Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çoban sərgisi


Hökmdar özlüyündə dindar olmamalı, xalqın gözündə azğın və əxlaqsız görünməmək üçün dindar qiyafəsində görünməlidi. (Nikolo Makiavelli)


Saytlar yazır ki, Türkiyə tarixində ilk dəfə “Çoban” sərgisi keçiriləcək. Türk mediasının yaydığı məlumatda bildirilir: “18-21 may tarixlərində Ankarada təşkil olunacaq "Anadolu Əkinçilər, Fermerlər və Çobanlar Sərgisi"ndə məqsəd əkinçilik və çoban peşələrinin əhəmiyyətini nümayiş etdirməkdir”.

İnkişaf edən dünya ölkələri müxtəlif bacarıqlara malik robotlar sərgisi düzənlədiyi bir vaxtda bizim abilər çoban yarışı keçirirlər. Təsəvvür edin, ölkənin paytaxtını qoyun-quzu mələşməsi, dana böyürtüsü, peyin iyi, mal təzəyi başına götürüb, inək sağan teyzələr, qıllı papaq amcalar öz sürüsünü qabağına qatıb televiziya proqramlarına gətirir, yekə-yekə məmurlar oturub qoyunçuluğun xalqın inkişafındakı xidmətlərindən basıb bağlayırlar. Min il öncə də türklərdə çobanlıq, qoyunçuluq, danaçılıq həyat tərzi idi,  indiki texnologiya zamanında da çobanlıqdan əl çəkmirlər.
Bu xəbərə əslində heyrətlənmədim. Türkiyə hakimiyyəti hər şeyi planlı surətdə, düşünülmüş ardıcıllıqla reallaşdırır.
Türkiyənin qərbyönümlü inkişafını əngəlləmək,  Atatürkün liberal, dünyəvi inkişaf konsepsiyasını laxlatmaq, siyasi sistemi dini-ideoloji xətlə formalaşdırmaq, “Ərgənəkon” həbsləri və “dərin dövlət”i məhv etmə cəhdləri, təhsili dindarlaşdırmaq, ictimai həyatda qadınların rolunu azaltmaq, öz mühafizəkar, gerilikçi rejimini əhaliyə “allahın qoyduğu yol” kimi sırımaq kimi mərhələli şəkildə həyata keçirilən “islahatlardan” sonra millətin başına bir də çoban sərgisi açmaq nə qəribə işdi ki?
 
İndiki Türkiyədən intellekt yarışmaları, incəsənət müsabiqələri, elmi-texniki kəşflər sərgisi gözləməli deyildik ki!
Televiziya proqramları cariyə saxlamaq qaydaları xırdalayan, dörd arvad almaqdan dəm vuran, 7-8 yaşlı qızları arvad etməkdən danışan, elmi “şeytan əməli” adlandıran bir ölkənin başbilənləri cübbəli hocalar, adnan oktarlar olarsa,  o ölkədə camaatı Kvant fizikasının son nailiyyətləri yox, “qadının harası görünsə haramdı” tipli mövzuların maraqlandırması təbiidi.
Türkiyədə qatı teokratik siyasi rejim qurma cəhdləri 2002-ci ildən başlamışdı. İndiki iqtidar hakimiyyətinin ilk illərində ölkədəki liberalların və kamalistlərin güclü nüfuzu ilə hesablaşmağa məcbur olsa da, mühafizəkar dindar Ərdoğan qrupu gücləndikcə, qarşı tərəf zəifləməyə başladı. Dövlətin bütün maddi və hərbi resursları  ölkənin çəkili təbəqəsi olan qərbyönümlüləri küncə sıxışdırmağa yönəldi. Dünyəvi dövlət tərəfdarlarının xalqa çıxış imkanları məhdudlaşdırıldı, bunun ən effektiv yolu isə TV-lərin və elekrtron medianın hakimiyyətyönümlü qrupların nəzarətinə keçməsi idi. Ölkədə sürəkli antiqərb, antikamalist dalğa başladı. Spirtli içki istehsalına yüksək faizli verginin qoyulmasından tutmuş, bir çox məhsulların boykotuna qədər, dünyəvi məktəblərin qapadılması qarşılığında  İmam xətib məktəblərinin sayının artırılmasına kimi, kosmos sivilizasiyasından ayrılıb, VII əsr xilafətinə dönüşmək yolunda bütün növ fəaliyyətlərdə bulundular.

Bütün bunlar Türkiyənin gələcəyini düşünülməsi belə qorxulu olan qaranlıqlara bürüyür. Xalqın dini ideologiya ilə zombiləşdirilən böyük əksəriyyəti elə anlaqsız vəziyyətdədir ki, ölkə rəhbəri “mən türk milliyyətçiliyini ayaqlar altına alacağam” cümləsini meydanda birbaşa onların üzünə püskürməyə cəsarət edir.

Odur ki, vətəndaşlarına qoyun kimi baxan bir dövlətin “Çoban” sərgisi  keçirməsi təbii haldı. 

Murad KÖHNƏQALA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar