2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisas seçimi bu gün saat 23:59-da başa çatır
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, seçimi iyunun 9-da başlayıb.
İxtisası seçib, hələ təsdiqləməəyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrinin təsdiqini təmin etsinlər. Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
19 iyun saat 17:30-a olan məlumata əsasən, 8113 bakalavr elektron ərizəsinə daxil olaraq ixtisaslaşma seçimi etsə də, onlardan yalnız 7970 nəfəri ərizəsini təsdiq edib.
pia.az