Xəbər xətti

18 FEVRAL

12:50 Sumqayıtda ağır qəza: 4 qadın yaralandı

12:44 Rəsmi Tehran: Qəzaya uğrayan təyyarədə 65 sərnişin olub

12:38 Azərbaycanda sərnişindaşıma xidmətlərinin qiymətləri 3% ucuzlaşıb

12:32 ABŞ-ın rəsmən ittiham etdiyi 13 Rusiya vətəndaşının adları açıqlandı – Siyahı

12:25 Bakının bu yollarında sürət həddi endirildi

12:19 Bu gün axşam Bakıda intensiv yağış yağacaq

12:13 Kürdə suyun səviyyəsi artıb

12:06 İranda sərnişin təyyarəsi qəzaya uğrayıb - Yenilənib

11:59 “Günayın Bakıda getmədiyi istirahət mərkəzi yoxdur”

11:53 İranda zəlzələ olub – Dağıntı yoxdur

11:46 “Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”

11:40 Sumqayıt Dram Teatrının aktyoru vəfat edib

11:29 Tramp FTB-ni günahlandırdı

11:23 Gədəbəydə 20 yaşlı qız dərmandan zəhərlənib

11:18 Sarkisyan Münhendə Cəfərova Azərbaycan dilində müraciət etdi

11:13 Ermənistan silahlı bölmələri atəşkəsi 122 dəfə pozub

11:06 Putin niyə yoxa çıxıb?

11:00 General Həsən Firuzabadi: “Kərtənkələlər bizə qarşı casusluq edib”

10:55 Salyanda faciəvi qəza: Mikroavtobusla avtokran toqquşdu - Ölənlər var

10:50 Azərbaycanda 2 ayın gəlini evdən qaçdı - Foto

10:44 “Geyimlərimi endirim zamanı alıram”

10:39 Bakıda qadını niyə tikə-tikə doğrayıb zibilliyə atdılar? - Səbəb

10:33 Britaniyada son 10 ilin ən güclü zəlzələsi oldu

10:28 “Ləzgi xəncəri ilə onun başını kəsəcəm” – Ramin Musayev

10:17 Qəzza zolağından İsrailə raket atıldı

10:11 Qazaxıstan XİN qırğız deputatın saxlandığını təsdiqləyib

10:05 Ermənistandan Türkiyəyə yeni barışıq təklifi

10:00 Bu gün bürcünüz nələr vəd edir?

17 FEVRAL

21:55 Dünyada hər il 40 milyon insan qeyri-infeksion xəstəliklərdən vəfat edir

21:44 Melaniya xəyanəti bağışlamır: yenə Trampı pərt etdi - Video

21:36 “Suriyada amerikalıların qırdığı 300 rusiyalıya görə kim cavab verəcək?” – Təhlil

21:26 Meksika DİN rəhbərinin olduğu helikopter qəzaya uğrayıb, 13 nəfər ölüb

21:05 Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb

20:50 Moskvada həyatını itirən üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı

20:33 Avropa İttifaqı viza ilə bağlı Türkiyəyə ağır şərt qoydu

20:23 Əsəd ordusu Afrinə girdi

20:05 MSK sədri: "İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb"

19:40 Ötən il Azərbaycan 54 milyon dollarlıq çay məhsulları idxal edib

19:33 Jirinovski “Vaqner”in həlak olan 300 üzvü haqda

19:16 Yol polisi Babək prospektindən "küsüb" … – Təmir aparılan yolda xaos

19:09 “Qəbələ”-“Zirə” oyunundan sonra kütləvi dava

19:05 Türkiyədə 3 milyonluq narkotik əməliyyatı: iki azərbaycanlı saxlanıldı

18:50 Rusiyada avtobus qatarla toqquşdu

18:37 GUAM ölkələrinin baş nazirlərinin sammiti keçiriləcək- Moldovada

18:25 Salyanda tövlə yandı

18:12 Daşıyıcı ana axtarışında olanların seçimi: Ukrayna

18:05 Ərdoğan: Qardaşlarımızın torpaqlarına qayıtmasını istəyirik

17:50 Ankara bundan yararlana biləcəkmi? - Təhlil

17:44 “Sinay 2018” antiterror əməliyyatı davam edir

17:38 KXCP də prezident seçkisini boykot etdi –Ali Məclis qərar verdi

17:32 “Suriyada terrorçular Rusiya və ABŞ istehsalı olan silahlardan istifadə edirlər“

17:20 MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib

16:55 Yevlaxda ağır yol qəzası- Br ailənin 3 üzvü xəsarət alıb

16:40 ABŞ dünya ölkələrini Şimali Koreya ilə əlaqələri kəsməyə çağırıb

16:30 "Avropa ölkələri enerji daşıyıcılarının tədarükü ilə bağlı mövqelərini özləri müəyyən etməlidir"

16:25 Ukrayna tezliklə dağıla bilər -Saakaşvilidən qorxunc proqnoz

16:13 “Ufak tefek cinayetler“dəki gizli eşq gerçək oldu?

16:07 Özünü DTX rəsmisi kimi təqdim edən şəxs saxlanılıb

15:53 Lənkəran sakini intihar edib

15:46 Məsum balanın əməliyyatına 6 min manat lazımdır - Yardım edək

15:40 Sabah hava necə olacaq?

15:32 Şahin Zəkizadənin ölümündən 1 il keçir

15:25 “Arsenal”dan 51 milyonluq təklif

15:13 İranda nəhəng günəş enerjisi stansiyasının inşasına başlanılır

15:05 Nazir: “Azərbaycan balına dünya bazarında tələbat 15-20 faizdir”

14:59 İcbari hicab əleyhinə dalğa: Qadınların etirazı İranı yeni inqilaba sürükləyəcəkmi?

14:52 Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı

14:46 Türkiyə Ordusu Afrində 1595 terrorçunu məhv edib

14:40 Əli Əhmədov Macarıstanın Baş naziri ilə görüşdü

14:33 İsrailin müdafiə naziri erməni deputatları pərt etdi - Azərbaycanın tərəfindəyik!

14:26 Oqtay Şirəliyevin diqqətinə: Doğum Evində açıq bazar - Video

14:20 Kənd təsərrüfatı naziri soğanın bahalaşmasına münasibət bildirib

14:15 Binəqədidə sakinlər etiraza qalxdı - Video, Fotolar

13:46 “Gülməlisiz” - Röya əsəbiləşdi

13:41 Gəncədə silsilə oğurluq edən şəxs saxlanıldı

13:36 Ötən il Azərbaycanın idxal etdiyi taxılın həcmi açıqlanıb

13:30 “Bir addım qalıb” - Rövnəq Abdullayev

13:25 Müğənnilərə bahalı maşınlarını nümayiş etdirmək, çarpayıda uzanıb oxumaq qadağan edildi

13:20 Sarkisyan Almaniyaya getdi

13:08 Yanvarda Azərbaycan xarici ticarət əməliyyatlarından 350 mln. dollar müsbət saldo əldə edib

13:03 “Hazırkı mərhələdə TAP layihəsində hər hansı bir dəyişiklik etmək mümkün deyil”

12:58 Bakıda zəncirvari qəza nəticəsində iki nəfər ölüb

12:53 Ombudsmanla bağlı qanun dəyişdirilir

12:45 Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcunun artmasının səbəbini açıqlayıb

12:40 “Əgər ərəb cihad eləmirsə deməli başı “avtoşluğa” qarışıb...”

12:33 Moskvada uşaq bağçasında 4 yaşlı azərbaycanlı qız şaxtadan donaraq ölüb

12:26 Kofe intihara meyilliliyə təsir göstərir

12:21 Türkiyədə PKK-nın 8 mərtəbəli, hovuzlu sığınacağı - Foto

12:16 Güzəştli kredit daha çox hansı sahibkarlara verilir...

12:11 Rusiya analitiki:“İran Avrasiya Birliyinə Ermənistansız da girə bilər”

12:05 DİN Bakının mərkəzində baş verən dəhşətli qəza ilə bağlı məlumat yaydı

11:58 Qızıl 1 dollara yaxın bahalaşıb

11:53 Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

11:46 Nigeriyada terrorçuların bazara hücumu nəticəsində 15 nəfər ölüb

11:40 Yaponiyalı fiqurlu konkisürən ikiqat olimpiya çempionu oldu

11:33 Meksika daxili işlər nazirinin olduğu helikopter qəzaya uğrayıb

11:26 Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək

11:21 Lənkəranda motosikletlə yük maşını toqquşub - Xəsarət alan var

11:15 Lavrov: “Rusiya ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməyib”

10:59 “Məni milyonçu hesab edirlər” - Vasif

10:53 Tramp: “Rusiya ilə heç bir sövdələşmə olmayıb”

10:47 “Lotu Quli”ni qəbul etməyən “Gəncəli Firdovsi”yə “oğru” adı verilib? - Video

10:41 Rusiya bayrağı bütün dünyada qadağan olunsun - Poroşenko

10:36 Neft bahalaşıb

10:30 Dünən polis tərəfindən 36 nəfər saxlanılıb

10:25 Tramp İsrailin baş nazirini Ağ Evdə qəbul edəcək

10:20 Bakıda qısqanc ər arvadını bıçaqlayıb

10:14 Sosial müavinət və təqaüdlərin təyin olunmasında dəyişiklik edildi

10:10 Meksikada güclü zəlzələdən sonra 122 təkrar yeraltı təkan qeydə alınıb

10:05 Xüsusi prokuror Müller Aslanova qarşı rəsmi ittiham irəli sürdü

10:05 Bakıda zibil qutusunda doğranmış halda meyiti tapılan qadını öldürən şəxs tutulub

10:00 Atəşkəs 125 dəfə pozulub

0:44 Azərbaycanda ən aşağı maaş harada verilir? –Rəqəmlər

0:33 “Layiqsiz insan türkə, kürdə, talışa, ləzgiyə baxmır ki...”

0:22 Qaradağlı qətliamından 26 il ötür

0:01 Bugün bürcünüz nələr vəd edir?

16 FEVRAL

23:55 Seda sevənlərini qorxutdu - foto

23:40 “Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb”

23:33 ABŞ Ədliyyə nazirliyi “Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürüb

23:12 “Azərbaycanda uşaqlar arasında şəkərli diabetə tez-tez rast gəlinir”



ANALİZ

...

Dağıstanda vəziyyət qarışıb –Baş nazirdən merə qədər niyə qandallandı?

Tarix 06.02.18, 18:09

Font ölçüsü : - / +
bitmap-img6


Fevralın 5-də Dağıstanda ölkə tarixində ən irimiqyaslı antikorrupsiya əməliyyatı keçirilib


Axşam saatlarında isə Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev hökuməti istefaya göndərib. Vasilyev həmçinin hökumət başçısının müavini Anatoli Karibovun müvəqqəti (yeni hökumət formalaşanadək) olaraq baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlı sərəncam verib.

Daxili İşlər Nazirliyinin mərkəzi aparatından bildiriblər ki, əməliyyat tədbirləri fevralın 4-dən 5-nə keçən gecə başlayıb. Federal Təhlükəsizlik Xidmətinin əməliyyatçıları baş nazir (hökumət sədrinin səlahiyyətlərini müvəqqəti icra edən) Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusufov, Dağıstanın sabiq Təhsil naziri Şahabbas Şaxov  və digər yüksək vəzifəli məmurların evlərində, iş yerlərində axtarış aparılıb. Dünən adıçəkilən məmurlar korrupsiyada, büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunaraq saxlanılıblar. 

Dağıstanın Tabasaran, İzberbaş, Botlix, Buynaks rayonlarında, həmçinin Mahaçqalada əməliyyat tədbirləri davam etdirilir. Yuksək vəzifəli məmurların kütləvi həbsinin bitmədiyi və saxlanılanların olacağı deyilir. Nazirlikdən onu da bildiriblər ki, Dağıstandakı vəziyyət Federal Təhlükəsizlik Xidmətinin rəhbəri  Aleksandr Bortnikovun birbaşa nəzarətindədir. 

Hazırda Mahaçqalada Baş Prokurorluqdan olan qrup işləyir. Şəhər meriyası isə xüsusi nəzarət altındadır. Mahaçqala meri Musa Musayev yanvarın 21-də vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs olunmuşdu. 

Rusiya İstintaq Komitəsi Dağıstanın rəhbər şəxslərinin həbsini büdcə vəsaitlərinin mənimsənilməsi üzrə aparılan təhqiqatla izah edib. Rusiya Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən dələduzluq edilməsi maddəsi üzrə cinayət işi başladılıb. İstintaqın versiyasına görə, sosial proqramların həyata keçirilməsi adı altında büdcə vəsaitləri oğurlanıb. Söhbətin hansı proqramlardan getdiyi açıqlanmır. İş materialları ilə tanış olan DİN rəsmisi deyib ki, saxlanılanlara mütəşəkkil cinayətkar birlik qurmaq ittihamı da irəli sürülə bilər. 

Abdusəməd Həmidovun evində və iş yerində aparılan axtarışlar zamanı 1 ədəd qızıl TT tapançası, 2 ədəd "Kalaşnikov" avtomatı, həmçinin 2 başqa tapança aşkarlanıb. 

Daxili İşlər Nazirliyindəki mənbənin sözlərinə görə, məmurlarla bağlı materiallar iki il əvvəldən toplanmağa başlanılıb: "Cinayət işinin başladılması üçün federal mərkəzdən siyasi qərar gözləyirdilər. Vladimir Vasilyevin gəlişi ilə miqyaslı "təmizləmə" əməliyyatı başladıldı. Bu əməliyyata Vasilyevin Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra qərar verildi".

Kremlin rəsmi saytında yayılan xəbərə görə, Vasilyev Putinin qəbulunda ötən il dekabrın 4-də olub. "Vətəndaşlarımızın respublikanın hər sahəsində qayda-qanunun yaradılmasına dair xahişi əsasında kömək üçün müraciət etdim. Baş prokurora minnətdarlıq etmək istəyirəm ki, yeni prokurorun namizədliyinə razılıq verdi. İnsanlar bu qərarları gözləyirlər. Hamı Rusiyadakı kimi qayda-qanun istəyir", – deyə Vasilyevin Kremlin mətbuat xidməti tərəfindən yayılan açıqlamasında qeyd olunurdu. 

Dağıstanda hakimiyyət ənənəvi olaraq etnik klanlar arasında razılaşma əsasında qurulur. Hər bölgəyə fərqli klanın təmsilçisi nəzarət edir. Lakin bu dəfə həbslər konkret klan üzrə gerçəkləşmədi. Məsələn, Abdusəməd Həmidov dargindir və Dağıstanın Levanşinski rayonunun Mekegi kəndindəndir. İsayev avardır və Həmidovla münasibətləri heç vaxt yaxşı deyildi. Yusufov isə ümumiyyətlə, tabasaranlıdır. Yəni onların hər biri ayrı-ayrı klanları təmsil edir. Bununla belə, ən ağır zərbə Mekegi kəndindən çıxanlara – mekegin klanının təmsilçilərinə vurulub. Bu klana Abdusəməd Həmidov daxildir. Onun böyük qardaşı – respublikanın keçmiş maliyyə nazri Həmid Həmidov 1996-cı ildə Mahaçqalada törədilən teraktda həyatını itirmişdi. Mahaçqalanın həbs olunan meri Musa Musayev də bu klandan idi. Klanın iri fiqurlarından biri də Həmidovun yaxın qohumu – Mahaçqalanın keçmiş rəhbəri, icbari tibbi sığorta fondunun rəhbəri Maqomed Suleymanovdur. 

Dağıstanın keçmiş mətbuat və kommunikasiya naziri Nəriman Hacıyevin dediyinə görə, ölkə elitasına hücum regiona yeni rəhbərin – Rusiya Dumasında "Vahid Rusiya" fraksiyasının keçmiş rəhbəri, polis generalı Vladimir Vasilyevin gəlişi ilə bağlıdır: "Güc strukturları üzərində nəzarəti təmin etmək, əsas postlara öz adamlarını yerləşdirmək lazımdır. Vasilyev regiona rəhbər gələn kimi oğurluq və korrupsiyanın miqyasını görmüş oldu". 

Yerli sakinlər deyir ki, Dağıstan Rusiyanın ən çox korrupsiyalaşmış regionlarındandır: "Burada rüşvətsiz heç bir işi həll etmək mümkün deyil. İşə düzəlmək istəyirsənsə, rüşvət verməlisən. Oğlum hərbidə işləmək istəyirdi, rüşvət vermək üçün pul yığmalı olduq. Qohumum polisə düzəlmək istəyirdi, ailəsinin pulu çatmadı deyə, başqa regiona getdi".

Dağıstan hökumətinə yaxın mənbə bildirib ki, fevralın 5-dəki həbs dalğasından sonra çoxları təşviş içində növbənin ona çatacağını gözləyir. Dağıstanın iri məmurları ilə yanaşı, büdcə təşkilatlarında çalışanlar, hətta baş həkimlər də narahatlıq içindədir. 

Ötən ayın sonlarında həbs olunan Mahaçqala meri Musa Musayev baş nazir Abdusəməd Həmidovun adamı idi. Həmidov 90-cı illərdə Mahaçqalanın "Elbin" kommersiya bankına rəhbərlik edəndə Musayev orada valyuta şöbəsinin müdiri olub.

Musayevin həbsindən bir neçə gün əvvəl – yanvarın 13-də Vladimir Vasilyev açıqlama verdi ki, Dağıstana tezliklə Moskvadan xüsusi qrup gələcək. Yoxlamanın aparılması ilə bağlı təşəbbüs isə Rusiya baş prokuroru Yuri Çayka tərəfindən irəli sürülmüşdü. 

Yanvarın 16-da Dağıstan Hesablama Palatası öz maliyyə yoxlamalasının nəticələrini açıqladı. Məlum oldu ki, Mahaçqala meriyasında 3 milyard rublluq maliyyə pozuntusu olub. Büdcə vəsaitlərindən düzgün istifadə olunmayıb, tikinti xərcləri şişirdilib, bələdiyyə satınalmalarında pozuntulara yol verilib. 

Nazirlərin, həmçinin Mahaçqala merinin həbsi Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovun sərt  reaksiyası ilə qarşılanıb. Bu şəxslər məhz Abdulatipovun vaxtında vəzifəyə gətirilmişdi və onun kadrları hesab olunurdu. 

Baş verənləri məqsədli kampaniya adlandıran Abdulatipov bildirib ki, konkret məsələlər üzrə konkret ittihamlar varsa, araşdırma aparılmalıdır. Əks halda, respublikanı belə psixoloji gərginlik altında saxlamaq lazım deyil. 

Abdulatipov istefaya ötən il oktyabrın 3-də göndərilib. Onu qəfil Rusiya Prezident Administrasiyasına çağıraraq istefa məsələsini və yerinə kimin təyin olunacağını müzakirə etmişdilər. Abdulatipov qərarı təəccüblə qarşılamışdı. Belə ki, o, müddətin sonuna qədər vəzifəsində qalacağını düşünürdü. 

Ekspertlər deyir ki, Dağıstandakı "təmizləmə əməliyyatı" regionda köhnə idarəetmə modelindən birdəfəlik qurtulmaq cəhdidir. Buna qədər daxildə müxtəlif nüfuzlu klanlar arasında balans yaradan yerli elita regionda stabilliyi təmin edirdi. İndi isə bu idarəetmə üsuluna tam son qoyurlar: "Vasilyev federal qüvvələrin köməyi ilə faktiki olaraq yerli elitaya meydan oxudu. İndi onun qarşısında duran əsas vəzifə kadr məsələsini həll etməkdir. Yerlilərdən heç kimə etibar edə bilməz. Başqa regionlardan isə Dağıstana gəlib işləmək istəyənlər çox deyil". 

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb

bitmap-img3

Rakurs

Neftçala Su Nəqliyyat idarəsində balıq bazarı açılıb?

bitmap-img3

Seçmələr

“Azərsun” kredit borcuna görə “Makromart”ın mağazalarını girov götürüb

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru