Cümə, 18 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

DÇ-2018: İngiltərə millisinin yekun heyəti açıqlanıb




İngiltərə milli komandasının Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün yekun heyəti müəyyənləşib


"Report"un məlumatına görə, baş məşqçi Qaret Sautgeyt 23 nəfərlik siyahıya 3 qapıçı, 9 müdafiəçi, 6 yarımmüdafiəçi, 5 hücumçu daxil edib. Daha 5 oyunçu isə ehtiyatda qalıb.

Qapıçılar: Cordan Pikford ("Everton"), Cek Batlend ("Stok Siti"), Nik Poup ("Börnli")

Müdafiəçilər: Trent Aleksander-Arnold ("Liverpul"), Kayl Uolker ("Mançester Siti") Kiran Trippyer, Denni Rouz (hər ikisi "Tottenhem"), Harri Magir ("Lester"), Fil Cons ("Mançester Yunayted"), Con Stounz ("Mançester Siti"), Qari Kehill ("Çelsi")

Yarımmüdafiəçilər: Cordan Henderson ("Liverpul"), Erik Dayer, Dele Alli (hər ikisi "Tottenhem"), Cessi Linqard, Eşli Yanq (hər ikisi "Mançester Yunayted"), Fabian Delf ("Mançester Siti"), Ruben Loftus-Çik ("Çelsi")

Hücumçular: Rahim Sterlinq ("Mançester Siti"), Ceymi Vardi ("Lester"), Harri Keyn ("Tottenhem"), Markus Reşford ("Mançester Yunayted"), Denni Uelbek ("Arsenal")

Ehtiyat oyunçular: Tom Hiton, Ceyms Tarkovski, Lüis Kuk, Cek Livermor və Adam Lallana. 

Qeyd edək ki, İngiltərə millisi Belçika, Panama və Tunis yığmaları ilə birgə G qrupunda yer alıb. Britaniyalılar iyunun 18-də Soçidə Tunislə, iyunun 24-də Nijni Novqorodda Panama ilə, iyunun 28-də isə Kalininqradda Belçika ilə qarşılaşacaqlar.


pia.az
Etiket:
loading...