Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM X sinif “Ümumi tarix” dərsliyi ilə bağlı qalmaqala münasibət bildirib


Dövlət İmtahan Mərkəzi (DİM) X sinif “Всеобщая история” (“Ümumi tarix”) dərsliyi ilə bağlı məsələyə münasibət bildirib


Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, DİM ancaq dərsliklərin Azərbaycan dilində olan variantlarının qiymətləndirilməsində iştirak edib. Sonradan bu dərsliklər Rus dilinə tərcümə edilərək istifadəyə verilib: “Mərkəz tərəfindən istifadədə olan dərsliklərin monitorinqini və dərsliklərin çap olunmadan qiymətləndirilməsi aparılır. Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən Dövlət İmtahan Mərkəzinin Əsasnaməsinə əsasən, qurum yalnız Təhsil Nazirliyinin rəsmi sifarişi əsasında dərsliklərin monitorinq və qiymətləndirməsini apara bilər. Bu il də Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında yalnız Azərbaycan dilində olan dərsliklərin nəşrə qədər qiymətləndirilməsi ilə bağlı müqavilə bağlanıb. Mərkəzə nəşrəqədərki Azərbaycan versiyasında olan dərsliklərin maketləri göndərilib. Bir neçə maketdə heç bir müəllifin adı, kim tərəfindən yazılması qeyd olunmayıb. Mərkəz yalnız bu dərsliklərin qiymətləndirilməsində iştirak edib. Sonradan nazirlik onların arasında hansına üstünlük veribsə, onu seçərək rus dilinə tərcümə edib”, - deyə cavabda qeyd olunub.
 
Qeyd edək ki, Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblər üçün X sinif  “Всеобщая история” (“Ümumi tarix”) dərsliyi ilə bağlı qalmaqala səbəb Qədim Roma imperiyasının xəritə toponimlərinin düzgün təsvir olunmamasıdır. Xəritədə yanlış olaraq uydurma “Böyük Ermənistan"ın ərazisi təsvir olunub, Azərbaycan, Türkiyə, İran və Gürcüstan torpaqları qondarma dövlətin ərazilərinə daxil edilib.
 
Qalmaqallı dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri isə Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar