Çərşənbə, 20 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Çörəyi baldan çıxan adam nələr danışdı?

Onlar Ağstafadan Gədəbəyə yol alıb gəliblər


Qışdan bəri yeşiklərdə saxladıqları arıları yolların kənarında qoyublar. Bu yeşiklərin ağzını açsan, dərhal arılar şığıyıb səni sancarlar.

Ağstafadan gəlib çadır qurublar…

Odur ki, bu işin ustası özü xüsusi arıqovan tüstünün müşayiəti ilə yeşiklərin ağzını açır, bal pətəklərinin üstündəki arılar yavaş-yavaş dağılışırlar, sonra satılır.

“Naturalnıy, halal məhsuldur”- Ağstafadan köç edib Gədəbəyə gəlmiş balsatan bizimlə söhbətində belə deyir.

Onun sözlərinə görə, üç aydır yol kənarında qurduğu çadırda gecələyir. Bu işdə oğlu da atasına şagirdlik edir. Onlar bir də sentyabrda Ağstafaya qayıdacaqlar.

Arabir yaxınlıqdakı kəndlərə də baş çəkirlər. Amma arıçıların çörəyi əsasən yolda qoyduqları bal yeşiklərindən çıxır. Bir qədər irəlidə isə gədəbəyli dükan sahibi səhv etdiyimizi söyləyir.

Deyir ki, yolda yeşikdə qoyulan bal təmiz ola bilməz, ona şəkər qatırlar. Əsl bal evlərdə saxlanır və satıcılar qapılara əlaqə nömrələri yazırlar.

Həmsöhbət olduğumuz arıçı isə and-aman edir ki, satdığı təmiz baldır, yeşiyi açanda kütləvi şəkildə çıxan arılarla da bizi inandırmağa çalışır.

Kilosu 25 manatdan…

Həqiqəti kimin söylədiyini bilmək çətindir. Bildiyimiz budur ki, yeşikdən çıxarılan balın kilosu 25 manatdır.

Onun sözlərinə görə, balın köməyi ilə zəif, arıqlamış xəstələrin ümumi vəziyyəti düzəlir, çəkisi normallaşır, qanında hemoqlobinin miqdarı artır.

Deyir ki, baldan mədə-bağırsaq, ürək-damar, vərəm və hətta soyuqdəymə xəstəliklərinin müalicəsində də geniş istifadə olunur.

Bal bədənə istilik verməklə bərabər sidikqovucu və quruducu xassəyə malikdir. Bal bağırsaqların və böyrəklərin daha yaxşı işləməsini təmin edir, əsəb sistemini oyadır, zehni əməklə məşğul olan adamların iş qüvvəsini artırır. Elə zehni işlə məşğul olan jurnalistlərə də xüsusi faydası var…

Arıçı danışır ki, insanlar gərək xarranan ballara daha çox üstünlük verələr. Balın xarrlanması və eyni zamanda min illərlə xarab olmadan qala bilməsi üçün normal haldır. Yəni təbii bir hadisədir.

Təmiz balı tanımağın yolu…

Balın təmiz olub-olmadığını öyrənmək üçün bir sıra üsullardan istifadə olunur. Misal üçün, qaşıqla balı götürürük, tökəndə qaşığı çeviririk, qırılmırsa, deməli təmiz baldır.

Balı iyləməklə də onun təmiz olub olmadığını bilmək olar. Misal üçün, əgər bal cökə balıdırsa cökə iyi verməlidir. Bazarlarda satılan balın isə iyi olmur.

Başqa bir metod balın çəkisini yoxlamaqdır. 3 kiloqramlıq balonda 1 kiloqramlıq suyun yerində 1,460 kiloqram bal yerləşir. Yəni, balonda təmiz balın çəkisi 4,8 kiloqram olmalıdır. Əgər azdırsa, deməli balın tərkibinə su qatılıb.(euronews.com)

pia.az
Etiket:
loading...