Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DQ və 7 rayon qayıtmalıdır: Duqin Kremlin fikrini dedi?


“Rusiya siyasi elitasında Azərbaycana, eləcə də Dağlıq Qarabağ probleminin həllinə münasibətdə obyektivliyin ilkin işartıları görünməkdədir”


Rusiya tərəfindən 7 rayonun qaytarılması təklifi Moskvanın ermənipərəst siyasətinə qarşı cəsarətli addım hesab oluna bilər”.

Bunu Axar.az-a Rusiyanın deputat və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin Cocuq Mərcanlıya səfərini və Dağlıq Qarabağla bağlı fikirlərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Cocuq Mərcanlıda belə bir tədbirin təşkil edilməsini çox yüksək qiymətləndirib:

“Orada səsləndirilən fikirlər Azərbaycan-Rusiya münasibətlərində inqilabi dəyişikliklərə səbəb olacaq. Xüsusən də Rusiyanın yüksək dövlət rəsmilərinin açıqlamaları göstərir ki, Rusiya-Azərbaycan arasındakı strateji bağlar inkişaf etməkdə və keyfiyyətcə yeni mərhələyə daxil olmaqdadır. Tədbirin Cocuq Mərcanlıda keçirilməsinin prinsipial əhəmiyyəti var. Bununla da açıq mesaj verildi ki, Bakı sülhün, dincliyin tərəfdarıdır və Cocuq Mərcanlıda aparılan dəyişikliklər də bunun bariz sübutudur. Xüsusilə də Duqin və Savelyevin Dağlıq Qarabağ və ətrafındakı rayonların qaytarılmasını birmənalı və açıq dilə gətirməsi birbaşa Moskvanın mövqeyini əks etdirir. Bu, açıq şəkildə BMT qətnamələrinin ruhuna uyğundur. Rusiya tərəfindən 7 rayonun qaytarılması təklifi Moskvanın ermənipərəst siyasətinə qarşı cəsarətli addım hesab oluna bilər. Belə nəticəyə gəlmək olar ki, səsləndirilən bu fikirlər gec-tez Rusiya xarici siyasətinin prioritetinə çevrilə bilər”.

Rusiya rəsmi hakimiyyət orqanlarının Azərbaycanla bağlı səsləndirdiyi fikirlərin beynəlxalq hüquq normalarına əsaslandığını qeyd edən politoloq çox önəmli bir məqama toxunub:

“Bir məsələni də xüsusilə qeyd etməliyik. Bu tədbirin Azərbaycan prezidentinin Rusiyaya gözlənilən səfəri ərəfəsində keçirilməsi Əliyev-Putin görüşündə mühüm razılaşmalara şahidlik edəcəyimizdən xəbər verir. Söhbət Azərbaycanla Rusiya arasında əlaqələrin daha yüksək mərhələyə qaldırılmasından gedir. Rusiyalı rəsmilər Azərbaycanın Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqi olduğunu vurğuladılar. Bu, təsadüfi səsləndirilmiş fikir deyil və hər halda Kremlin müəyyən dairələrinin mövqeyini əks etdirir. Cəsarətlə deməliyik ki, Rusiya ictimai rəyində ciddi dönüşlər baş verir. Bunu Dağlıq Qarabağ probleminin həllinə doğru dönüş də adlandırmaq olar. Ən başlıcası isə odur ki, Rusiya Azərbaycanla münasibətləri yenidən qurmaq istəyir. Bu yenidənqurma iki ölkə əlaqələrini keyfiyyətcə yeni bir mərhələyə qaldıracaq”.

Qeyd edək ki, Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyəti Cocuq Mərcanlı kəndində keçirilən “BakıMoskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransında iştirak edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar