Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cinayətdə ittiham olunan Təranə Səmədova mədə kiçiltmə əməliyyatı keçirib


Məlum olduğu kimi, tanınmış prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 243.1-ci (Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə məhkəmə qarşısına çıxarılacaq


Məhkəmə prosesinin iyulun 12-də keçiriləcəyi bildirilir. Cinayət işi Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində başlanılıb və istintaq dövründə Təranə Səmədova barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı prodüserin mövqeyini öyrənməyə çalışdıq. Lakin şirkətinin Ümid adlı əməkdaşı bildirdi ki, prodüser yenicə əməliyyatdan çıxdığından zənglərə özü cavab vermir: “Bildiyiniz kimi, o, bu günlərdə mədə kiçiltmə əməliyyatı keçirib. Hazırda həkim nəzarəti altındadır, sistemlər qoyulur. Buna görə də Təranə xanım zənglərə cavab vermir”.

Qeyd edək ki, bəzi iddialara görə, prodüser məhkəmə prosesindən yayınmaq üçün bu cür əməliyyata girib.

Xatırladaq ki, ötən il dekabrın sonunda mətbuatda prodüser Təranə Səmədovaya qarşı Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işinin açıldığı barədə məlumat yayılmışdı.

Həmin məlumatda bildirilirdi ki, prodüserə Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib. İttihama görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq, onu istismar edib.

Buna baxmayaraq, Təranə Səmədova barəsində istintaq dövründə həbs-qətimkan tədbiri seçilməmişdi.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar