Bu gün İslam Həmrəylik Oyunlarında taekvondo yarışları davam edəcək
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın 4 idmançısı yarışlara qatılacaq.
63 kq çəki dərəcəsində mübarizə aparacaq Məhəmməd Məmmədov 1/8 finalda İbrahim Zarman (İndoneziya)/ Əhməd Əlhosani (BƏƏ) cütünün qalibi ilə üz-üzə gələcək.
74 kq-da Səid Quliyev 1/4 finalda Muhammad Fahem (Pakistan)/ Toş van Diyk (Surinam) mübarizəsinin qalibi ilə qarşılaşacaq.
87 kq-da Ramin Əzizov (87 kq) da yarışlara 1/4 finalda iordaniyalı Anas Sadeki sınağa çəkəcək.
Qadınların yarışında mübarizə aparan 62 kq çəkidə Darya Şkurko Mərakeş taekvondoçusu Sukayna ƏL Auni ilə münasibətlərinə aydınlıq gətirəcək.
pia.az