Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağıstan rəhbəri: “Azərbaycanlılar Dağıstanın 14 köklü xalqından biridir”


Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyevin APA-nın Rusiya bürosuna müsahibəsi


- Dağıstan-Azərbaycan əlaqələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Rusiya-Azərbaycan münasibətlərinin dövlət başçılarımızın da dəfələrlə dediyi kimi, bir çox istiqamətlərdə böyük əməkdaşlıq potensialı var - o cümlədən siyasət, ticarət-iqtisadi və humanitar sahələrdə. Bunlar qarşılıqlı investisiyalar, kənd təsərrüfatı məhsullarının ixrac və idxalı, turizm və digər sahələrdir.

Dağıstan üçün Azərbaycan ənənəvi ticarət tərəfdaşlarından biridir. Dağıstan və Azərbaycan arasında ticarət dövriyyəsinin illik həcmi bizim respublikanın xarici ticarətinin 30 faizini təşkil edir. Ümumilikdə, Dağıstan və Azərbaycan arasında stabil, müsbət dinamikası ilə fərqlənən münasibətlər mövcuddur. Biz bundan sonra da strateji tərəfdaşlığı möhkəmləndirmək məqsədindəyik. Çünki Dağıstan və Azərbaycan sadəcə yaxın qonşu deyil, respublikaların əsrlərə söykənən möhkəm tarixi-mədəni əlaqələri var. Bizim iki regionumuz arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət, eləcə də ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət və humanitar əməkdaşlıq haqqında saziş imzalanıb. 1996-cı ildən dostluq haqqında Deklarasiya qüvvədədir. Həmin vaxtdan Bakıda Dağıstan Respublikasının nümayəndəliyi açılıb. Respublikalar arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıqla bağlı hökumətlərarası komissiya yaradılıb və fəaliyyət göstərir.

Dağıstan nümayəndə heyəti hər il Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edir. Bu forum birgə layihələrin və ticarət əlaqələrinin həyata keçirilməsi imkanlarına baxmaq üçün meydançadır. 2016-cı ildə Azərbaycanda Dağıstan Respublikası Günləri keçirildi. Bu günlər çərçivəsində qonşu respublikanın rəhbərliyi ilə görüşlər keçirildi. Dağıstanın Xalq Məclisi ilə Azərbaycanın Milli Məclisi arasında əməkdaşlıq haqqında parlamentlərarası saziş imzalandı. Bizim respublikanın investisiya və turizm potensialının təqdimatı keçirildi, "Dağıstan xalqının incəsənəti" sərgisi və konsert proqramı təşkil olundu. Eləcə də, Azərbaycanda yaşayan dağıstanlıların həmin günlərdə öz həmvətənliləri ilə görüşmək imkanı oldu.

- Yaxın vaxtlarda Sizin Azərbaycana səfəriniz gözlənilir. Səfərinizin məqsədi barədə nə deyə bilərsiniz?

- Sözsüz ki, səfərimin məqsədi bundan sonra da mehriban qonşuluq əlaqələrini möhkəmləndirmək, iqtisadiyyat, sənaye, təhsil, kənd təsərrüfatı və humanitar sahədə əməkdaşlıq perspektivlərini müzakirə etməkdir. Bizə Azərbaycan Respublikası ilə münasibətlərdə mövcud olan yaxşı təşəbbüsləri dəstəkləmək və inkişaf etdirmək lazımdır.

"Azərbaycana planlaşdırılan səfərimin məqsədi bundan sonra da mehriban qonşuluq əlaqələrini möhkəmləndirmək, iqtisadiyyat, sənaye, təhsil, kənd təsərrüfatı və humanitar sahədə əməkdaşlıq perspektivlərini müzakirə etməkdir"


Vladimir Putin hər zaman Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyətini vurğulayaraq, məhz regionlararası əlaqələrin rolunu qeyd edib. Bu gün biz mövqedən çıxış edərək qonşularımız və tərəfdaşlarımızla çoxdankı ənənəvi münasibətlərimizi inkişaf etdiririk. 2017-ci ildə Rusiya ilə Azərbaycan arasında münasibətlərin qurulmasının 25 illiyi tamam oldu. Əlbəttə ki, bizim səy göstərəcəyimiz bir şeylər var. Yeni yanaşmalara, yeni əməkdaşlıq perspektivlərinə ehtiyacımız var və bunlara hərtərəfli qarşılıqlı sərfəli baxış tələb olunur.

- Dağıstanla Azərbaycan arasındakı əməkdaşlığın səviyyəsindən razısınızmı?

- Bir qədər statistikaya müraciət etmək istəyirəm.

"Dağıstanla Azərbaycan arasında xarici ticarət dövriyyəsinin həcmi 2017-ci ildə 2016-cı ilə nisbətdə 54,1 faiz azalaraq 47,9 milyon ABŞ dolları təşkil edib. 2016-cı ildə isə bu göstərici 104,3 milyon dollar olub"


Şimali Qafqaz gömrük idarəsinin məlumatına görə, Dağıstanla Azərbaycan arasında xarici ticarət dövriyyəsinin həcmi 2017-ci ildə 2016-cı ilə nisbətdə 54,1 faiz azalaraq 47,9 milyon ABŞ dolları təşkil edib. 2016-cı ildə isə bu göstərici 104,3 milyon dollar olub. 2017-ci ildə ixrac 26,4 milyon dollar, 2016-cı ildə 21,1 milyon dollar, 2017-ci ildə idxal 21,5 milyon dollar, 2016-cı ildə 83,2 milyon dollar olub. Bu, vəziyyəti analiz etmək üçün və xarici ticarət dövriyyəsinin tempinin azalmasına icazə verməmək üçün bəhanədir.

Azərbaycandan Rusiyaya hər gün on minlərlə ton kənd təsərrüfatı məhsulları daşınır. Azərbaycan Respublikası həm də Dağıstandan ixrac olunan qida məhsullarının əsas istehlakçısıdır. Azərbaycanın bu sahədə payı 50 faizdir. Dağıstandan Azərbaycana əsasən iri və xırda buynuzlu mal-qara, tərəvəz, təzə və dondurulmuş balıq, kərə yağı, süd yağları, yumurta, taxıl, günəbaxan tumu, ət və ət məhsulları ixrac olunur. Dağıstan Respublikasında beynəlxalq yük daşımalarına 3 minə yaxın yük avtomobili cəlb olunur. Onlar müntəzəm olaraq Azərbaycandan kənd təsərrüfatı məhsullarını və digər yükləri Rusiyanın mərkəzi regionlarına daşıyırlar. Yükdaşımalar həm də əks istiqamətdə həyata keçirilir. Bu məqsədlə bizim ölkələrin sərhədində "Viaduk" gömrük-logistika mərkəzi yaradılıb. Bu mərkəzin gündə 300 böyük həcmli yük maşınını buraxmaq qabiliyyəti var. Bundan başqa, Dağıstanda Azərbaycan şirkətlərinin iştirakı ilə investisiya layihələri də həyata keçirilir. Bunlara misal olaraq, "Təzə tərəvəz" istixana kompleksinin və "AseraAqro" kənd təsərrüfatı parkının tikintilərini göstərmək olar. Dərbənd şəhərində Fransa, Azərbaycan və Dağıstanın birgə layihəsi olan istixana kompleksinin tikintisinin həyata keçirilməsi planlaşdırılır. Dağıstanın Qarabudağkənd rayonunda yerləşən "Avrora" sənaye parkının ərazisində 30-dan artıq təşkilat - kiçik və orta sahibkarlıq subyektlərinin rezidentləri öz fəaliyyətlərini maşınqayırma, cihaz və metal emalı, yeyinti sənayesi, mebel istehsalı, tikinti materialları istehsalı sahəsində öz fəaliyyətlərini həyata keçirə bilərlər.

Bunlar hələ hamısı deyil. Sənaye sahəsində də ticarət əlaqələrinin qurulmasına maraq mar. Bu istiqamətdə Dağıstanın "Kaspiyskiy zavod toçnoy mexaniki" ASC, "Hacıyev adına zavod" ASC, "DaqZETO" ASC, "Daqfos" ASC və "NBT-Dağıstan" MMC kimi müəssisələri ilə iş aparılır. Fikrimcə, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi də cəlbedicidir. Xüsusi ilə də ikitərəfli turist axınının böyüdülməsi üçün şəraitin yaradılması, birgə tarixi-mədəni və turist proqramlarının və marşrutlarının həyata keçirilməsi cəlbedicidir. Yeri gəlmişkən, bizim turist mübadiləmiz aktivləşib. Yaraq-Qazmalarda yerləşən Rusiya (Dağıstan)-Azərbaycan sərhədindəki təkcə bir gömrük postundan il ərzində sərhədi 900 mindən çox insan, o cümlədən turistlər keçir. Son illərdə ekspertlərin qiymətləndirməsinə görə, Azərbaycandan Dağıstana ziyarət turları məqsədilə turist axını əhəmiyyətli dərəcədə artıb. Eləcə də turizm seqmentində turist sayı da artıb.

"Birgə beynəlxalq layihələrin inkişafı məqsədilə MDB ölkələrinin beynəlxalq tarixi-mədəni və Çinin "Böyük İpək Yolu" layihələrinin reallaşdırılması çərçivəsində Dağıstan və Azərbaycandan keçərək kəsişən entomədəni marşrutların yaradılması üzrə iş aparılır"


Birgə beynəlxalq layihələrin inkişafı məqsədilə MDB ölkələrinin beynəlxalq tarixi-mədəni və Çinin "Böyük İpək Yolu" layihələrinin reallaşdırılması çərçivəsində Dağıstan və Azərbaycandan keçərək kəsişən entomədəni marşrutların yaradılması üzrə iş aparılır. Bu marşrutların Dağıstandan keçməklə, Rusiya istiqamətində də inkişafı məsələsi üzərində işlənilir. Burada söhbət 1858-ci ildə Dağıstana səyahət etmiş məşhur fransız yazıçısı Aleksandr Dümanın Qafqazda olması ilə bağlı birgə turist marşrutu layihəsindən gedir. Bundan başqa, Dağıstanla Azərbaycan arasında dəmir yolu turist marşrutlarının, kruiz və yaxta turizminin birgə inkişafı layihələri də nəzərdən keçirilir.

- Dağıstanla Azərbaycan arasında gələcəkdə hansı birgə layihələrin reallaşdırılması planlaşdırılır?

- Dağıstan ərazisinə bitişik olan Xəzər dənizi şelfinin işlənilməsi istiqamətində fəaliyyəti perspektivli hesab edirəm. Bizim respublikaların zəngin neft və qaz yataqları var, o cümlədən Xəzər dənizin şelfində. Yeni yataqların kəşf edilməsi, neftin daşınması, onun işlənməsi məsələlərinin həll edilməsi respublikaya iqtisadi vəziyyətini yaxşılaşdırmağa, əhalinin məşğulluq qabiliyyətinin artırılmasına, büdcəyə daxilolmaların artırılmasına və vacib olan digər sosial problemləri həll etməyə imkan verir. Xəzər şelfində Azərbaycanın neft şirkətlərinin böyük təcrübəsini nəzərə alaraq azərbaycanlı tərəfdaşlarla bizim neft-qaz kompaniyalarının əməkdaşlığını özümüz üçün vacib hesab edirik. Bakı şəhərində Dağıstan istehsalçılarının məhsullarını, milli sənətkarlı və zərgərlik nümunələrinin satışını həyata keçirmək üçün "Dağıstan-Azərbaycan" ticarət evinin yaradılması imkanlarını nəzərdən keçirməyi fikirləşirik. Elmi-tədqiqat institutları və ali təhsil təşkilatlarının əməkdaşlığı sahəsində də çoxlu perspektivlər var. Beynəlxalq magistr proqramlarının, professor-müəllim heyətinin təcrübə keçməsinin həyata keçirilməsi aktualdır.

- Azərbaycanla Dağıstan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq hansı səviyyədədir?

- Respublikalarımızın hüquq-mühafizə orqanları təhlükəsizliyin müxtəlif sahələrində əməkdaşlıq edirlər. İlk növbədə beynəlxalq terrorçuluq və ekstremizmlə mübarizə sahəsində əməkdaşlıq mövcuddur. Təhlükəsizliyin vacib tərkib hissəsini dövlət sərhədinin mühafizəsi təşkil edir. Dağıstanın sərhədinin uzunluğu 327,6 km-dir. Hal-hazırda Rusiya-Azərbaycan dövlət sərhədinin demarkasiya prosesi gedir. Miqrasiya prosesi ilə bağlı məsələləri müzakirə etmək lazımdır. Dağıstan Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri üzrə İdarəsinin məlumatına görə, Rusiya dövlət sərhədinin Dağıstan buraxılış məntəqəsindən 2017-ci il ərzində 500 mindən çox xarici vətəndaş və vətəndaşlığı olmayan şəxslər keçib. Biz, dövlətlərimizin təhlükəsizliyini və sabitliyini sarsıtmağa imkan verməmək üçün bütün miqrasiya prosesini dəqiq anlamalı və nəzarətdə saxlamalıyıq.

- Azərbaycan və Dağıstanın tarixini birləşdirən Dərbənd şəhərində çoxlu sayda azərbaycanlı yaşayır. Azərbaycanlıların Dağıstanın ictimai-siyasi həyatında rolunu necə qiymətləndirirsiniz?

- Dağıstan və Azərbaycanı tarixən formalaşmış mehriban qonşuluq, dostluq münasibətləri birləşdirir.

"Dağıstan və Azərbaycanı tarixən formalaşmış mehriban qonşuluq, dostluq münasibətləri birləşdirir"


Dağıstanda 140 minə yaxın azərbaycanlı yaşayır. Respublikamız Rusiya Federasiyasının ən çoxmillətli subyektlərindən biridir. Dağıstanda sayına, dilinə, məişətinə, inancına, mədəniyyətinə və sosial-iqtisadi inkişaf səviyyəsinə görə fərqlənən 120-dən çox xalq, etnik qrup yaşayır.

Azərbaycan xalqı Dağıstanın 14 köklü xalqından biridir. Azərbaycanlılar Dağıstanın inkişafının bütün ictimai-siyasi, sosial-iqtisadi və entomədəni proseslərinin tamhüquqlu iştirakçısıdır. Respublikanın dövlət hakimiyyəti orqanları Dağıstanın istisnasız olaraq bütün xalqlarının ənənəvi kompakt yaşadığı ərazilərdə sosial-iqtisadi inkişafı məqsədilə lazımı tədbirlər görürlər. Əsas vəzifə hər bir xalqın, o cümlədən Azərbaycan xalqının milli məişətini və mədəniyyətini qoruyub saxlamaq, xalqın etnomədəni cəmiyyət kimi inkişafı üçün şərait yaratmaqdır. Azərbaycan dili Dağıstan Respublikasının 14 dövlət dilindən biridir. Bu dildə respublika və bələdiyyə radiosunda verilişlər gedir. Dərbənddə Azərbaycan Dövlət Dram Teatrı fəaliyyət göstərir. Respublikada Dağıstan azərbaycanlılarının ictimai birliyi fəaliyyət göstərir. Dağıstanın Dərbənd rayonu ilə Azərbaycanın XaçmazQusar rayonları, eləcə də Dərbənd şəhəri ilə Bakı şəhərinin Nərimanov rayonu arasında qardaşlıq əlaqələri qurulub. Sıx əməkdaşlığa misal olaraq Azərbaycan tərəfinin Dərbəndin 2000 illiyi ilə bağlı bayram hazırlıqlarında iştirakını göstərə bilərəm. Qonşumuz Dərbənddə Heydər Əliyev küçəsini bərpa edib. 6 nömrəli internat məktəbində bərpa işləri aparılıb. 2016-cı ildə Mahaçqalada Əziz Əliyevin abidəsi ucaldılıb. Biz, qardaş respublikaya bu cür töhfəyə görə minnətdarıq. Bizi həqiqətən də çox şeylə bağlayır. Bugünkü vəzifəmiz aydındır - bu əlaqələri qoruyub saxlamaq və möhkəmləndirmək.

Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi bir müddət əvvəl yenidən ölkə prezidenti seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Seçkinin nəticələri Azərbaycan xalqının İlham Əliyevə yüksək etimadını, ölkənin dinamik inkişafı və vətəndaşların sosial rifahının yüksəldilməsi üçün həyata keçirdiyi siyasəti dəstəklədiyini göstərdi. Prezidentinizə nəzərdə tutduğu planları həyata keçirərək yeni zirvələrə çatmağı, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar