Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağda güllə atmaq “Allaha güllə atmaq”dır?


Qabil Hüseynli: “Ermənilər hesab edirlər ki, Azərbaycan xalqına qarşı etdiklərri hərbi cinayətlər unudulub və Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq üçün etdiyi cəhdlər Allaha asi düşməkdir”


Azərbaycan ordusu və xalqı öz torpaqlarını azad etmək uğrunda mübarizə aparmağa başlayanda, bu, müharibə “müqəddəs müharibə” elan olunacaq”.

Bu sözləri politoloq Qabil Hüseynli Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Moskvada bütün ermənilərin katalikosu II Qaregin, həmçinin Moskvanın və  bütün Rusiyanın Patriarxı Kirillə görüşünü PİA.AZ-a şərh edərkən qeyd edib.

Ötən həftə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Moskvada bütün ermənilərin katalikosu II Qaregin, həmçinin Moskvanın və  bütün Rusiyanın Patriarxı Kirillə görüşüb.  Görüş zamanı  Qarabağ problemi də müzakirə olunub. Görüş zamanı  II Qareginin Azərbaycanın silahlanmaya pul ayırması ilə bağlı çıxışına münasibət bildirən QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, “Söhbəti bu yöndə başlamaq o deməkdir ki, biz bir nəticəyə gəlməyəcəyik. Biz hərbiçi deyilik, din xadimləriyik. Problemin ədalətli həlli üçün din xadimləri yüksək səviyyədə iştirak edə bilər”. Bundan sonra isə görüşdə erməni tərəfi belə bir fikir səsləndirib ki, “Dağlıq Qarabağda güllə atmaq Allaha güllə atmaqdır”. Bu ifadədən açıq aydın görünür ki, erməni dini lider status-kvonun qoruyub saxlamasını istəyir və bu günə qədər tökülən qanları, işğal olunan torpaqları, bir milyondan artıq qaçqını görməməzlikdən gələrək, guya mərhəmət və humanizmə dayanan, əslində isə erməni işğalını və tökülən qanları təmizə çıxaran bəyanat verir. Belə bir halda Moskvada keçirilən görüşün hansısa əhəmiyyətindən danışmaq nə qədər düzgündür?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib.

Image result for qabil hüseynli

Qabil Hüseynli: “Ermənilərin Allaha inanan bəndələr olduğunu düşünmürəm”.


Moskvada keçirilən görüş zamanı bütün ermənilərin katalikosu II Qareginin Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlərin qeyri-ciddi olduğunu bildirən politoloq Qabil Hüseynliyə görə, humanist dəyərlər altında maskalanan ermənilər sadəcə olaraq faşist ideologiyasına qulluq edirlər:

“Əslində II Qareginin açıqlamasına normal münasibət bildirmək çox çətindir. Ona görə ki, ermənilərin riyakarlıqda, Allahsızlıqda bütün millətləri geridə qoyduğu çoxdan bəllidir. Vaxtilə Dağlıq Qarabağda Azərbaycan uşaqlarına güllə atan, kəndlərə od vurub yandıranlar, uşaqları iri diametrli borunun içində doldurub borunun çıxışlarını qaynaq edənlər ermənilər olub. Bəs niyə o vaxtı Allahı yadlarına salmırdılar?! Niyə Xocalı soyqırımını törədəndə ermənilər Allahı unutdular? II Qareginin içində Allah sevgisi, Allah xofu varsa, onda Xocalı soyqırımını törədənləri və digər hərbi cinayətləri törədənləri lənətləsin. Məğər ermənilərin dünənə qədər elədikləri Allaha asi düşmək sayılmırdı və ya Allah yolundan sapmaq hesab olunmurdu? Bəlkə ermənilərin Allahı onlara öldürməyi halal edib, digərlərinə isə haram edib?

Ermənilər hesab edirlər ki, Azərbaycan xalqına qarşı etdiklərri hərbi cinayətlər unudulub və Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq üçün etdiyi cəhdlər Allaha asi düşməkdir. Ermənilərin Allaha inanan bəndələr olduğunu düşünmürəm. Onlar humanizm maskası ilə maskalanmış faşist təmayüllü və faşist ideologiyasına qulluq edən, özgə torpaqlarına göz tikmiş mənfur mövcudiyyətdilər. Erməni patriarxı hansı haqla o sözü dilinə gətirə bilir?! 

Qabil Hüseynli: “Niyə Xocalı soyqırımını törədəndə ermənilər Allahı unutdular? II Qareginin içində Allah sevgisi, Allah xofu varsa, onda Xocalı soyqırımını törədənləri və digər hərbi cinayətləri törədənləri lənətləsin”.


Biz hələ güllə atmamışıq. Hələ ki, atılan güllələri öz üzərimizə qəbul eləmişik və 30 mindən çox vətəndaşımız bu güllələrin qurbanı olub. Həmçinin ərazimizin təxminən 20%-i işğal olunub və məscidlərimiz, mədəniyyət evlərimiz, külli dəyəri 350 milyard dollar olan sərvətlərimiz qarət edilib. Azərbaycan xalqının maddi və mənəvi ziyanı trilyonlarla ölçülür. Məğər, Allah bunları görmür? Əlbəttə, görür.  “Allaha inanan” bir insan kimi bu hadisələr niyə II Qaregini ağrıtmır? Əgər ağrıdırsa, o torpaqlar necə işğal olundu?! 

Mən inanıram ki, Azərbaycan ordusu və xalqı öz torpaqlarını azad etmək uğrunda mübarizə aparmağa başlayanda, bu, müharibə “müqəddəs müharibə” elan ediləcək. Öz torpaqlarını düşmənin əlindən almaq Allaha xoş gedər və “Allah vətəninizə təcavüz edilibsə öldürün”, deyib. Zülmə qarşı mübarizə aparmaq bizim müqəddəs kitabımız Qurani-Kərimdə yazılıb. Ona görə də II Qareginin söylədiklərini qeyri-ciddi qəbul edirəm”.  
Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar