Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha 2 dövlət qurumunda Apellyasiya Şurası yaradıldı


Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, Müdafiə Sənayesi Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib


Nazirlikdən deyiblər ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Apellyasiya Şurasına müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev sədr, nazirliyin şöbə müdirləri Fərrux Vəzirov, Eldar Bağırov, Fikrət Axundov, Vəli Fətəliyev, İsmayıl Kərimov və Bəxtiyar Əsədov isə üzv təyin olunublar.

Apellyasiya Şurasının Katibliyinə nazirliyin Aparat rəhbəri Üzeyir İsmayılov rəhbərlik edəcək. Katibliyin tərkibinə nazirliyin sektor müdirləri Ceyhun Ömərli, Xasay Əmirov, Ramin Şahbazov, baş məsləhətçilər Akif Məmmədov, Şəfəq Kərimova və böyük məsləhətçi Rövşən Əhmədov daxil ediliblər.

Apellyasiya Şurası Bakı şəhəri, Mətbuat prospekti, 40 ünvanında - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.

***

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.

DQİDK-nın mətbuat xidmətindən AzərTac-a deyilib ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə yaradılan Şuraya Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı sədr təyin olunub. Altı nəfərdən ibarət Apellyasiya Şurasına Dövlət Komitəsinin mərkəzi aparatına daxil olan şöbələrin müdirləri, katibliyə isə Komitənin məsul əməkdaşları daxildir.

Qeyd edək ki, Apellyasiya Şurası Bakı şəhəri Əhməd Cavad 12 ünvanında - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin inzibati binasında fəaliyyət göstərəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar