Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinin mobil operatoru ABŞ bazarına buraxılmır

ABŞ-ın Telekommunikasiya və İnformasiya üzrə Milli İdarəsi (NTIA) Rabitə üzrə Federal Komissiyaya (FCC) tövsiyə edib ki, Çinin rabitə operatoru “China Mobile”ı ABŞ bazarına buraxmasın


Lent.az-ın “The Verge” portalına istinadən verdiyi xəbərə görə, səbəb “China Mobile”ın fəaliyyətinin ABŞ-ın milli təhlükəsizliyinə risk yaratmasıdır.  
 
“China Mobile” dünyanın ən böyük 3-cü mobil operatorudur və bu sahədə yalnız ABŞ-ın AT&T və “Verizon” şirkətlərindən geri qalır. Çin şirkəti ABŞ-da fəaliyyət icazəsi almaq üçün ilk dəfə 2011-ci ildə FCC-yə müraciət edib. Cavab almadıqdan sonra 2013-cü ildə müraciətin təmin olunması xahişi ilə növbəti dəfə Komissiyaya üz tutub. Müraciətə hələ də baxılır.
 
Müraciətin rədd edilməsini istəyən NTIA-in arqumentlərindən biri budur ki, “China Mobile”ın 74%-i Çin hökumətinə məxsusdur. NTIA hesab edir ki, dövlət payı 10%-dən artıq olan bütün şirkətlər yoxlanılmalıdır. Təşkilat həm də ehtiyatlanır ki, “China Mobile” Çin hökuməti tərəfindən kiberhücumlarda istifadə edilən alətə çevrilə bilər. “İcazənin verilməsi ABŞ-ın milli təhlükəsizliyi üçün qəbuledilməz risklər yaradacaq”, - deyə qurumun rəyində bildirilir.
 
Çin hökuməti isə ABŞ-ın bu mövqeyinə etirazını ifadə edib. “Biz ABŞ-ı Çin şirkətlərinə qarşı əsassız fərziyyələrlə təzyiq göstərməyi dayandırmağa, investisiyalar üçün ədalətli şərtlər yaratmağa, qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi üçün daha çox iş görməyə çağırırıq”, - deyə Çin XİN-in bəyanatında qeyd olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar