qadındır. QİÇS mərhələsində olanlar 1312 nəfər təşkil edir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən vətəndaşların 48,7 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,4 faizində heteroseksual, 1,9 faizində isə homoseksual kontakt nəticəsində, 1,8 faizində anadan uşağa keçməklə olub.

Mərkəzdə antiretrovirus terapiyayası tətbiq edilir, hazırda buna İİV-lə yaşayan 2538 insan cəlb olunub.

Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 2016-cı il ərzində 145 388 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 105 nəfərdə yoluxma faktı təsdiqlənib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar