Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN: “KİV vasitəsilə ictimailəşdirilən müraciətlərə baxılmayacaq”


Son vaxtlar bəzi elektron Kütləvi İnformasiya Vasitələrində ayrı-ayrı şəxslərin qəbulla əlaqədar daxili işlər naziri Ramil Usubova müraciətlərinə rast gəlinir


Bir qayda olaraq müraciət müəllifləri əvvəlcə nazirin, o cümlədən daxili işlər orqanlarının ünvanına təriflər yazdıqdan sonra keçirlər sözlərinin, necə deyərlər, “mustafası”na: Daxili işlər nazirindən onları 5 dəqiqəliyinə də olsa qəbul etmələrini xahiş edirlər. Maraqlıdır, mətbuat vasitəsi ilə ictimailəşən belə müraciətlərə DİN-dən hansı reaksiya verilir.

Virtualaz.org-un bu sualını nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov cavablandırıb:



“Bəli, belə hallara biz də rast gəlirik. Az tanınan bir neçə sayt var ki, sanki məhz bu sahədə ixtisaslaşıblar. Kiminsə müraciətini ictimailəşdirməklə vəd verirlər ki, nazir səni dərhal qəbul edib dinləyəcək. Bununla da onlar rəhbərlik etdikləri mətbuat vasitəsini həm öz qanuni vəzifəsindən yayındırmış olurlar, həm də vətəndaşı aldadırlar. Çünki iş qrafiki daim sıx olan daxili işlər nazirinin KİV-də gedən hər müraciət əsasında qəbullar keçirməsi mümkün deyil. Hamıya məlumdur ki, nazir R.Usubov ayda iki dəfə vətəndaşların qəbulunu keçirir. Bunlardan biri, ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq respublikanın müxtəlif bölgələrində, ikincisi isə DİN-in inzibati binasında keçirilir”.

Nazirlik rəsmisi əlavə edib: “Onu da qeyd edim ki, cənab nazirin ayda iki dəfə olan qəbul günləri barədə əvvəlcədən bütün KİV-də elanlar verilir. Bundan əlavə, DİN-in rəsmi veb saytında (www.mia.gov.az) daimi fəaliyyət göstərən onlayn müraciət forması və nazirliyin rəsmi elektron poçt ünvanı ([email protected]) da birbaşa müraciət etmək istəyən vətəndaşlarımızın ixtiyarındadır.

Buyurub rəsmi qaydada müraciət etsinlər. Əmin ola bilərlər ki, onların müraciətinə operativ və obyektiv şəkildə baxılacaq və özlərinə də bu barədə məlumat veriləcək. Kim ki, müraciətini KİV-lər vasitəsilə ictimailəşdirməklə cənab nazirin qəbuluna düşəcəyinə inanırsa, səhv edir. Bir daha deyirəm ki, belə müraciətlərə baxılmayacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar