Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cüdoçumuz “World Masters” turnirində ən güclü olub


Finalda Orxan Səfərov Fransa təmsilçisini məğlub edib


Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli “World Masters” turnirinə start verilib. 

Oxu.Az xəbər verir ki, turnirin ilk günüdə Azərbaycan millisinin iki üzvü tatami üzərinə çıxıb. 

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov yarışa 1/4 final mərhələsindən, türkiyəli idmaçı Bəkir Özlü üzərində qələbə qazanaraq başlayıb. 

Yarımfinalda Fransa cüdoçusu Valide Hyarı məğlub edən Səfərov adını finala yazdırıb. O, həlledici görüşdə daha bir Fransa təmsilçisi – Vinsent Limare ilə qarşılaşıb. 

Final görüşündə inamla mübarizə aparan Orxan Səfərov rəqibini məğlub edərək qızıl medala sahib olub.

66 kq çəki dərəcində mübarizə aparan digər təmsilçimiz Nicat Şıxəlizadə mübarizəyə italiyalı Fabio Basileni məğlub edərək başlayıb. 

Lakin 1/4 finalda Monqolustan təmsilçisi Tumurxuleq Davadorja məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. 

Şıxəlizadə bu mərhələdəki ilk qarşılaşmasında yaponiyalı Tomofumu Takayo üzərində qələbə qazanıb. Bürünc medal uğrunda görüşdə isə portuqaliyalı Sergiu Oleinikə qalib gələrək millimizin aktivinə ikinci medalı yazdırıb.

Qeyd edək ki, 51 ölkədən 235 idmançının (117 kişi, 118 qadın) mübarizə apardığı “World Masters” turnirində Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar