Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cüdoçularımız 2 qızıl, 2 bürünc qazandı


Meksikanın Qvadalaxara şəhərində keçirilmiş World Masters turnirində Azərbaycan cüdoçuları 4 medal qazanıb


AzVision.az-ın məlumatına görə, yarışın sonuncu günündə cüdoçumuz daha bir qızıl medal qazanıb. Belə ki, cüdoçumuz Elmar Qasımov fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.

100 kq çəki dərəcəsində yarışan cüdoçumuz mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ardıcıl olaraq, braziliyalı Lusiano Korrea, əlcəzairli Layes Buyakub, isveçli Martin Paçeki məğlub edib və finala yüksəlib. Həlledici qarşılaşmada isə Qasımov fransalı Siril Mareni ipponla yenərək, qızıl medala sahib olub. Eyni çəkidəki Elxan Məmmədov ilk görüşdəcə kubalı Xose Armenterosa 54 saniyəyə ipponla uduzaraq, mübarizəni dayandırıb.
90 kq çəkidə çıxış edən Məmmədəli Mehdiyev ilk qarşılaşmada rusiyalı Xusen Xalmurzayevə, təsəlliverici görüşdə Markus Nimana yenilib və 7-ci yerlə kifayətlənib.

100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri kubalı Aleks Qarsia Mendoza, braziliyalı Rafael Silva və rusiyalı Aslan Kambiyevi üstələsə də, yarımfinalda rumıniyalı Daniel Natyaya, bürünc medal uğrunda qarşılaşmada hollandiyalı Roy Meyerə ipponla yenilərək, 5-ci olub.
Daha öncə Orxan Səfərov (60 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medala sahib çıxıb.

Beləliklə, 2 qızıl, 2 bürünc medal əldə edən Azərbaycan millisi 51 ölkənin qatıldığı "World Masters"i kişilərin sıralamasında 1-ci,ümumi sıralamada 2-ci pillədə başa vurub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar