Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb
"Report"un məlumatına görə, yanğın 9 mərtəbəli binanın mansardında qeydə alınıb.
Həmin mənzildə 5 nəfərdən ibarət ailə yaşayırmış.
Onlar mansard tipli mənzildən təxliyə ediliblər.
Hadisə yerinə 8 yanğınsöndürən və 1 təcili yardım maşını gəlib. Yanğınsöndürənlər hadisənin miqyasının böyüməsinin və digər mənzillərə keçməsinin qarşısını alıblar.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
İlkin ehtimala görə, hadisəyə qısaqapanmanın səbəb olduğu bildirilir.
Qeyd edək ki, yanğın baş vermiş binada Bakı Dövlət Universitetinin (BDU) müəllimləri yaşayır.
pia.az