Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN Xoşqədəmin verilişində baş verənləri ifşa etdi


DİN Xoşqədəmin verilişində baş verənləri ifşa etdi: "Ucuz şoudan başqa bir şey deyil"


Daxili İşlər Nazirliyi (DİN) Naftalanda baş verən səs-küylü hadisəyə münasibət bildirib.

Milli.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, fevralın 23-də "Xəzər" telekanalında yayımlanan "Səni axtarıram" proqramında və sonra bəzi xəbər saytlarında Naftalan şəhərində Çiçək adlı bir nəfərin oğurlanaraq guya asıldığı, bu səbəbdən iki gün komada qaldığı, qızın ailəsinin isə naməlum şəxslər tərəfindən hədələndiyi barədə yayılan məlumatlar aşkar dezinformasiyadır.

Bu cür məlumatlar sonuncu şəxsin özünün və ailə üzvlərinin məlum bir cinayət işinin ətrafında ictimaiyyəti bilərəkdən aldatmaq məqsədilə yaratdıqları boş hay-küydən, ucuz şoudan başqa bir şey deyildir.

O.Mansurzadə əslində məsələnin mahiyyətinin fərqli olduğunu qeyd edib: "Asıldığı iddia edilən qızın da aid olduğu Seyidovlar ailəsinin bəzi üzvlərinin, xüsusən babası Mirdavud Seyidovun törətdiyi, sənədlərin saxtalaşdırılmaqla özgənin əmlakının mənimsənilməsi ilə müşayiət olunan bir cinayət işinin zorla xətm olunmasına, hazırda cərimə meydançasında saxlanılan, başqasının halal haqqı olan bir avtomobilin sonuncu şəxsə qaytarılmasına hesablanmış uğursuz bir "piar", istintaqın gedişatına əsassız, yolverilməz şəkildə qanunsuz bir müdaxilə cəhdidir.

Yayılan məlumatlarda qızın əmisi olduğu deyilən şəxsin intihar etməsinin də guya eyni şəxslər tərəfindən öyrədilməsi ilə yaxından-uzaqdan heç bir bağlılığı yoxdur. Əslində, Mirdavud Seyidovun oğlu Paşa həmyerlisi Niyaməddin Məmmədova və qeyrilərinə külli miqdarda borclu olub. Sahiblərin tələb etdiyi pulu qaytara bilməməsi səbəbindən P.Seyidi 2015-ci il tarixdə şəhərin istifadəsiz qalmış "Köhnə bazar" adlı tikilisində özünü asaraq intihar edib.

Məlumat üçün deyək ki, bu faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanılaraq istintaq aparılmış, nəticəsi üzrə xitam qərarı verilmiş cinayət işinin sonrakı gedişatına şəxsi maraqlarından irəli gələn səbəbdən təzyiq göstərmək məqsədilə M.Seyidov bir neçə ailə üzvü ilə birlikdə 2016-cı ilin dekabr ayında, ikinci dəfə isə 04.05.2017-ci il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən təmas xəttindən düşmən tərəfə keçməyə cəhd göstərib, lakin hər ikisində bu cəhdlərin qarşısı hərbçilər və polis əməkdaşları tərəfindən alınıb.

Oğlunun ölümündə günahkar saydığı N.Məmmədova məxsus "Volksvagen" markalı avtomaşını şantaj və təhdid yolu ilə mənimsəyərək öz adına keçirən M.Seyidov törətdiyi qanunsuzluğa görə cavab verəcəyini bildiyi, lakin bütün vasitələrlə bundan yayınmağa çalışdığı üçün Gəncə ŞBPİ-nin İstintaq Şöbəsində başlanılmış cinayət işinə xitam verilməsi tələbilə müxtəlif instansiyalara əsassız şikayətlər göndərib. Lakin sonuncu dəfə istəyinə nail olmayan bu şəxs yenidən ailə üzvlərini, o cümlədən üç azyaşlı nəvəsini öz avantürasına cəlb edərək təmas xəttini qanunsuz olaraq keçməyə çalışıb.

O ki qaldı asıldığı, təzyiqə məruz qaldığı bildirilən Çiçək Seyidiyə, onunla bağlı yalnız bir fakta toxunmaq istərdik. Cari il fevralın 19-da Naftalanda istirahət edən qonaqların müraciəti əsasında şəhərin mərkəzində cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə qeyri-etik hərəkətlər etdiklərinə, ictimai qaydanı pozduqlarına görə bu qız bir tanışı ilə ŞPŞ-yə gətirilib. Burada hər iki şəxs barəsində İXM-nin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə edildikdən və profilaktiki söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.

Məhz bu olaydan iki gün sonra Ç.Seyidi DİN-nin "102"-Zəng Mərkəzi" Xidmətinə zəng edərək polis əməkdaşları barədə indi bəzi KİV-lərin tirajladığı şantaj xarakterli, biri-biri ilə məntiqi bağlılığı olmayan məlumatlar verib. Çiçəyin babası M.Seyidov, sonuncunun iki gəlini son bir ay ərzində təhdid olunmalarına dair "102" Xidmətinə müxtəlif xarakterli müraciətlər ediblər. M.Seyidovun, ailə üzvlərinin, o cümlədən asıldığı iddia olunan nəvəsinin də həyatlarının təhlükədə olması ilə əlaqədar DİN-də, Naftalan ŞPŞ-də və prokurorluq orqanlarında dəfələrlə araşdırmalar aparılıb, lakin göstərilən xüsusatlar heç bir halda öz təsdiqini tapmayıb".

O.Mansurzadənin sözlərinə görə, təəssüf doğuran digər vacib məqam da ondan ibarətdir ki, ucuz sensasiya və reytinq dalınca qaçan, bundan ötrü bütün vasitələrə əl atan bəzi proqramlar, xəbər saytları doğru-dürüstlüyü elə ilk andaca böyük şübhə doğuran belə məlumatlar ətrafında yersiz şou düzənləyir, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq heç bir dövlət orqanı ilə zəruri dəqiqləşdirmə, yoxlama aparmadan belə dezinformasiyaları yayımlayır, bununla da cəmiyyətdə narahatlıq, vətəndaşlarda çaşqınlıq yaradırlar ki, bu da qətiyyən yolverilməzdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar