Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN-də kollegiya iclası keçirilib


DİN-də qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib


Daxili İşlər Nazirliyində qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

PİA.AZ-ın Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinə istinadla verdiyi məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov polisin fəaliyyətinin əsas prinsiplərindən olan qanunçuluq, insan hüquq və azadlıqlarına hörmətin cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində başlıca şərtlərdən danışıb. Nazir yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınmasının, belə halların yaranmasının səbəb və şəraitinin aradan qaldırılmasının profilaktik işin vacib elementlərindən biri olduğunu, Nazirlik tərəfindən bu istiqamətlərdə davamlı şəkildə təşkilati-praktiki tədbirlər həyata keçirildiyini qeyd edib.

Müzakirəyə çıxarılan hər iki məsələnin aktuallığını, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirən nazir artıq ilin doqquz ayının arxada qaldığını söyləyib. Ramil Üsubov cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə edilmiş müsbət təmayüllərin bu hesabat dövründə də qorunub-saxlanıldığını, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin açılmasının bir qədər də yaxşılaşdığını, göstərilən istiqamətlər üzrə şəxsi heyət tərəfindən bir sıra müsbət işlərin görüldüyünü diqqətə çatdırıb.

Eyni zamanda, istər qanunçuluğa riayət olunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində, istərsə də yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində fəaliyyətin təşkilində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğu da qeyd olunub.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev çıxış edib. O qeyd edib ki, son illər bu sahədə kifayət qədər səmərəli işlər görülüb, idarəçilik və təşkilatçılıq fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının yüksəldilməsi, məsuliyyətinin artırılması, xidməti və icra intizamının möhkəmləndirilməsi üçün kompleks tədbirləri əks etdirən əmr, göstəriş və planlar hazırlanıb icraya yönəldilib.

Qeyd olunub ki, ərazi polis orqanları üçün beynəlxalq standartlara cavab verən 38 yeni müvəqqəti saxlama yeri tikilmiş, 24-ü əsaslı təmir olunub. Hökumət və qeyri-hökumət təşkilatlarından, eləcə də beynəlxalq qurumlardan olan müşahidəçilərin müvəqqəti saxlama yerlərində azad və məhdudiyyətsiz monitorinq aparmalarına lazımi şərait yaradılıb və təkcə cari ilin 9 ayında onlar tərəfindən 200-dən çox müvafiq yoxlama tədbiri keçirilib. Digər tərəfdən, xidməti fəaliyyətin nəticələri barədə əhalinin kütləvi informasiya vasitələri ilə məlumatlandırılması, vətəndaşların ayda iki dəfə həm respublikanın regionlarında, həm də Nazirlikdə qəbul edilməsi qanunçuluğun və insan hüquqlarının qorunması işində mühüm əhəmiyyət kəsb edən məsələlər olaraq davamlı surətdə aparılır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar