Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çörəyin çəkisi azaldı, qiyməti ucuzlaşdı – Video


Bərdədə ticarət obyektlərində satılan çörəyin qiymətində ucuzlaşma müşahidə olunur. Əvvəllər 30 qəpiyə satılan 500 qramlıq çörəyin qiyməti indi 25 qəpik olub


Dükan sahibləri çörəyin ucuzlaşmasını dəyirman tərəfindən unun pərakəndə satış qiymətində endirimlərin edilməsi ilə əlaqələndirsələr də, çörəyin çəkisində də azalma var. 

Onların sözlərinə görə, əvvəllər əla növ unun 50 kq. olan bir kisəsi 25 manat 80 qəpiyə satıldığı halda, hazırda 24 manat 50 qəpiyə satılır. Bu isə çörəyin qiymətini aşağı salmağa rəvac verib. İstehlakçılar qiymətin ucuzlaşmasından razıdır.

Çörək satıcıları bildiriblər ki, əvvəllər topdansatış qiyməti 27 qəpik idisə, hazırda 22 qəpiyədir.

Sahibkarlar çörəyin qiymətinin düşməsini bu il Bərdədə bol taxıl yığımı ilə əlaqələndirsələr də, çörəyin çəkisində də azalma olub.

Bərdədə ucuzlaşma hələlik yalnız zavodlarda bişirilən çörəyə şamil olunub. Təndirdə bişirilən çörəyin qiyməti isə əvvəlki kimi 40- 50 qəpik arasında dəyişir. (“Xəzər TV”)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar