Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Qaradağ rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb


DİN-in mətbuat xidmətindən bildiriblər ki, noyabrın 21-də saat 13 radələrində Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində Lənkəran şəhər sakini Yusif Həsənov idarə etdiyi “Hovo” markalı yük avtomobilini yolun kənarında dayanmış “İsuzu” markalı 149 saylı xətt avtobusuna vurub.

Nəticədə avtobusdakı sərnişinlərdən dördü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə cinayət işi başlanılıb. Yük avtomobilini idarə edən Y.Həsənov qeyd olunan maddə ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar