Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çiskin

Elçin Şıxlı


Qaş qaralana yaxın kandarda ayaqlarımı yerə çırpıb evə girdim. Üst-başımdan ocaq iyi gəlirdi…

Sabah ayılanda otağın alaqaranlığında mənə elə gəldi ki, hələ səhər açılmayıb. Hərçənd, gün-günortanı az qala keçirdi. Kompüterin qabağında danacan oturduğumdan gec yatıb yuxuya qalmışdım. Əslində, üç ildir gecikəsi bir yerim də yoxdur…

Yerimdən qalxıb pəncərədən bayıra boylandım. Yağırdı. Neçə gündür yağır… Naştoylanıb həyətə çıxdım. Havadan çiskin hopmuş ocaq iyi gəlirdi. Amma bu, bacalardan qalxan odun sobalarının samovar tüstüsü dadıyan tüstü deyildi. Nəsə çox acı bir tamı vardı. Ətrafa boylanıb hər tərəfdən qalxan lay-lay tüstünü görüncə başa düşdüm ki, qonum-qonşu həyətlərdəki zir-zibili yandırır. Tüstünün günahı yoxdu, çünki yanan zir-zibildi. Həyatımızın zir-zibili…

Mən də həyətdəki canına nəm hopmuş çürük yarpaqları qalaqlayıb ocaq çatdım. Mənim də tüstüm burularaq havaya qalxdı və digərlərinkinə qarışdı. Yabaya söykənib tüstünün acısına fikir vermədən alovun dillərinə baxırdım. Sevimli alman qurdum da yanımda çöməltmə oturub gah mənə, gah da çatdığım ocağa baxırdı. Köpəklər canavarlardan fərqli olaraq alovdan qorxmurlar, yəqin insanlara güvəndiklərindəndir.

Qəribədir, bizdə yarpaqlar saralıb yerə tökülmür, elə ağacdaca çürüyür. Ona görə də Abşeronda üstündə xışıltısından ləzzət alaraq gəzmək mümkün olan xəzəl deyə bir şeyə də nadir hallarda rast gəlmək olur.

***

Son zamanlar Rey Bredberini yenidən və tələsmədən oxuyuram. Ümumiyyətlə, axır vaxtlar nə oxuyuramsa, aramla, hər sözün, olmayan yerdə belə, nə üçün məhz bu yerdə işlədildiyini, nə məna kəsb etdiyini anlamağa çalışaraq oxuyuram. Və… usta qələmindən çıxan yazılardan həzz alıram. Elə indi də çiskində çatdığım ocağın dillərinə baxa-baxa bu günlərdə oxuduğum fantastik hekayə yadıma düşdü…

***

Məncə, günəş — çiçəkdir,

Bircə günlük açılan və solan çicək.

Bunu Venerada doğulub böyümüş və ömürlərində günəş görməmiş, onun haqqında yalnız kitablardan oxumuş 8-9 yaşlı uşaqlar yazırlar. Səbəbi isə çox bəsitdir – Venerada yalniz yeddi ildən bir cəmi bir-iki saatlıq yağan yağışlar kəsir və Günəş görünür. Və bu bir-iki saat ərzində həyat dirilir, planetı ildırım sürətilə tropik meşələr başır ki, növbəti yeddiilllik yağışlara tab gətirmək mümkün olsun.

Və bu balacaların arasında Günəşi görmüş və onu unutmamış bircə çəlimsiz qızcığaz var — Marqo. Lakin uşaqlar onu gözüm-çıxdıya salıblar, çünki onu onlardan fərqli olaraq Günəşin nə demək olduğunu bilməsinə qısqanır, əslində, onun yalan demədiyini düşünsələr də, ona inanmırdılar, çünki onun onlardan fərqli olduğunu həzm edə bilmirdilər. Marqo isə sözündən dönmür, Günəşi gördüyünü söyləyirdi, çünki o, Venerada deyil, həmişə günəşli Yerdə doğulmuşdu…

Nəticədə, yeddi ilin tamamında, Günəşin bir-iki saatlıq Venera leysanını dəf edəcəyi məqamda, bu anı hamıdan çox gözləyən Marqonu sinif yoldaşları dəhlizin uzaq küncündəki dolaba salıb ağzını kilidləyirlər. Marqonu Günəşsiz qoyurlar, özləri isə yaşadıqları kosmik zirzəmilərdən çıxıb Günəşin istisinə sığınır və nəhayət ONUN nə demək olduğunu anlayanda Venera leysanı acı bir həqiqət kimi  başlarına yağır…

"Onlar yeraltı sığınacağın kandarında ayaq saxladılar. Bircə dəqiqə sonra isə çisək leysana çevrildi və qapılar bağlandı. Amma onlar yerlərindən tərpənməyərək göydən yerə qulaqbatırıcı gurultu ilə tökülən leysanın səsini acı-acı dinşədilər. Bu leysan ara vermədən və durmadan yağacaqdı.

— İndi bu, düz yeddi il də yağacaq?

— Hə. Düz yeddi il”.

Və yalnız bundan sonra hamı dinməz-söyləməz və kor-peşiman Marqonu ağzıbağlı dolabdan buraxmağa gedəcək və heç kim də ondan üzr istəməyəcəkdi…

"Bir günə sığan bahar”. Rey Bredberinin bu hekayəsini oxumağa dəyər.

***

Yağış hələ də yağır, amma mən Günəşi tezliklə görəcəyimə əminəm.

Günəşə qənşər!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Kimdir “5-ci kolon” - mənmi, yoxsa Əli Həsənov kimi sapı özümüzdən olan baltalarmı?” 

Ən çox oxunanalar