Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM peşəkar mühasib sertifikatı verəcək

“Mühasibat uçotu haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən “peşəkar mühasib sertifikatı” veriləcək


Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumatda bildirirlir ki, qanunda nəzərdə tutulan məsələlərin icra edilməsi üçün DİM tərəfindən təkliflər paketinin hazırlanmasına, həmçinin digər aidiyyəti orqanlarla əməkdaşlıq üçün birgə müzakirələrə başlanılıb.
Qanunda nəzərdə tutulan məsələlərin icra edilməsi üçün DİM tərəfindən təkliflər paketinin hazırlanmasına, həmçinin digər aidiyyəti orqanlarla əməkdaşlıq üçün birgə müzakirələrə başlanılıb. Burada əsas məqsəd beynəlxalq standartlara uyğun olaraq müvafiq sahələrdə kadrların formalaşdırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yerli mütəxəssislərə mühasibatlıq üzrə sertifikatların verilməsidir. Xatırladaq ki, ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının illik maliyyə hesabatlarını dərc edən şəxslərin baş mühasiblərinin peşəkar mühasiblər olması tələbi də qanunda öz əksini tapmışdır.

Sözügedən qanuna edilmiş dəyişikliklərə əsasən DİM-in təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçənlərə “Peşəkar mühasib” səviyyəsinə uyğunluğunu təsdiq edən sənəd – sertifikat veriləcək. Forması DİM tərəfindən müəyyən olunacaq peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş il olacaq. Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxslər sertifikatının qüvvədə olma müddətinin son ilində növbəti sertifikatı almaq üçün DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən peşəkar mühasib sertifikatı almalıdırlar.

Peşəkar mühasib sertifikatı alaraq fəaliyyətə başlayan şəxs sonradan eyni standart üzrə iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs sertifikatda qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar