Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağıstanda həbs dalğası: Bir qrup məmur Azərbaycana qaçmağa cəhd etdi

Dağıstanda korrupsioner məmurlara qarşı yönəlmiş kütləvi həbs dalğası davam edir


 Dağıstan mənbələriistinadən xəbər verir ki, Dağıstan rəhbərliyi bütün məmurlara respublikanın hüdudlarını tərk etməyi qadağan edib. 

Lakin bir qrup məmur Rusiya ərazisini tərk edərək Azərbaycana qaçmağa çalışıb. Bildirilir ki, Mahaçqaladan bir qrup məmur Azərbaycana keçmək üçün Stavrapol vilayətinə gedib. Lakin orada onları saxlayıblar və Dağıstana geri qaytarıblar.



***

Dağıstanda hökumət başçısı Abdusamid Həmidovun və müavinlərinin, habelə bir sıra məmurların həbsinin ardınca respublika başçısı səlahiyyətlərini icra edən Vladimir Vasilyev “qanunsuzluq dövrünün başa çatdığını” elan edib.Və bildirib ki, respublikada tikilən bütün qanunsuz obyektlər söküləcək.



“Mən bütün tikinti aparanlara xəbərdarlıq edirəm, qanunsuzluq dövrü başa çatdı. Qanunsuz tikintilər daha olmayacaq. Kim ki, indi tikməkdə davam edir, xəbərdarlıq edirəm, pullarını boş yerə xərcləməsinlər. Söküləcək”-Vasilyev deyib.

Dağıstan başçısı əlavə edib ki, onun təyinatından sonra məhkəmələr bir dəfə də olsun qanunsuz tikintilərin xeyrinə qərar çıxarmayıb.



Xəbərlərə görə bu gün məhkəmə Abdusamid Həmidovun və digər məmurların barəsində həbs qətimkan tədbiri seçib. Onlara qarşı iri məbləğdə dələduzluq ittihamı irəli sürülüb. Jurnalistlər bildirir ki, həbs dalğası Dağıstanın keçmiş rəhbəri, hazırda prezident Vladimir Putinin Xəzər regionu üzrə səlahiyyətli nümayəndəsi Ramazan Abdulatipovun qardaşı Rəcəbə də çata bilər. Belə ki, onun da büdcə vəsaitlərinin mənimsənilməsində əli olduğu haqda məlumatlar var. Söhbət Dərbəndin 2000 illiyi münasibətilə Narınqalanın bərpası layihəsinə ayrılan vəsaitlərin mənimsənilməsindən gedir.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Ən çox oxunanalar