Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN-in qarşısında etiraz: azərbaycanlılar “90-cı illər qayıdır” şüarı qaldırdılar

Kiyevdə azərbaycanlı icmasının 150-yə yaxın nümayəndəsi Daxili İşlər Nazirliyinin binası qarşısında mitinq keçirir


Mitinqə toplaşanlar Ukrayna hüquq-mühafizə orqanlarını bu ölkədə azərbaycanlı diasporuna təzyiq göstərən, onun imkanlı nümayəndələrini oğurlayan mafioz qruplaşmalara təzyiq göstərməyə çağırır.

Mitinq iştirakçılarının sözlərinə görə cinayətkarlar güc strukturlarından qorxmur. Son vaxtlar Ukraynada 20-dən çox azərbaycanlı biznesmen oğurlanıb, onların bir çoxu böyük pullar alınaraq buraxılıb. Bir çoxu öldürülüb və ya tapılmayıb.

Aksiya iştirakçıları əllərində “Mən Ukraynaya investisiya qoymaq istəyirəm, amma bu təhlükəlidir”, “90-cı illər qayıdır”, “Biz Ukraynada banditizmə qarşıyıq. Bizim həyatımızı qoruyun” kimi sözlər yazılmış plakatlar tutublar.

Xatırladaq ki, Ukraynada azərbaycanlı iş adamlarına quldur hücumları daxili işlər naziri Arsen Avakovun dövründə sistemli xarakter alıb. Bir müddət əvvəl Azərbaycanın Baş prokuroru Zakir Qaralov ukraynalı həmkarına rəsmi məktub göndərərək bu hücumlardan, azərbaycanlıların oğurlanmasından narahatlıq ifadə etmişdi.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar