Bazar, 24 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

DÇ-2018: Xorvatiya millisinin müdafiəçisi İngiltərə ilə yarımfinal oyununu buraxacaq

Xorvatiya milli komandasının və İspaniyanın "Atletiko" klubunun futbolçusu Şime Vrsalko dünya çempionatında İngiltərə yığması ilə yarımfinal oyununda iştirak etməyəcək


"Report"un məlumatına görə, səbəb 26 yaşlı müdafiəçinin Rusiya ilə 1/4 final matçında zədələnməsidir. Sol dizindən xəsarət alan Vrsalkonun dəqiq bərpa tarixi yaxın günlərdə müəyyənləşəcək.

Daha bir müdafiəçi İvan Striniç və hücumçu Mario Mancukiçdə isə hematoma aşkarlanıb. Vəziyyətlərinin ciddi olub-olmadığının müəyyənləşdirilməsi üçün onlar xəstəxanada həkim müayinəsindən keçəcəklər.

Qeyd edək ki, Xorvatiya Rusiyanı penaltilər seriyasında (əsas vaxt - 1:1, əlavə vaxt - 1:1) üstələyib - 4:3. İngiltərə ilə oyun iyulun 11-də "Lujniki" stadionunda keçiriləcək. Digər yarımfinal qarşılaşmasında Fransa ilə Belçika görüşəcək. Final matçı isə iyulun 15-də olacaq.

pia.az
Etiket:
loading...