Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çörçil SSRİ-yə hücum planı hazırlamışdı

İkinci dünya müharibəsinin bitməsindən cəmi bir neçə ay sonra Britaniya SSRİ-ni işğal etmək fikrinə düşmüş, hətta bununla bağlı gizli əməliyyat planı da hazırlamışdı


 Bu hərbi plan 90-cı illərin sonunda İngiltərə arxivləri açılanda üzə çıxmışdı.

Bu əməliyyat planı 1945-cı ilin mart ayında, Hitler Almaniyasının savaşda məğlub olmasından bir qədər əvvəl, birbaşa Britaniyanın baş naziri Uinston Çörçilin tapşırığı ilə hazırlanmışdı. Məxfi plan “Ağlasığmaz” (Operation Unthinkable) adlanırdı və əməliyyatda Hitlerin ordusu da mühim rol oyanacaqdı. Daha dəqiq desək, alman divizyaları yenidən silahdırılmalı və onlardan SSRİ-nin Avropadan sıxıdırılıb çıxardılmasında istifadə olunmalı idi. Hitler ordusunun (Vermaxt) qalıqları yenidən SSRİ-yə qarşı, amma bu dəfə ingilis və amerikalılarla birgə savaşmalı idi.

Əməliyyatın başlanma tarixi kimi 1945-ci ilin 1 iyulu müəyyənləşdirilmiş, mayda hücum planın artıq bütün mexanizmi hazırlanmışdı. Əməliyyat təkcə SSRİ-ni Avropadan sıxışdırıb çıxarmaqla yekunlaşmamalı, habelə Rusiyanın dağılması üçün bütün strateji tədbirlər davamlı icra olunmalı idi. Çörçil çox gözəl başa düşürdü ki, Mərkəzi Avropada Sovet İttifaqının artmaqda olan nüfuzunu yalnız strateji müdafiə ilə deyil, həm də preventiv hücumlarla əngəlləmək olar.



“Ağlasığmaz” planı soyuq müharibənin qızışmasında da bir növ katalizator rolunu oynayıb. Bəs belə bir plan niyə ortaya çıxmışdı? Çünki II Dünya Müharibəsinin sonunda SSRİ çox güclü, Britaniya isə zəif idi və bu zəifliyin etirafını biz Çörçilin bəzi fikirlərində də görə bilərik. ABŞ-ın Yaponiyaya atdığı atom bombası Çörçilin SSRİ-yə hücum planının bir qədər də qətiləşdirmişdi. Britaniya ordusunun baş qərargah rəisi Alan Broke öz xatirələrində yazır ki, Çörçil 1945-ci ildə Potsdam konfransı zamanı ona “Əlimizdə belə bir güc (ABŞ-ın sahib olduğu atom bombası) olduğu halda biz Moskvanı, Stalinqradı, Kiyevi və Sevastopolu azad edə bilərik”,- deyib.

Bütün dünyada insanların nasist Almaniyası üzərində qələbəni qeyd etdiyi bir dövrdə Çörçil sanki, Adolf Hitlerin yarımçıq qalmış planını icra etmək üçün tələsirdi. Hədəf SSRİ idi və plan heç də III Reyxin istəklərindən fərqlənmirdi. Britaniya ordusu vaxt itirmədən, Almaniyanın təslim olmaqla bağlı imzaladığı müqavilənin mürəkkəbi quruya-qurumaz SSRİ-ni məhv etmək üçün tam məxfi əməliyyat tərtib etmişdi... 



Çörçil SSRİ-ni işğal etmək üçün ingilis generallarına ciddi şəkildə, tez bir zamanda yeni hərbi texnikanın yaradılması, xüsusi orduların hazırlanmasını tapşırmışdı. İlk hədəf kimi Polşadakı sovet qoşunları seçilmişdi. Quruda əməliyyatların başlaması üçün ən yaxşı bölgə kimi, Svikau xəttinin şimalı: Xemnits – Drezden – Qörlits istiqamətində zərbə endirilməli idi. Başlayan müharibəyə uyğun olaraq, şimaldan ikinci xətt üzrə, yəni Şettin-Şnaydemuyil istiqamətində və cənubdan Leypsiq – Qottbus – Poznan-Breslau boyunca hücumlar başlamalı idi. Tankların ilk hərbi əməliyyatlara başlaması isə Oder-Naysse xəttinin şərq hissəsindən start götürməli idi. ABŞ ordusu əsasən Danziq-Breslau orta xəttinə cavabdeh idi.

Arxiv sənədlərində qeyd olunur ki, əməliyyata birbaşa cavabdeh olan ingilis generalları ümumilikdə canlı qüvvə kimi 64 amerikan, 35 ingilis, 4 polyak və 10 alman piyada bölümündən istifadə etməyi nəzərdə tutmuşdular. Alman diviziyalarının savaşıb-savaşmayacağı sual atında idi, çünki sovetlər ordusu qarşısındakı böyük məğlubiyyət onlarda ruh düşkünlüyü yaratmışdı.



Ümumilikdə 23-ü zirehli texnika olmaqla, 103 hərbi bölüm vahidindən istifadə nəzərdə tutulmuşdu. Sovetlərin bu plana qarşı 36 zirehli və 264 piyada bölümü çıxara biləcəkləri hesablanmışdı. Aviasiya gücü baxımından da Qərb SSRİ qarşısında uduzurdu. Qüvvələr nisbəti qeyri-bərabər idi.

İngilislər də eynilə almanların “Blitzkrieg” (ildırım sürətli müharibə) taktikasından istifadə edib, Sovet İttifaqını məğlub etməyi planlaşdırmışdılar. Əməliyyatın digər detallarına amerikan və ingilis ictimaiyyətinin dəstəyi, eləcə də alman hərb sənayesinin müharibənin sonunda dağılmamış qalan gücü daxil edilmişdi. Britaniyanın xüsusi xidmət orqanları hücum planın bir hissəsi kimi, SSRİ ərazisində əsir düşmüş almanlardan alınan silahların harada saxlanması, həmçinin ümumi silah anbarları barədə kəşfiyyat araşdırmaları da aparmışdı.

Planla əlaqədar ingilis yüksək çinli hərbiçiləri ümumi olaraq belə bir qənaətə gəlmişdilər ki, sürətli və uğurlu hücum təşkil etmək həqiqətən də koalisiya qüvvələrin imkanları xaricindədir. Bu savaş uzun müddət çəkə bilər. Üstəlik, ABŞ ordusu yorğun və vecsiz şəkildə davranarsa, planın reallaşması xəyal olaraq qalacaq. Britaniya düşünürdü ki, ABŞ geri çəkilsə, ruslar Şimal dənizi və Atlantik okeanda çox güclənəcəklər, nəticədə Birləşmiş Krallıq üçün milli təhlükəsizlik riski artmış olacaq. Güman edilirdi ki, ruslar bu mövqelərdən havadan, dənizdən, hətta raketlər vasitəsilə İngiltərəyə hücum edəcəklər.



Bəzi mənbələr yazır ki, Stalin elə həmin 1945-ci ildə casuslar vasitəsilə Britaniyanın məxfi hücum planı barədə xəbər tutmuşdu...

Lakin Britaniya 1946-cı ildə bu hərbi strateji planın icrasından vaz keçdi. Çünki ingilis generalları Sovet ordusu qarşısında şanssız olduqlarını gözəl başa düşürdülər. Bəzi qaynaqlara görə, ABŞ-dan gələn tapşırıqlar əsasında Çörçil bu əməliyyatın həyata keçirilməsi fikrində daşınıb. Lakin bu da faktdır ki, həm ABŞ, həm də Britaniya ordusunu qərargah rəislərində sovetlərə qarşı belə sürətli hücum stategiyasının mümkün olmasına dair ciddi qorxular yaranmışdı. Bir sözlə, BritaniyaABŞ hərbi elitasındakı fikir ayrılıqları, SSRİ-nin məğlub edə bilməyəcəklərilə bağlı şübhələr, risk etmə qorxuları, bütünlükdə ziddiyyətlər əməliyyat planından vaz keçilməsinə gətirib çıxardı.

Fərrux Həsənov(AzVision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar