Bu gün Rusiyada keçirilən DÇ-2018-də ilk finalçı bəlli olacaq
Bakı vaxtı ilə saat 22:00-da Sankt Peterburqun “Sankt-Peterburq” stadionunda Fransa və Belçika yığmaları üz-üzə gələcəklər.
Mübarizəyə C qrupunda start verən Fransa 1/8 finalda Argentina, ardınca isə Uruqvayı məğlub edib. Belçika isə Yaponiya və 5 qat dünya çempionu Braziliyanı üstələyərək mübarizədən kənarlaşdırıb.
Oyunu uruqvaylı Andres Kunya idarə edəcək.(Virtualaz.org)
pia.az