Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

DSMF Suraxanı şöbəsində dövlət vəsaitlərinin mənimsənilməsi təsdiqlənib

Əjdər Cəbiyev qardaşını 1 milyon manatın qarşılığında xilas etmək istəyir


Azərbaycan dövləti mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizə apardığını elan edib. 

Bu istiqamətdə müəyyən tədbirlər görülsə də, illərdir ki, arzu olunan nəticə ortada yoxdur. Bu növ cinayətkarlıqla bağlı rəsmi məlumatlarda  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, nazirliyin  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) adı ilk yerlərdə keçir. AzEuroNews.com-a daxil olan məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Suraxanı rayon şöbəsində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının apardıqları araşdırma yekunlaşmaq üzrədir. Yazmışdıq, bir də xatırladaq ki, araşdırma işdən çıxarılmış bir neçə şöbə əməkdaşının idarayə təqdim etdikləri sənədlər əsasında aparılır.

 Bildirilir ki, həmin sənədlərdə şöbədə baş verən ağır maliyyə cinayətlərinin üstünü açmağa imkan verən məlumatlar yer alıb. Əsasən saxta pensiya işləri, ayrı-ayrı pensiyaçıların bank hesablarına köçürülərək mənimsənilmiş yüz min manatlatla vəsaitdən söhbət gedir. İddia olunurdu ki, araşdırma çərçivisində DSMF Suraxanı şöbəsindən mütəmadi olaraq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə sənədlər daşınıb və təqdim olunmuş faktların bir çoxu təsdiqini tapıb. DSMF Suraxanı şöbəsində aparılan yoxlama nəticəsində külli miqdarda vəsaitin talan edilməsi aşkar edilib. Belə bir iddia da var ki, ortaya çıxarılan faktların ört-basdır edilməsi üçün bir milyon manat tələb olunur. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yaxasını kənara çəkib. Şöbənin müdiri Şahalı Cəbiyevi qabağa verməklə məsuliyəti üzərindən atmaq istəyir. Şahalı Cəbiyevin qardaşı Əjdər Cəbiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəridir və faktiki olaraq Nazirliyin bütün fəaliyyətinə nəzarət edir. Yada salaq ki, bu DSMF Suraxanı şöbəsində ilk yoxlama deyil. Bundan əvvəl də şöbədə yoxlama baş verib. 12 sentyabr 2011-ci ildə yayılan rəsmi məlumatlarda deyilirdi ki, Dövlət Sosial Müdafiə Fondundan prokurorluğa daxil olmuş, qurumun Suraxanı şöbəsinin maliyyə-uçot sektorunun işçiləri tərəfindən pensiyaların ödənişi və uçotu sahəsində saxtakarlıq edilməklə külli miqdarda dövlət əmlakının mənimsənilməsi barədə material Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən araşdırılıb. Cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Səfər Hüseynov Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini icra edərkən pensiyaların qanunvericiliyə uyğun olaraq ödənişini təmin etməli olduğu halda, qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə şöbənin baş məsləhətçisi T.Kərimova, maliyyə üçot sektorunun müdiri K.Muradov, məsləhətçi-mühasiblər K.Hüseynova və qeyriləri ilə qabaqcadan əlbir olub 2008-2010-cu illərdə əvvəllər ailə başçısını itirməyə, əlilliyə və yaşa görə pensiya almış ayrı-ayrı şəxslərin pensiya alma müddətlərinin bitməsinə baxmayaraq, onların hesablarına tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə, cəmi 995 min 642  manat məbləğində pul vəsaitini köçürüblər. Vətəndaşların bilavasitə özlərindən və onların adından guya itirilmiş kart kimi sifariş verərək əldə etdiyi yeni plastik kartlarla həmin pul vəsaitlərini götürüb şəxsi ehtiyaclarına sərf etməklə ona etibar edilmiş küllü miqdarda özgə əmlakını talayıb.

İstintaqla müəyyən edilmişdi ki, Akif Sərkarov DSMF-nin Suraxanı rayon şöbəsinin maliyyə-uçot sektorunun aparıcı məsləhətçi-mühasibi vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək 2009-2010-cu illərdə iki şəxsin adına köçürülmüş xeyli miqdarda, yəni 5 min 338 manat məbələğində özgə əmlakını talayıb. Öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyərək vəfat etmiş pensiyaçıların adlarına 8 min 758 manat məbləğində artıq ödənişlər edib.

Törətdiyi cinayət əməllərinə görə Səfər Hüseynov qulluq mövqeyindən sui-istifadə etməklə külli miqdarda özgə əmlakını talama, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdi. Bundan əlavə, həmin şöbənin maliyyə uçot sektorunun müdiri-baş mühasibi Kərim Muradov və qeyriləri cəmi 12 şəxs törətdikləri əməllərə görə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talama) 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Həmin vaxt ibtidai istintaq zamanı 320 min manat vəsaitin dövlətə ödənilməsi təmin olunmuşdu. Gələn məlumatlar onu deməyə əsas verir ki, hazırda DSMF Suraxanı rayon şöbəsində vəziyyət daha acınacaqlıdır və dövlət vəsaitlərinin oğurlanmasının sərhədləri daha genişdir.

pia.az
Etiket:
loading...