Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DSMF-də kollegiya iclası keçirildi


Dövlət Sosial Müdafiə Fondunda 2014-cü ilin I yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş kollegiya iclası keçirilib


DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, iclası giriş sözü ilə açan DSMF sədri Elman Mehdiyev vurğulayıb ki, prezident İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrinin, o cümlədən sığorta-pensiya sisteminin yüksələn xətlə inkişafı təmin edilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb.

Bu əsasda Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2014-cü ilin 6 ayında da uğurla davam etdirilib. E.Mehdiyev çıxışı zamanı 2014-cü ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

DSMF sədri ötən illərdə olduğu kimi, 2014-cü ildə də Azərbaycanda həyata keçirilən sığorta - pensiya islahatlarının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O, DSMF-nin əhaliyə elektron xidmətlər göstərilməsi sahəsində təcrübəsi nəzərə alınaraq cari ilin oktyabr ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasının sığorta-pensiya sistemində elektron xidmətlər mövzusunda beynəlxalq konfransının Bakı şəhərində keçiriləcəyini diqqətə çatdırıb. E. Mehdiyev həmçinin bildirib ki, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində DSMF və Avropa İttifaqının birgə layihəsi fəaliyyətini uğurla davam etdirir.

Sonra Fondun aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxış ediblər. Kollegiya iclasında Fondun yerli orqanlarının 2014-cü ilin I yarımilliyindəki fəaliyyəti ətraflı təhlil edilib. 

İclasda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda icrası 2014-cü il üçün nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi istiqamətindəki tədbirlərlə bağlı ətraflı müzakirələr aparılıb.

Müzakirələr zamanı məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin daha da sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar