Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağ üçün ”Madrid prinsipləri“


Minsk Qrupunun öz mandatından uzaqlaşmasının sirri; Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün “şotland ssenarisi” reallaşa bilərmi? Rusiyalı politoloqun iddiasına görə, Bakı ilə Xankəndi arasında birbaşa dialoq qaçılmaz olacaq...


Son illər dinc nizamlama kontekstində Dağlıq Qarabağla bağlı belə bir yanaşma xeyli dərəcədə populyar olub desək, yanılmarıq yəqin ki. Bu da aşağıdakı formuldan ibarətdir: münaqişə 3 müddəa əsasında həllini tapmalıdır - ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiqi ilə hədələməmək. 

Göründüyü kimi, yanaşmanın özündə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ciddi təhdid var. Çünki məntiqlə problem Ermənistanın Azərbaycana ərazi iddiasından doğubsa, o halda öz müqəddəratını təyinetmə hardan çıxdı? Bu, işğal faktını malalamaq, separatçılığa hüquqi don geydirmək cəhdi deyilmi? 

Üstəgəl, “güc tətbiqi ilə hədələməmək” şərti ilə ölkəmizin manevr imkanları daha da daraldılır və onun zor gücünə status-kvonu dəyişmək, öz ərazisini azad etmək hüququ şübhə altına alınır. Halbuki BMT Nizamnaməsinə əsasən, işğala məruz qalan ölkə təcavüzkarı öz ərazisindən çıxarmaq üçün istənilən vasitəyə əl ata bilər. İndi belə çıxır, Minsk Qrupu Azərbaycana bu hüququ tanımaq istəmir və Bakının öz imzası ilə bunu təsdiqləməklə işğal faktının mövcudluğunu ikinci plana keçirmək istəyir. Yəni bütünlüklə ermənilərin hərbi qələbəsinin rəsmiləşməsinə hesablanmış bir yanaşma. 

Azərbaycan rəsmiləri isə vaxtaşırı “problem ölkənin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır” deyirlər. Ancaq öz müqəddəratını təyinetmə bu prinsiplə necə uzlaşacaq, biri olan yerdə digəri necə mövcud olacaq? Ən maraqlısı odur ki, nə Abxaziya və Cənubi Osetiya, nə də Dnestryanı bölgə və Krım ixtilaflarının həllində Qərb həmin “3 müddəa”nı tətbiq eləmir. Görəsən, niyə? Ona görə ki, Azərbaycan onların arasında yeganə müsəlman ölkəsidir və böyük neft-qaz ehtiyatlarına malikdir?   

Daha təhlükəlisi isə “3 müddəa”nın “Madrid prinspiləri” adlanan konkret sənədin qayəsində durmasıdır. Bir neçə ay öncə isə bəlli oldu ki, Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Qarabağa dair son təklifi də əhəmiyyətli şəkildə həmin  sənədin bazasında hazırlanıb.     

Bu yerdə bir daha yada salaq ki, sözügedən sənəd tərəflərə ilk dəfə 2007-ci ilin noyabrında, Madriddə təqdim olunub. Azərbaycanın 5 rayonun boşaldılmasını (üstəgəl, Laçının da 13 kəndinin işğaldan azad edilməsini) nəzərdə tutan “Madrid prinsipləri”ndə münaqişənin nizamlanmasının mərhələləri əksini tapıb. 

Birinci mərhələdə 5 rayon və Laçının 13 kəndi azad olunur. Bu ərazilərdən erməni qoşunları çıxarıldıqdan sonra bütün sərhədlər və kommunikasiyalar açılır, minalanmış torpaqlar təmizlənir və dağıdılmış kommunikasiyalar bərpa olunur. Bundan sonra regionda sülhməramlı müşahidəçilər yerləşdirilir, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin edilir.

Növbəti mərhələdə LaçınKəlbəcər rayonları tamamilə işğaldan azad olunur, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Dağlıq Qarabağın hüququ statusu yerli plebissitlə müəyyən edilir. Erməni tərəfi statusun referendumla müəyyən olunmasına və buna qədər LaçınKəlbəcər rayonlarının işğalda qalmasına çalışsa da, Azərbaycan bu təklifi qəbuledilməz sayır. Bakı yalnız o halda razılıq verəcəyini deyir  ki, Dağlıq Qarabağın statusu məsələsi ən azı beş il sonraya saxlanılsın. 

***
Ermənistanda isə “Madrid prinsipləri” “ikinci erməni dövləti”nin de-yure tanınmasına aparan sənəd kimi qiymətləndirilməkdədir. Diqqətçəkici məqamlardan biri də ermənipərəst şərhləri ilə tanınan rusiyalı politoloq Stanislav Tarasovun Madrid prosesinə yanaşmasıdır. Kənar baxış bucağı kimi ona nəzər salaq. 

Sitat: “Nizamlanmanın əsasında hələ ki ”Madrid prinsipləri" dayanır. Plan Dağlıq Qarabağ üçün aralıq statusun müəyyənləşməsi və gələcək statusun referendumla dəqiqləşməsi, Azərbaycan rayonlarının azad edilməsi və qarşıdurma zonasına beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsindən ibarətdir. Bakı ilə İrəvan arasında diskussiya bu bəndlərin yerinə yetirilmə ardıcıllığı ilə bağlıdır... Ancaq artıq Bakı ilə İrəvan arasında danışıqların resursu çoxdan bitib. Sual yalnız budur ki, prosesin hansı mərhələsində Stepanakert (Xankəndi -s.s.)  “oyuna” qoşulacaq. Bunu prosesin məntiqi diktə edir, hansını ki, Bakı diplomatik vasitələrlə dayandırmaq gücündə deyil".

Qeyd edək ki, “3 müddəa”dan biri - öz müqəddəratını təyin etmə haqqı həqiqətən də separatçı rejimə nə vaxtsa danışıqlara müstəqil subyekt kimi qatılmaq haqqı tanıyır. Bu isə BMT TŞ-nin Minsk Qrupuna verdiyi mandata tamamilə ziddir. Çünki həmin mandata görə, Dağlıq Qarabağın erməni və azərbaycanlı icması prosesə yalnız maraqlı tərəflər kimi qatıla bilər. 

Tarasovun sözlərindən isə qənaət hasil olur ki, dünya birliyi ermənilərin xeyrinə de-fakto “mandat dəyişikliyini” artıq qəbul edib: “Təsadüfi deyil ki,  dünyada elə bir beynəlxalq struktur və ya dövlət yoxdur ki, Minsk Qrupunun ləğvini istəsin - hətta Azərbaycanın Qərbə müxtəlif energetik avanslarının qarşılığında belə. Bugünlərdə belə bir yanaşmanı NATO-nun Güney Qafqazdakı ofisinin rəhbəri Uilyam Lax da təsdiqləyib. Onun sözlərinə görə, Minsk Qrupu irəli sürülən təkliflə münaqişənin həllinə yönəlik yeganə formatdır. NATO rəsmisinə görə, Azərbaycanın bununla bağlı öz yanaşması var, ancaq indiyədək Minsk Qrupunun alternativi tapılmayıb”.

Nəhayət, rusiyalı politoloqun belə bir iddiası: “Tezliklə elə bir an yetişəcək ki, Azərbaycan Madrid prinsiplərinin çoxdan onu iki gedişə ”mat" elədiyini anlayacaq. Odur ki, Bakı üçün müdrik variant o olardı ki, gələcəyə baxsın və Stepanakertlə (Xankəndi -s.s.) birbaşa dialoqa çıxmağa cəhd eləsin".

***
Deyilənlərdə müəyyən həqiqət payı yox deyil. Hiss olunur ki, separatçı qurumu beynəlxalq hüququn subyekti eləmək üçün asta-asta Bakının rəsmi razılığını almağa çalışır, bir növ Böyük Britaniya Şotlandiyanın müstəqilliyinə hazır olduğu kimi, Azərbaycanı da ikinci erməni dövlətinin qurulmasına hazırlayırlar. 

Odur ki, Bakı nə qədər gec deyil, təklif edilən yoldan imtina eləməlidir. Variant ikidir: ya Minsk Qrupu (danışıqlar formatı) dəyişdirilməli, yəni MQ əvvəlki mandatına qaytarılmalıdır, ya da “Madrid prinsipləri” hüquqi sənəd statusu almamış, referendum prinsipindən həmişəlik imtina edilməlidir. Bundan ötrü Bakının əlində iki güclü dəlil var: BMT və digər mötəbər təşkilatların qətnamələri ilə təsdiqlənən işğal faktı və bir də ki, postsovet məkanının heç bir başqa etnik-ərazi konfliktinə öz müqəddəratı təyinetmə prinsipinin tətbiq edilməməsi.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar