Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çovdarova hektarlarla torpağı kim bağışlayıb?

Bələdiyyə sədrləri istintaqa cəlb edilir


Abşeron rayonu, Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev istintaqa cəlb edilib

Aznews.az-a daxil olan məlumata görə, buna səbəb sədrin Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Çovdarovla yaxın əlaqələrinin olmasıdır. Məlum olub ki, Çovdarovun istixanaları, balıq becərmə təsərrüfat sahələri əsasən Masazır ərazisindədir. Və bu ərazilər qeyri-qanuni olaraq ona hədiyyə edilib. Bunun qarşılığında isə bələdiyyə sədri öz qanunsuz əməllərini sığortalayıb, Çovdarovun zəhmindən, hökmündən özünə qalxan kimi istifadə edib. Xəbərə görə, özünü Akif Çovdarovun yaxın adamı kimi təqdim edən S.Əliyev 10 ildən artıqdır ki, sədrlik postunu qoruyub və ağıla gəlməyən qanunsuzluqlara əl atıb, nəticədə isə dəyəri milyonlarla ölçülən sərvətə sahib olub. Buna görə də, o, Azərbaycanın ən zəngin bələdiyyə sədrlərindən biri kimi tanınır. 


S.Əliyevin Masazırdakı nəhəng şadlıq sarayı



Bələdiyyə sədrinin səlahiyyətlərini aşması, bələdiyyə üzvlərini daim qorxu və həyəcan içərisində saxlaması da məlum olub. Elə buna görədir ki, sədr istintaqa cəlb olunan kimi bələdiyyə üzvləri onun qanunsuz əməlləriylə bağlı prezident İlham Əliyevə müraciət hazırlayıblar. 

Müraciətdə bildirilir ki, S.Əliyev A.Çovdarovla birləşərək bələdiyyə üzvlərinə hədə-qorxu gəlib, onlara saxta sənədlərə imza atdıraraq hektarlarla torpaq sahələrində istixana qurdurub. Müraciətdə Çovdarovun yaxın adamı, onun Abşerondakı bütün təsərrüfatına nəzarət edən, DİN-in keçmiş polkovniki Adil Yaqubovun da adı çəkilir. Belə ki, bələdiyyə üzvlərinin müraciətinə görə, A.Yaqubov onları həbs etdirməklə qorxuzub. Müraciətdə qeyd edilir ki, bələdiyyə üzvlərinə bu hədə-qorxular qanunsuz sənədlərə imza atmaqdan imtina etdikləri vaxtı olurmuş. 

Daxil olan digər məlumata görə, Covdarovla başqa bələdiyyə sədrlərinin də yaxın əlaqələri müəyyən olunub. Onlardan Xırdalan Şəhər Bələdiyyəsinin sədri Eldar Əhmədov və Novxanı Bələdiyyəsinin sədri Şahin Tağıyevin də yaxın günlərdə istintaqa cəlb ediləcəyi gözlənilir.

***

Masazır Bələdiyyəsinin sədri Siyanfər Əliyev istintaqa cəlb edilməsi xəbərinə aydınlıq gətirib. O, AzNews.az-a açıqlamasında istintaqa çağırılması ilə bağlı xəbərləri təkzib edib: “Nə hansısa istintaq cəlb olunmuşam, nə də dindirilmişəm. Deyilənlər yalandır. Akif Çovdarova aid istixanaların olduğu torpaqlar icarədə olub. Yəni həmin torpaqlar ayrı-ayrı şəxslərin icarəsində olub. Mən həmin torpaqları niyə Akif Çovdarova hədiyyə etməliyəm ki? Torpaq hədiyyə olunmaq üçündür?” 

Bələdiyyə sədri həmin torpaqlarda həbsxana olması məsələsinə də münasibət bildirib: “Jurnalistlər də gəlib bunun şahidi oldular. Orada həbsxana yoxdur”. 

Generalın yaxın adamı hesab olunan Adil Yaqubov isə Aznews.az-a açıqlamasında Masazır ərazisində olan istixananın Akif Çovdarovun həyat yoldaşının adına olduğunu bildirib: “İstixana onun xanımının adınadır. Mən isə buraya nəzarət edirəm”. 

Adil Yaqubov bələdiyyə sədrlərinin istintaqa cəlb olunması məsələsi haqda isə danışmaq istəməyib. O, bələdiyyə üzvlərinə hədə-qorxu gəlməsi məsələsinə isə belə münasibət bildirib: “Mən ağsaqqal adamam, mənim kiməsə hədə-qorxu gələsi yaşım keçib”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar