Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağda müharibə iddiaları – Savaş adım-addım qapıya dirənir?


Arzu Nağıyev: “Müharibə üçün lazım olan silah və sursatın məhz Rusiya tərəfindən verilməsi və ya satılması bu bəyanatların məqsdli şəkildə edilməsini də deməyə əsas verir”


Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün istənilən formada hərbi əməliyyatlar keçirə bilər və buna istər beynəlxalq hüquq normaları, istərsə də insan haqları ilə bağlı tam hüququ  var”.

Bu sözləri politoloq Arzu Nağıyev rusiyalı hərbi ekspert Pavel Felgenhauerin Dağlıq Qarabağda genişmiqyaslı müharibəyə doğru aparan geridönülməz proses baş verir iddiasını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib. 

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümidlər daha sürətlə tükənir. Son proseslərdən də belə görünür ki, problemin hərb müstəvisində çözülməsi daha real olacaq. Bunu AzərbaycanErmənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Brüsseldəki görüşü barədə ilkin nəticələr də tam qətiyyətlə deməyə əsas verir.  Xarici işlər nazirlərinin görüş barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin də yaydığı bəyanatdan belə bəlli olur ki, əslində, burada hansısa ciddi yeniliyə imza atılmayıb. Ermənistan mətbuatına danışan rusiyalı hərbi ekspert Pavel Felgenhauer isə bildirib ki, Dağlıq Qarabağda genişmiqyaslı müharibəyə doğru aparan geridönülməz proses baş verir. Hərbi ekspert vurğulayıb ki, artıq böyük savaşın qarşısını almaq mümkün deyil.

Dağlıq Qarabağda savaş qaçınılmaz olarsa, Azərbaycanın Rusiya hərb maşını ilə üz-üzə gəlməsi yeni ərazi itkilərinə məruz qalması ehtimalını mümkün hesab edirsinizmi və hesab etmək olarmı ki, yeni müharibə bu və ya digər şəkildə Rusiyanın geosiyasi maraqlarına xidmət edə bilər?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Arzu Nağıyevin fikirlərini öyrənib.



Arzu Nağıyev: “Hər hansı bir genişmiqyaslı müharibə Rusiyanın geosiyasi maraqlarına xidmət edə bilməz”.


Genişmiqyaslı müharibə Rusiyanın geosiyasi maraqlarına xidmət edmədiyini vurğulayan politoloq Arzu Nağıyev qeyd edib ki, Qarabağda müharibə olsa, Rusiyanın müdaxilə etməsinə heç bir hüquqi əsası olmayacaq və Ukryana, Suriya və digər ərazilərdə apardığı hərbi əməliyyatlara görə tənqid və sanksiaylara yeni bir əlavə olacaqdır:

“Ümumiyyətlə son vaxtlar rusiyalı siyasi və hərbi ekspertlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əsasən müharibə anaosu verirlər. İnandırıcı deyil ki, bu Rusiya hakimiyyətinin mövqeyidir. Lakin müharibə üçün lazım olan silah və sursatın məhz  Rusiya tərəfindən verilməsi və ya satılması bu bəyanatların məqsdli şəkildə edilməsini də deməyə əsas verir. Məlumdur ki, Dağlıq Qarabağ ərazisində demək olar ki, hər gün savaş var, atışma var, savş var və təbii ki, itkilər var. Bəyəm bundan başqa da nə isə baş verə bilər. 

Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün istənilən formada hərbi əməliyyatlar keçirə bilər və buna istər beynəlxalq hüquq normaları, istərsə də insan haqları ilə bağlı tam hüququ  var. Rusiya  ATƏT-in Minsk qrupunun həmsədrlərinin təmsil etdiyi , KTMT-nin üzvü, Ermənistanın strateji portnyoru və münaqişənin yaranmasında və həllində ən mühüm açar rolu olan bir dövlətdir. Yəni bu dərəcə də o maraqlı olar ki,regionda ikinci bir geniş miqyaslı müharibə başlasın. Təbii ki, yox...Çünki belə olsa, onun müdaxilə etməsinə heç bir hüquqi əsası olmayacaq və Ukryana, Suriya və digər ərazilərdə apardığı hərbi əməliyyatlara görə tənqid və sanksiaylara yeni bir əlavə olacaqdır. 

Əgər Dağlıq Qarabağ ərazisində hər hansı bir rus əsgəri həlak olsa, buna nə ad qoyulacaqdır. Bundan başqa Rusiya unutmamlıdır ki, onun on bir federasiya  subyekti məhz müsəlman inaclıdır.Yəni bütün bunlara görə demək olar ki, hər hansı bir genişmiqyaslı müharibə Rusiyanın geosiyasi maraqlarına xidmət edə bilməz. Eyni zamanda Türkiyə , İran, Gürcüstan kimi dövlətlər də bu müharibənin başlanmasında maraqlı ola bilməzlər. Böyük güclər ,o cümlədən Qərb və ABŞ da öz regional iqtisadi və siyasi maraqlarına görə belə bir vəziyyətlə razılaşa bilməzlər”.

Nərminə UMUDLU
pia.az






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar