Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP-dən avtoxuliqan məmur oğlu ilə bağlı açıqlama

DYP-dən avtoxuliqan məmur oğlu ilə bağlı açıqlama: ' Kimsə toxunulmaz olduğunu düşünməsin'


Azərbaycan Dillər Universitetinin tələbəsi Nicat Abdullayevin avtoxuliqanlıq etməsi sosial şəbəkələrdə və mediada geniş müzakirə mövzusudur.

Azvision.az  xəbər verir ki, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov gündəmi zəbt edən məsələ ilə bağlı bildirib ki, Nicat Abdullayev 2016-cı ilin 5 ayı ərzində 3 dəfə qanunvericiliyi pozan hadisə törədib.

"Nicat Abdullayev ilk dəfə yol polisi əməkdaşlarının saxlama əmrini yerinə yetirmədiyi üçün 20 sutka həbs alıb. Bundan sonra qonşuları ilə dava etdiyi üçün cəzalandırılıb. Həmin şəxs, 3-cü dəfə avtoxuliqanlıq etdiyi üçün saxlanılıb və sürücülük hüququndan məhrum edilib. Nicat Abdullayev cəmiyyətə açıq şəkildə hörmətsizlik edib və bu əməlinə görə ona 20 sutka həbs cəzası verilib”. 

V.Əsədov N.Abdullayevin atasının vəzifəli şəxs olması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. DYP rəsmisi qeyd edib ki, kimsə kiminsə kölgəsində toxunulmaz olduğunu düşünməsin:

"Nicat Abdullayev əməlini boynuna aldı. Qaydaları pozdunuğu, cəzasını çəkməyə hazır olduğu bildirdi. Yol hərəkəti haqqında qanun onu yerinə yetirmək üçündür. Heç kim bu məsələdə özünü kənara çəkməsin və toxunulmaz hesab etməsin. Bu tələblər birmənalı yerinə yetirilməlidir”.

Qeyd edək ki, "avtoş” tələbənin atasının Xarici İşlər Nazirliyində vəzifə tutduğu deyilir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar