Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP-dən sürücülərə və avtomobil sahiblərinə müraciət

Nəqliyyat vasitələrinin istifadəçiləri barədə məlumatların verilməsi ilə bağlı Baş DYP İdarəsi hüquqi və fiziki şəxslərə müraciət edib


PİA.AZ trend-ə istinadən bildirir ki, idarədən verilən məlumata görə, son vaxtlar ayrı-ayrı internet saytlarında, sosial şəbəkələrdə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək elektron qaydada tərtib edilən inzibati xəta haqqında protokollar üzrə cərimə məbləğlərinin banklarda qəbul edilməməsi, yaxud müxtəlif vaxtlarda törədilən qayda pozuntularına görə bir neçə protokol üzrə qərarların bir gündə çıxarılması səbəbindən ödənişdə çətinliklərlə üzləşmələri barədə bəzi sürücülər tərəfindən müxtəlif fikirlər səslənir.
 
Bununla əlaqədar DİN Baş DYP İdarəsi bir daha nəqliyyat vasitəsi sahiblərinin diqqətinə çatdırır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən nəqliyyat vasitəsini dövlət qeydiyyatından, həmçinin təkrar dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları bir gün ərzində yeniləməlidirlər:
 
"Əfsuslar olsun ki, bəzi hüquqi və fiziki şəxslər həmin məlumatları vaxtında yeniləmədikləri üçün barələrində elektron qaydada tərtib edilmiş sənədlərin poçt tərəfindən rəsmi qaydada ünvana çatdırılması və həmin protokollar üzrə qərarların çıxarılması mümkün olmur. Belə protokollar yalnız nəqliyyat vasitələri istifadə olunan zaman saxlanıldıqda müvafiq sənədlər rəsmi qaydada sürücülərə təqdim edilir və həmin sənədlər eyni vaxtda verildiyi üçün eyni gündə də qərarlar qəbul edilir. Aydın məsələdir ki, bu halda da daha çox qayda pozmuş şəxs eyni vaxtda daha çox məbləğdə cərimə ödəməli olur.
 
Qeyd olunan, eləcə də nəqliyyat vasitəsi saxlanılaraq müvafiq sənədlərin təqdim olunması zaman əlavə vaxt itkisinə yol verilməsi hallarının qarşısının alınması məqsədilə avtomobil sahiblərindən xahiş olunur ki, yuxarıda sadalanan məlumatlar dəyişdiyi vaxtdan bir gün ərzində poçt vasitəsilə ərazi üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbələrinə, yaxud Baş DYP idarəsinin www.dyp.gov.az internet saytının “Online müraciət” səhifəsi vasitəsilə həmin məlumatların yenilənməsi barədə müraciət etsinlər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar