Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cığırından çıxan ABŞ-Türkiyə münasibətləri - Konqresdən Türkiyəyə sanksiyalar gəlir?


Politoloq: “ABŞ-Türkiyə münasibətlərində gərginlik davam etsə də, onun daha da dərinləşəcəyi, Rusiya və İranla eyni səviyyəyə enəcəyi mümkün deyil”


“Türkiyənin hazırkı iqtisadi-siyasi, hərbi konyukturası elədir ki, sanksiyalar onun hərbi sənayesinin və iqtisadiyyatının zəifləməsinə gətirib çıxara bilməz”.

Bu sözləri politoloq Nəsimi Məmmədli ABŞ-ın Türkiyəyə sanksiya tətbiqetmə ehtimalını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

ABŞ-ın dövlət katibi Reks Tillerson və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Gerbert Makmasterin bu həftə Türkiyəyə səfər edəcəyi gözlənilir.  Səfərlərin gedişində müxtəlif məsələlərin, o cümlədən Suriyada son hadisələrin müzakirə olunacağı bildirilir. ABŞ KİV-lərində Ağ Ev rəsmilərinin söylədiklərinə əsaslanaraq demək olar ki, Tillerson və Makmaster Ankarada Afrin əməliyyatı ilə bağlı Türkiyə hökümətinə çağırış edəcək və hərəkatın məhdudlaşdırılmasını tələb edəcək. Eyni zamanda ABŞ rəsmiləri Ankara ilə Vaşinqton arasında əlaqələrin çətin bir dövrdən keçdiyini, Tillersonun danışıqlarının ağır keçəcəyini bildiriblər. Ankaranın Vaşinqtonun qarşısında geri addım atmayacağı da irəli sürülən ehtimallar arasındadır. Yəni, böyük ehtimalla ABŞ-ın dövlət katibi Reks Tillerson və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Gerbert Makmasterin Türkiyə səfərindən iki ölkə arasında gərginlik daha da böyüyüb qarşıdurma vəziyyətinə keçə bilər. 

Qeyd edək ki, Tillersonunun Ankara səfəri öncəsində Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi artıq Konqresdə gündəmə gətirilib. Türkiyə baş nazirinin müavini Fikri İşıq isə ABŞ-ın Türkiyəyə qarşı tətbiq etməyi düçündüyü sanksiyalar barədə bildirib ki, Türkiyə ABŞ embarqosu ilə qarşılaşa bilməz. Belə bir şey olarsa, bu NATO qaydalarına zidd olar və müttəfiqliyin sonu gəlmiş olar. Lakin ABŞ Türkiyəyə S-400 satan şirkətə Rusiya şirkətinə embarqo tətbiq edilərsə, bu, Türkiyəyə də təsir edə bilər.

ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiqi hansı nəticələr doğura bilər və bu sanksiyalar Türkiyənin hərbi sənayesinə, həmçinin iqtisadi qüdrətinə nə qədər təsir edə bilər?  Ümumiyyətlə, ABŞ və Türkiyənin artıq strateji müttəfiq olmadığını hesab etmək olarmı? Eyni zamanda sanksiyaların tətbiqi nəticəsində ABŞ-la Türkiyə arasındakı münasibətlər İranla olan səviyyəyə qədər pisləşə bilərmi və bu pisləşən münasibətlər regionun geosiyasi durumuna necə təsir edə bilər? Digər tərəfdən ABŞ-ın Türkiyə ilə çox pis münasibətləri ABŞ  və İsrailə qarşı bölgədə içində Rusiyanın da yer aldığı yeni koalisiyanın yaranmasına yol aça bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Nəsimi Məmmədlinin fikirlərini öyrənib. 

MDBQAAAAAAAAABAgMRBBIhMUFxE1FhBTIzBiOBFCJCobH/2gAMAwEAAhEDEQA/ALbjEG0zcdkj6w8J7i9ghYs+/wBkqOF07Wp5bQZQSLN0dF984u5RSydynTTvi1DsXS85umdFLXXocD2W+TdIkbBax0nycc2ek5r48J2Ea+6W8SRqyhbpp5awzOcRRKMUYWYGxEgaSX2L9BEv2seixUTbX31F8uKjMg9P4SjY4fZt3HzEaZOu+Pk7Vl0dVo5+Cy8nTexVH7ynyMuySicnbfrh8B/ql6Qzb1y/ekeZ0/40OiOLGhHFmky4cEVErFCAGIqJEVAAIcIQ4ABBBDEAMCFeHCMAKCCCACCCCACCCCAFBAYIBwMZueZ4Dv7T6y2a1Y8ojIpsWvn0L+fQypUt015vJ6P6XW1FyfcIidbQmm2okI1zTvu4r1j6TjsYUhSxyjetphbHbI0xXDAEG4Od+FpQNZ8HzTVFG4jaHYc/W/hOzqnpH+5Y9a/MfOHrvR9hW6nXyv8AWblby4v5RwIwlp5zq7NMgcnR9qqP3V9Wl9pzPuT1vtKg/cHrNCSbevX7zONp/sHRFiIEWJol44oihEiKEAMQ4V4ZcDjABFRAqL0jxjgkAKGIDAJIDgMEBgCYIcKACCCCACCCFACEOFDggzHWupeq46AB5E/OcpN0maxt9rV+L5CQ6e6aj9z2WmjtqivgQRCAioUktHcLXKMrj7pB8DLRrYwagpByJuOwqZUxLBperfDUF4kX8BaXUywzn62rM4y78r/TOZqA327f6Z8iJo9MzM9RT+k/wMPSaYk6n1D8n8I8jR9uPkdEcEbWOLOebAsTk6S1gp0wQpDVBuX6mcLXzWrmP0ekftCBtNwQHcPiPoZTNCYwmoSbm9x2kzJwe3cZQw5YZc30xVc5sQN9l64yWZveYnv6OPnCwuFOV7XIz7bmdFcOBkc5rOTOlGpY6HMA43a/Gxz7Y7S0piaWaPtj9h88uo75Iq4cDPjAqKciIUmRKlPqdjV/WiliTzbDm6v7Dfetv2D97s3zvzL9NaE2vtKZIdTcEZEHhmJYdSNaDX/R6+VZNxOXOAcbftS9NSWUc+2t1st8EEBgwCMK8EEAEEBggAhQGCAEYIIIBkesLe3V63aMrujmsa2qVB+8T45xDUyoFwRcBh1g7iJqnsqmtkfCG4UOS6mAZaIrHIMbAdVib+UJGUpxi0n3It50dI1rsiDdTRU77XbzPlOYhsb98dpm5kp4ZE47ufIepbWxa9jjy/CadSMy/VTLGJ8TD/a01CjOzr+ZJ/CPC1d/LJCxrSGMFGlUqtuRS3bYbu/dHUlU5UcWUwWyP7yoqHszY+gmillpF2TJ8ZjWqVXqObu7FyR159wHylq1NwV/a/P4SmimQTft7ejPo3eE0bU0Woj1l2qe2GEWaSKlYWbDrJKi8jrUkujUG+cyLOw+CLiqBGY/PVI9QW8jO1Xqgr6ds5pbq37vl5GWvGOCpZbI97ZGV7WHBFGXFUTsuhBy6jv65YWG/LKRa42gQePCRGW15IurUo8ly0TjRXopVH31B7DxHcb+Elyk8nGKKmvhWPuMKqfA+RHcR5y7GbDOVjHAmCCAyACAwoIAIRghGAHBEw4BnOuWCui1Rwybsvke6dDB4Fa+EphsiBZW4ggkd46pzH0wKqc0+TH2A28G5sL9Es2jsJzVIJtXtfO1t5vMY4b+Dp322U1KMuJJ8eCv6M1cYVCattlTlx2z09QkzW79So4bY9DO0DCqU1awYA8bEXzmfppLCNX+um7Y2T7GcqhO4E9gMe5hlsWUi+64teXXSOOp0EuQL/dUZEn6SmYnFNVcu5uT5dQlE4KPc7+l1M7+duER9XTbGp8Z9DNTpGZToc2xqf6g85qtIzr63/B/B5KCxOa+X/0krKHyvv8AY0Bc25wt4IeMvaGUzlVwZq4ZCgLNTfbKgXOwQQzd00YPE0WYbWEZbgBt1ADu3Z8ZpmiE2aYAyymX6MJ5xbdU07Ak7Izz790jWZ4RtaJHVSp0x6lUkOmpMl0k6r9k0UdHJIesYwznd/1H7Kd1r9eURYXMzQyRKhJkdzaTsRXVBfIeHrOLX0xSvYHaPVbKTsb5MJSSJmrC20lvttYdu8q67/GX4yh6vUhUxdGoMgEqjv8AZIHkfCX2XrojmW/cIgh2gtJKwoRh2hGAFCEEBgBQQQQQYvVYhkIFyGW38wmmscpmisBUpljkHQk9VxNBwmOSqCUNwDbcRn1TCk7H1aLbTx0JIgidqR9I12Sk7LvUEi82G8cnGhByePcgac0Lzx20NntaxzU29JValFkYq4IYcDJzaxYg7mUdij5yPitI1Kttsg23eyoI7wJqWOL5R6nRU31LbPGDn4A2xif6q+omr0jMkom2Lp/HT9RNapTrap5hX4PLS4usXySUlK1qxlSliywJ2ebX2SfZNznl3S6JK/rpo7nEVtxHs37c1v35d850+htaaSU+e5l2Mwyc+GTJHa9h908QO+8viKFQdglexOifZ93ZdGDbJ4jde8sVI7SgHot5TC6e6KNqMNk5YIdfSZXJfwE5GO0ywFxiEVv3jlJmkdCsb2eynf0kdA4Tl1dDYdkK1C19+2CLi18rHhMqlDuY2bnxEbwWtNcH2mVh0g75acDjqlVNoXGUrWB1ZSobUrhRYXNj58TNA0LglpJzYi1wzwZVxmlhmZ6V0xWrsaYJGZFl94kZd0g4TG1RdUo7OybMTctc9N+yXfSugubqtUoqCSdrZ4i+/Z+khYeo9RrMrDpuLW8pYrIpdCqVUm85HMLjatChzqEq4YWPU3snf2xH/wCyxv8AjHwX6R/WGsFpWHFgPDP5Ss88Jfp4qUcs0tQ2p4O+Nc8b/jH+VfpFprzjR/eA9qL9JWzVEIVJf6UfY19zLYmv+LG/YP8AB9I+nKHiOKUz3EfOU3nBBtiR6UfYncy8ryivxooexiJJp8oqfeoHub6iZ6rCHsiY+jAb2ahhte8K3vB17QD6GCZhzfRBMXREneybpVNlwOsest+qrBaLuxsA1zf4RKvpn7vxLHv7S3N82D7O1tHrNrC80ZYrZ3tFZLXabEuq4f8ABJ0hpd6lTbQlQvugep7Z2MNpda1Jkewcow6A2XDoPVKqIZMwU2dOWirlFRS6dA1ikjaxxZWzdRCc2xKfFTPmJrlIzIcXlXQ/D6zXqM7N/NNfg8PesamxfJJWU3lB1hNE06Kb7iq/WoOSnt390uSiYlrvpRXxlZi1wG2B2J7OXVcGa1UNz5MZTceUW6piUfZcPtbQsN1xle3lGqOJsbGUPRelftU2Q1gwHV7WW7jvl2Q7V77xKLqfT49zfpv9Tk7IrBhbfG00JTqHabwjNGsBn3R/+3ADr6JrRyjZWH1JtV0pWRQBwAEm4RrnPI9c4TowQ1N7DMDsztINLXCzAVKYAva95YotmTlFFn0uSo21zIzI6Rx+sirjEqJfLOQcTrLTfJd+7oy4+U5dWtst7B9k8OiTt9zFzic3W6t7aoOALeJsPScHaknTVfarNnusvgBfzMhCdWmOIJHEtlmbY5eHeIBh3lpUHeDahXhQQHtxQrxoxME5J1LEQTn3tBIGS0aYOa/GIZ3ROl96/EIbbpyL+qO9+nfwS8iRAYkRcqPRBLHFiBGamOReNz1fWTGuUuiMLL66lmbwNY/9Yp6h6madpLTdDCptVWF7ZIM3bsHR1zI8XjS5vYC2Qt0XkWtULG7Ek9JJJ8Z2Nu6qEX2PFamalfOcejZ2daNdK+IuAebp8EU7/jbefISjbBdrmSsc18oqkthaWRSXQ1m2+pK0CwGJw98l56lf/wAiy/abpGjiHUftG3Ycx6zN7lWDDeCGHapv8psmsGB/tNBMTTF22FYgb2UgG46xNTVRzhm3pZ4bRwOdBtbvi8QxRdoZnq+k4y4ogZSRhMdtMLnoy+k0nW0dHesD1PS9Qe/SqW7N85+k8Oag2xQqgcTYW8JaTRLL0jo4zg6Q0TXJ9lWt2/jMoT5GODn4Gi24KFvxY3I67CdKinMI3ONtWF79kTo3RzIfbvfr85xNaNI3c0hwte+V75jLstLYx9SeCi6Sgss5/PlmJJ3km/bnHrd85tFp0aNS06KWDl5DBg2o+Ap4QjhugwBragvDakw4RraggUTCJibwbUAKCJJgkgtelR7SfF8oTboWkz7afF8jFPunGv6o9F+n1jTvyN7XTGK+PRd2Z8vGcvSuOu2wDkPMyMj3mzVpU1mRhrfq0lJwq7dyXXxbPvPcN0ZiAYub0YqPCOJO2U3mTyEREVDFuYhpJhk5tQXcR1hYxIsHz6DaP7GUkgZebJyXYwVsIKROdNjT7PvL5EeExyosuXJXpTmsSaZOVQZdG0mf9O14Sq2OYmUHhlr1r1V2i1SkAtTMkfdf6HrmfVlKMQQVYbx+fWehnw61Vz6N8y/XNcIHNMuHqDI83YlO08D1TWUWbSmVPDawvTyveSn1qYjd5zk4nRhttKy1E/aXevxLvHbJOg9HLWYFmVad7XYhdog5gX3iPTjnoWqyWM5LVq/gKmJK1KtlpnPZF9pui54A98pvKIgGka1ha4pn/wBaj5TX9HUAoGza3C0yjlRp20gT006Z9RLKViRrXScuWVqkJJVoxS6xHCbZmbRrkpHj1OpINNyczlfPuj6mAThUhVEVt4+sic5FLUgkN8P0G8i3khq3rI+LYDOCBLkQRlKZffuhQC447307T6GDFVNlC3QCYMYftE/ikTTB+zt0kDu3zlSjmyKO79Ks9PQyl5K0+ZvF0TY5xxSl98OoAc8p1EcNvI6DmOvL6RxjI6tcHxjrHjBAkmEDElopJIIWIQE5xdDaGRNx08e+OVhnff8AnfEMM4AbC+cPAYpqVRKg3oyuOuxBI7xcQjGmgGp61az1qtFcPhnamroC1RTZjtC4UHgLEXtnnMqTBsjFSSrA55kd807k40WMRhzzuY2jTRgc0dBcA9RUi0ha4arlWJGTAey3Bhnl69kozt4L1h4ZQkr1qZuHYHpjGNrPVI2ztHcBYC1+gD85zqsPYzGYNjfpyBi9WNH87iLn3aftHrO4Dxue6ZRlnkysjgsWprYrCWO2zIbXpMSVt1X909kj8puJSriKVRDvplGU+8jKxBVh05y+aJ0Z7SkjeeMovKZo5aVWnUUWNXnHb+YW8jEOuSmTWMFQUxRsbX4eEQIsAGWmA8v5tFbUapm0Tt5QB1nh85I5MPagDr1Iuom0ew/m8isfUR8NcmAOE23eMERBIBaMT+sXsaRdNEc3nvuLfnskrED7QfCfUTk6eq3IXoF/Gc+Md1qOro7VD6a/l4ORWwwOYykclkOeY6ZOpmLamCN06JyiPQqCPUWyIkFkKG3A7osVbMOuASqkJWgqNeIEAcY3jHqMvpAWtCJv6QBYiGEMRVoBoHJDjT+kYfp2K6/ELg+iS/6w4Va1G1vaNmW3A77THtQMXzWOpXOThqR/iGXmBNlfHinSV2F7X8pVJcmcWYpp11Su1MizbI2h1yy8mmjwOduu1ULAADMAAZEntvKJpvSJxOKqVz99iw6hwHhaaXySYqxqqczsIc+osD6yMbS37o89i/UsNzSM7bwpPZkZkvKlWL1KJt7IVlXu2bzWNLVNqmR+0QniR8rzNOVyiFGGAFsn/wCMyiymSM6EcURCiLEsMRR3Rtmi6hyjBMAcUwyYhYswBtm9oR6lUzMjXz7oaPAOheCJByEEAsuNchmIFyKZNu8StYqszMWNiejd4Tq6dxNn2Qd6gHs32nFanfjKq4dzCmUlXtb4AK9twuRvHGHSx68co0AwPTDqYcOMsjLTMkVVDjI9k5uIuLX3iJcOnZEu+0JIOhSe4hgyNg3yj4MgAeMkx9ozUgDqtcX6YoSNRa1x1xznIBLwlfm6lOpu2XR/BgTNc14x3NaOdgbFgUHa5tfzmLvV2haaByiaR29HYIX/AFgVj/Cl/WYy7EozvDLcy/cn9YpiEAPvIV7/AHv+MomDls1dr7Feg/74HjlbzmE+ps1x/tZr9a5amvQS3gCPnKByxpYYc9bjyE0AfrF6lP1lF5Y0+yoH/MYeK/hJRRIy8GKBjd4YlhgHUbdGiYbmJBkgeWFUMNTG6hkEDYO+HELBJJJNPFWyOcEjKucEAnYqo1R2duJv2DgPC0QjkdkeciNisOAmKGMEpBeKFMCM0at4/syQR8SoO+citSKnLdOziJCrCSCPhGk1ZBoSUjQB4mNsId4DIBG3N2xRhVsrQxJA7TW07GsuLLYbAJ+xSq//AE2Qf9k5KNGcTVJIBOSiw6hctbxYyGEO4UTvUXsqsN4N/DMZziURwnaor9nKJ9TepXDRtWCq7RVummp/mH4yn8sIvh6R/wA31Rp3tS6+3Qpsf8NVP8It8px+Vsfoi24VV9G+syRqvuY+YLwQjLisTffAphGGkAeG6MvFu8ZZsjBA2p3R24kYvwEcpUyeoQB9WGZEEdp0+4QQBS1hu3RYUH6xCUBxkikLSCRHM8QY9SLDIxLMIlq/QIAiu2cj4jdFMZFxLQQN0JKWREkhGkgfBh3jYhyCQqgvEIY5G1XOSCQsYxHvdwj0Zr+8OwSAiTSM7OEb2T+b/WceiJ1sIcren07pRM36TUeTx74UdTMvdtX+kicqa/oJ6nT+r8Yrk1f7Bx0VD5hY5ynrfAv2ofBxMka1iw2YmzQmaGwiCZcUB2g7MvWC8BEEiIlzYRZMar7oIHqRp/8AckK69N5y7Ra1YB0meCQkr9IhSAdI4hOmGMUnT6w1WJYXgkXzqncRG3eRa1Mb7eGUZo1DffJA7VJkV7ycZExO8QQJSPLGUjogDwMONiOW+UAMxPHOGIlzIA5aN1feHYI6kbr+93CDJdSTSnUwpnMpbx+eE6mHX0lMzdqNC5Mz7NZf31Piv4To8oljhai/u38M/lOTyYn9d2p/ynQ19P2VT/Tf+mTEou+5mLExphnDffEpLjXFXgESIcAMiRsQd0feR6sAXSqjcY+tNT0SOogY2GUAeqOoyGcEjGCAf//Z" alt="Картинки по запросу nəsimi məmmədli">
Nəsimi Məmmədli: “ABŞ-ın milyardlarla dollar xərclədiyi Orta Şərqdə Kürdüstan projesi Türkiyənin açıq hərbi müdaxiləsi ilə iflasa uğramaq ərəfəsindədir”.


ABŞ-ın Türkiyəyə qarşı hər hansısa sanksiyalar tətbiq etməsinin adəcə diplomatik təzyiqdən ibarət olduğunu bildirən politoloq Nəsimi Məmmədliyə görə, Türkiyəyə qarşı sanksiyanın tətbiq olunması ABŞ üçün ciddi təhlükə yarada bilər:

ABŞ və Türkiyə arasında Suriya məsələsində ciddi fikir ayrılığı olsa da, strateji müttəfiqlik davam edir. ABŞ-ın PKK/PYD-ni müxtəlif müasir silahlarla təchiz etməsi və Suriyanın gələcəyi ilə bağlı məsələlərdə bu terror təşkilatlarına açıq siyasi dəstək olması rəsmi Ankaranı radikal cavab addımlarına vadar edib. Xüsusilə də Türkiyənin keçirdiyi Afrin əməliyyatı münasibətləri daha da gərginləşdirib. 

ABŞ-ın milyardlarla dollar xərclədiyi Orta Şərqdə Kürdüstan projesi Türkiyənin açıq hərbi müdaxiləsi ilə iflasa uğramaq ərəfəsindədir. Çünki bu məsələ Türkiyə üçün gələcək mövcudluq məsələsi olduğundan, onları uzunmüddətli və total müharibədən də çəkindirməyəcək, habelə cəmiyyəti vahid ideya ətrafına səfərbər edəcək. ABŞ bu gerçəkləri anlasa da, hələlik alternativ yanaşmaları olmadığından bu reallıqla barışmaq istəmir. Təbii ki, Suriya məsələsində Rusiyaİranın da üst-üstə düşən xeyli ortaq nöqtələri var və bu hal da rəsmi Vaşinqtonun narahatlığını artırır. 

ABŞ-ın Türkiyəyə qarşı hər hansısa sanksiyalar tətbiq etməsi ilə bağlı açıqlamalar Tillersonunun Ankara səfəri öncəsi diplomatik təzyiq formasıdır. Belə bir sanksiyaların tətbiqi ehtimalı yoxdur və əgər olarsa, bu ABŞ-ın öz maraqlarını daha böyük təhlükəyə salmaq demək olacaq. Türkiyənin hazırkı iqtisadi-siyasi, hərbi konyukturası elədir ki, sanksiyalar onun hərbi sənayesinin və iqtisadiyyatının zəifləməsinə gətirib çıxara bilməz.  

Nəsimi Məmmədli: “Türkiyə bu həssas məsələ ilə bağlı ABŞ-dan etibarlı zəmanət alarsa, təbii ki, Suriya ərazisində hərbi əməliyyatları dayandıra bilər”.


Türkiyə aparıcı NATO dövlətidir və alyans çərçivəsində bütün öhdəliklərini qüsursuz icra edir. Kənardan belə cəhdlər olsa da, Türkiyə ABŞ əleyhinə heç bir real koalisiyada yer almayıb və alacağı da inandırıcı görünmür. 

Əslində bu böhranlı durumun səbəbkarı ABŞ-dır və münasibətlərin tənzimlənməsi naminə onun addım atması lazımdır. ABŞ və ya İsrail öz sərhədləri boyunca onu təhdid edən hansısa terrorçu qüvvələrin təşkilatlanmasına, silahlanmasına göz yumarmı? 

Əlbətdə göz yummaz və ən amansız cavab tədbirləri həyata keçirər. Münasibətlərdə gərginlik davam etsə də, onun daha da dərinləşəcəyi, Rusiyaİranla eyni səviyyəyə enəcəyi mümkün deyil. Türkiyə bu həssas məsələ ilə bağlı ABŞ-dan etibarlı zəmanət alarsa, təbii ki, Suriya ərazisində hərbi əməliyyatları dayandıra bilər. Əks halda bu prosesi aylarca uzatmaqda maraqlı olacaq”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar