Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN RATİ-nin direktor müavini ilə bağlı açıqlama verib



Daxili İşlər Nazirliyi (DİN) RATİ-nin direktor müavini Günay İsmayılovanın yaşadığı evin girişində hücuma məruz qalması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib


PİA.AZ-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, adi bir kriminal hadisənin zorla siyasiləşdirilməsi yolverilməzdir.

Onun sözlərinə görə, bu il yanvarın 26-da saat 20:15 radələrində yaşadığı binanın girişində naməlum şəxs arxadan G.İsmayılovanın boğazından tutaraq özünə tərəf çəkmək istəyib, lakin sonuncunun qışqırması ilə həmin adam qaçaraq oradan uzaqlaşıb.

Bu barədə DİN-in «102» xidmətinə məlumat daxil olan kimi Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində hadisə qeydə alınıb və araşdırma aparılıb: “Hadisənin guya polisdə qeydiyyata alınmaması barədə səslənən fikirlərin heç bir hüquqi əsası yoxdur. Günay İsmayılova izahatında hadisəni ətraflı təsvir edib. Bu zaman xəsarət almadığı üçün o, məhkəmə-tibbi müayinəsindən keçməkdən imtina edib”.

O. Mansurzadə qeyd edib ki, yanvarın 28-də faktla bağlı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, Nizami RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır: “Məsələyə zorla siyasi don geydirilməsi əlbəttə ki, qəbuledilməzdir. Bu, adi bir kriminaldır. Cinayəti törətmiş şəxsin müəyyən edilməsi üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Qeyd edək ki, son günlər bəzi KİV-də RATİ-nin direktor müavini Günay İsmayılovaya yaşadığı evin blokunda hücum olması barədə məlumatlar yayılıb. Həmin məlumatlarda bunu onun peşə fəaliyyəti ilə əlaqələndirərək həyatına sui-qəsd kimi qeyd ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar