Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağ kəndi və 315 manat...



Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında qərarda dəyişikliklər edilib


Belə ki, dövlət sifarişi üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya veriləcək, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əmək haqqına ayda 100 manat məbləğində əlavə ödəniləcək. 

Yeni işə başlayan müəllimin bir stavka (12 saat) dərs yükü üçün isə aylıq əmək haqqı 155 manat təşkil edir. Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə edilərsə, onların aylıq gəliri 315 manat olacaq.

Haradasa müsbət qərardır, pozitiv çalarlar tapmaq mümkündür və sair.  
Amma məsələ ondadır ki, bu artım gəncləri gedib ucqar dağ kəndlərində müəllimlik etməyə həvəsləndirəcək səviyyədə deyil. Elə bu qərarı eşidən kimi, uzun müddətdir normal maaşlı iş tapmaq istəyən bir gənc tanışa zəng etdim ki, bəs sən pedaqoqsan, get bir ucqar kənddə işlə, maaşınıza əlavə edilib-filan. Dedi ki, sən 315 manata, özü də kirayədə qalmaq şərtilə heç bir şəraiti – qazı, normal işığı olmayan kənddə yaşaya bilərsən? Dedim yox. Nəinki ucqar kənddə, heç öz kəndimdə də bu pulla normal, müəllim kimi yaşamaq mümkün deyil... 
Məntiqlə də heç bu artim müəllimə qalmır; zatən kirayə və yol xərcinə sərf olunacaq. İkincisi, tanışımın dediyi kimi, 315 manatla necə yaşamaq olar Azərbaycan kimi bahalı ölkədə?  Heç 1000 manatla normal dolanmaq mümkün deyil bu məmləkətdə...

Müəllimlərin maaşı məsələsinə bu cür primitiv, haradasa aldadıcı vədlərlə yanaşmaq doğru deyil. Bu sahədə əsaslı və real addımlar atılmalıdır. Tutaq ki, yeni işə başlayan bir qrup müəllimə ayda 160 manat əlavə ödəniş edildi. Bəs iki il, 5 il, 10 il, 20 il əvvəldən müəllim işləyənlər 150-200 manatla “dolanmaqda” davam etməlidirlər? Məgər təhsil sahəsinə cavabdeh olanlar bilmirlər ki, 200 manat maaş alan müəllimdən heç 100 il sonra da keyfiyyətli tədris gözləmək mümkün deyil? Yeri gəlmişkən, keçmiş təhsil naziri Misir Mərdanov da bunu etiraf etmişdi ki, 200 manata müəllim işləməz, o hətta bunu daha sərt formada demişdi. Amma mən 200 manatla işləyən müəllimləri Misir Mərdanov kimi “ağılsız” hesab etmirəm, sadəcə, onlar çarəsizdir, neyləsinlər? Ümid edirlər ki, bəlkə gələcəkdə yaxşı oldu, onlara dövlət qulluqçusu statusu verildi...

2000-2001-ci illərdə mən də müəllim işləmişəm. Bu sahəyə və öyrətmənlərin çətinliklərinə az-çox bələdəm. Müəllimlərin maaşı məsələsi kompleks həll edilməlidir. Onların əmək haqqı azı iki dəfə artırılmalıdır, büdcəmiz buna imkan verir. Müəllimin maddi problemlərini həll etmək cəmiyyətin mənəvi, təhsil problemlərinin qarşıdakı müddətdə həllinə sərmayə yatırmaq deməkdir. 

İkincisi, pedaqoqlara birdəfəlik təmənnasız - həvəsləndirici pul mükafatları verilməlidir. Onlara güzəştli şərtlərlə ev, nağd pul kreditləri ayrılmalıdır. Pedaqoqları kommunal xərclərin müəyyən faizindən, hətta yarısından azad etmək də səmərəli addım ola bilər. Çünki hazırda orta hesabla hər ailə ayda 100 manat qaz-işıq, su pulu ödəyir. 200 manat maaş alan müəllim bunun 100 manatını kommunal xərclərə ödəyib necə yaşasın? Heç olmasa, onlara 50 faiz güzəşt edilməlidir. 

Piar xətrinə müəllimlərin heysiyyatı ilə oynamaq lazım deyil. Real addımlar atmaq lazımdır ki, müəllimlər maddi problemlərinin həlli ilə deyil, uşaqlarımıza dərs keçməklə məşğul olsunlar, heç olmasa 10, 20 il sonra cəmiyyətimizdəki savadsızlığın səviyyəsi azalsın.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar