Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 22 maydan 11 dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 27 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib


DİM-dən  verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vəzifələrdən 6-sı A növü - inzibati rəhbər vəzifələr üzrə (Energetika Nazirliyi – 6 vəzifə), 21-i isə B növü – inzibati icraçı vəzifələr üzrə olmaqla (Energetika Nazirliyi – 1 vəzifə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – 1 vəzifə, Şirvan Apellyasiya Məhkəməsi – 3 vəzifə, Əmlak Məsələləri Dövlət Komitəsi – 2 vəzifə, Hesablama Palatası – 1 vəzifə, Maliyyə Nazirliyi – 4 vəzifə, Şabran Rayon Məhkəməsi – 2 vəzifə və Lənkəran Ağır Cinayətlər Məhkəməsi – 2 vəzifə, Təhsil Nazirliyi – 3 vəzifə, Şirvan Apellyasiya Məhkəməsi – 1 vəzifə, Kəlbəcər Rayon Məhkəməsi – 1 vəzifə) mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında, yerli təşkilatlarında və rayon məhkəmələrindədir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Energetika Nazirliyi İnsan resursları və dövlət qulluğu şöbəsi, Kadr siyasəti sektoru şöbə müdirinin müavini-sektor müdiri, Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri, Beynəlxalq Əməkdaşlıq şöbəsi, Dövlətlərarası əməkdaşlıq sektoru şöbə müdirinin müavini-sektor müdiri, Strateji proqramlar və islahatlar şöbəsi-şöbə müdirinin müavini, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Energetika Nazirliyi İnsan resursları və dövlət qulluğu şöbəsi, Dövlət qulluğu sektorunun müdiri, Çağrı Mərkəzi sektorunun müdiri vəzifələridir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına məlumatları daxil etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 22 may 2018-ci il tarixindən 22 iyun 2018-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar