Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cocuq Mərcanlı məktəbində 44 şagird oxuyacaq


Cocuq Mərcanlının yeni sakinlərinə evlərin orderləri təqdim olunub


Bu barədə azvision.az-a Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova bildirib. Onun sözlərinə görə, bu həftədən, ən geci gələn həftədən başlayaraq sakinlər yeni evlərinə yerləşəcəklər.

V.Həsənova bildirib ki, Cocuq Mərcanlı məktəbində təhsil alacaq şagirdlərin və bu məktəbdə işləyəcək müəllimlərin kimlikləri artıq məlumdur. 

"Cocuq Mərcanlı kənd məktəbi sentyabrın 15-də fəaliyyətə başlayacaq. Bu kənddə yaşayacaq sakinlərə evlərin orderləri təqdim olunub. Cocuq Mərcanlıda ev alan şəxslərin, onların məktəbyaşlı uşaqlarının siyahısı artıq hazırdır. Həmçinin məktəbdə işləyəcək müəllimlərin adları Təhsil Nazirliyinə təqdim olunub. Artıq Cocuq Mərcanlı kənd məktəbində hansı müəllimlərin işləyəcəyi, şagird sayının nə qədər olacağı müəyyənləşdirilib və siniflər komplektləşdirilib". 

V.Həsənova vurğulayıb ki, məktəbdə 11 sinif komplekti olacaq: "Düzdür, uşaqların sayı azdır. Kəndə ilk köçürüləcək 50 ailədən 44 uşaq sentyabrda məktəbə gedəcək. Amma hər sinifdə 5, 7, 9 şagird təhsil alacaq. 7 şagird 1-ci sinfə , 9 şagird 2-ci sinfə, 5 şagird isə 4-cü sinfə gedəcək. Bu da "Təhsil haqqında" qanuna uyğundur ki, yaşayış yerinin ətrafında, yaxınlığında məktəb olmayanda sinif komplektləri açılır və müəllimlərə buna uyğun əmək haqqı verilir. Məktəbimiz 44 şagirdlə fəaliyyətə başlayacaq. Lakin cənab prezident İlham Əliyev Cocuq Mərcanlıya yenidən pul ayrılıb və orada yeni 150 ev tikiləcək. Həmin evlər tikildikdən sonra məktəb yaşlı uşaqların sayı artacaq".

V.Həsənova, həmçinin qeyd edib ki, məktəbdə 15 müəllim dərs deyəcək: "13 müəllimin işləyəcəyi dəqiqləşib. Məktəbdə fizika və kimya müəllimi çalışmır. Onlar da qonşu məktəblərdən əvəzçilik qaydasında dərs deməyə dəvət ediləcəklər. 13 müəllim Cocuq Mərcanlı sakinidir və oradan ev alıblar".

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar