Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağıstanın azərbaycanlı klanının “qiyamçı” liderini həbs edirlər


Dağıstanda Dərbənd administrasiyasının rəhbəri Qurban Qurbanova qarşı cinayət işi qaldırılıb


Virtualaz.org saytı xəbər verir ki, Rusiya İstintaq Komitəsinin region üzrə idarəsinin mətbuat xidməti bu haqda açıqlama yayıb.

Qurban Qurbanov xidməti səlahiyyətlərini aşmaqda ittiham olunur. İttiham aktında deyilir ki, 2009-2013-cü illərdə Qurbanov Rusiya Federasiyasının və Dağıstanın qanunlarını pozub, Dərbənd bələdiyyəsinin respublika mülkiyyətində olan 56 hektar torpaq sahəsini fərdi şəxslərin istifadəsinə verib.

Açıqlamada bildirilir ki, Qurbanovun “hüquqazidd digər fəaliyyətləri ilə bağlı” araşdırmalar davam edir.

Xatırladaq ki, Dağıstan rəhbəri Ramazan Abdulatipov Dərbənd administrasiyasının rəhbərini vaxtından əvvəl istefaya göndərəcəyini elan edib. Onun səlahiyyətlərinin icrası Azadi Rəhimova həvalə edilib.

Lakin Qurbanov Dağıstan, ümumiyyətlə, Rusiya Federasiyasının subyektlərinə daxil olan digər ərazi vahidlərinin rəhbərləri arasında görünməmiş addım ataraq Abdulatipova qarşı “qiyam” qaldırıb. O, elan edib ki, səlahiyyət müddəti başa çatmadan istefaya getmək niyyətində deyil.

Hətta Qurbanov tərəfdarlarını toplayaraq mitinq keçirib və istefaya getmək niyyətində olmadığını elan edib. Ardınca Dağıstan hüquq-mühafizə orqanları Dərbənd administrasiyasına basqın edərək 2009-cu ildən bu yana olan bütün sənədləri götürüblər. Məlumat yayılıb ki, Qurbanov könüllü getməsə, ona qarşı cinayət işi qaldırılacaq. 

Hələ sovet dövründən Dərbəndə başçılıq edən Qurbanovlar klanının lideri olan Q.Qurbanovun səlahiyyətləri gələn il başa çatırdı və indi göründüyü kimi, Abdulatipov onun könüllü istefaya müqavimət göstərməsini həzm etməyib.

Dağıstan mediasında yazılanlara görə, Qurbanov özünü “Azərbaycan prezidentinin qohumu” kimi tanıdıb. Hərçənd ki, bu qohumluq əlaqələrini təsdiqləyən fakt yoxdur. Bundan əvvəl Abdulatipov  Qurbanovun Dağıstanın Bakıdakı nümayəndəsi işləyən qardaşını da işdən çıxarmışdı. İndi isə Dağıstan azərbaycanlılarının liderini həbs təhlükəsi gözləyir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar