rezonans

Xəbər xətti

17 İYUN

22:00 57 yaşlı Ucar sakini bıçaqlanaraq öldürülüb

21:54 DÇ-2018-də sensasiya - Almaniya Meksikaya uduzdu - Fotolar

21:48 Əflatun Amaşov Mariya Zaxarovadan yazdı

21:41 Qatili tapana 50 min verəcək

21:35 16 yaşlı oğlan Araz çayında boğularaq öldü

21:29 Tansu Çillərdən Ərdoğana böyük dəstək - mitinqinə gəldi + Video

21:22 Ələt-Astara yolunda qadın sürücü maşını aşırdı

21:15 “Neftçi” Premyer Liqanın bombardirini transfer edib

21:09 Tərtərdə zəhərlənən pambıqçıların vəziyyəti necədir?

21:02 Sumqayıtda usta damdan yıxılaraq ağır xəsarət alıb

20:55 Arvadını vəhşicəsinə döyərək bıçaqlayan şəxs barəsində qərar verildi

20:48 “Taliban” atəşkəs rejimini uzatmaq təklifini qəbul etməyib

20:41 Mətanət “Maşın”ın final gecəsinə çağrılmama xəbərindən danışdı

20:33 Bu il Azərbaycan iqtisadiyyatının real artımı 1,5-1,8 faiz təşkil edəcək

20:25 Portuqaliya ilə oyun öncəsi Mərakeşdə itki

20:19 Göygölə dolu düşdü, təsərrüfatlara ziyan dəydi - Foto

20:11 Saxlanılmış AXCP fəalları azadlığa buraxıldı

20:02 Almaniya və Meksika yığmalarının start heyəti açıqlanıb

19:53 Şabranda yanğın olub - 1 nəfər zəhərənib

19:46 “Maşın” yenidən başlayacaq

19:39 Rusiyada azarkeş xəstəxanalıq olub

19:32 Nazirlikdən xəbərdarlıq

19:25 DÇ-2018: Serbiya minimal hesabla Kosta-Rikanı məğlub edib

19:18 Astarada yük maşınından yıxılan 19 yaşlı gənc ölüb

19:10 Kolumbiyada prezident seçkilərinin ikinci turu başlayıb

19:02 DÇ-2018: Misirli qolkiperdən maraqlı addım

18:55 Milyarder sevgilisindən xəyanətə görə ayrılıb

18:47 Almaniyada hava şarı qəzaya uğradı - 6 nəfər xəsarət aldı

18:40 “Qarabağ” İtaliyadan futbolçu almaq istəyir

18:33 Paşinyanın 40 günü - “stəkanda fırtına” siyasəti bitir

18:26 Mehriban Zeynalova: “Psixoloji zorakılıq bütün ailələrdə müəyyən qədər var”

18:19 Britaniyanın daxili işlər nazirinin telefonu oğurlandı

18:12 Bakıda 10 nəfərdən çox AXCP fəalı saxlanıldı

18:05 Ticarət müharibəsinin əsas döyüşçüsü - Tramp, qalib gələ biləcəkmi?

17:58 40-dan çox miqrantın olduğu qayıq batıb

17:50 Qaçqın problemi Merkelin “başını yedi”

17:43 Şabranda təcili yardım maşını yanıb kül oldu

17:35 Kamboca şahzadəsi və onun həyat yoldaşı yol qəzasına düşüb

17:28 Bakıda velosiped 6 yaşlı uşağı vuraraq xəstəxanalıq edib

17:21 Ekzüperinin məktubundan olan şəkil 240 min avroya satılıb

17:15 Bakıda sakinlərin narazılığına səbəb olan tikinti şirkəti cəzalandırıldı

17:07 Yunanıstan və Makedoniya XİN başçıları saziş imzalayıblar

16:59 Sevgili olduqlarını artıq gizlətmirlər

16:54 Nigeriyada iki partlayış nəticəsində 31 nəfər ölüb

16:48 DÇ 2018: Kosta Rika – Serbiya - start heyətlər

16:41 ABŞ-da sərgidə atışma olub, ölən və yaralananlar var

16:34 Yay tətili: iki fərqli taksist və poliqlot Zülfüqar

16:27 Meksikada yol qəzası zamanı 7 adam öldü

16:20 Ərdoğan bəslədi, kürəkəni görüntünü paylaşdı - Video

16:13 İki uşaq anasını maşınla vurub, öldürən sürücü niyə gizlədilir?

16:06 Bələdiyyə torpaqlarının alqı-satqısı proseduruna dair tələblər müəyyənləşib

15:59 Qarabağ münaqişəsini başlayanlardan biri öldü

15:51 Məsud Özildən sevgilisinə 1 milyonluq hədiyyə

15:44 Binəli Yıldırım “Eurovision”u tənqid edib

15:37 Qlobal məsələ

15:30 İsrail yenə Qəzzanı bombaladı

15:22 Roma Papası abortları nasistlərin cinayətləri ilə eyniləşdirib

15:14 “Əvvəldən plan qurduq ki, maşını mən qazanacam” - Roza

15:07 Bakıda piyadanı vurub qaçan sürücü sakinlər tərəfindən döyülüb

15:00 Azərbaycanlının restoranında dava: Ərəblərlə uruqvaylılar dalaşdılar

14:55 “Qəbələ” ilk legioner transferini həyata keçirdi

14:49 Azərbaycanla Ermənistan arasında son döyüşlərin yeni təfərrüatları

14:43 Qazaxıstanda sərnişin qatarı relsdən çıxıb - Video

14:36 Azərbaycan neftinin qiyməti: 11-15 iyun həftəsinin yekunları

14:29 Türkiyə Antarktikada elmi baza yaratmaq niyyətindədir

14:22 Əfqanıstanda baş vermiş partlayışda ölənlərin sayı 36 nəfərə çatdı

14:15 Nadir Qafarzadə ilk dəfə nikahdankənar övladından danışdı

14:08 Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərlənib

14:00 Bu gün hava necə olacaq?

13:40 Göyçayda minik avtomobili motosikletçini vurub

13:31 Rusiyanın bayramını korlamalıyıq - Ukraynalı nazir

13:23 Pakistanlı mühacir 5 oğlunu Azərbaycan ordusuna göndərmək istəyir

13:18 Xankəndi üzərində Ermənistanın “qırıcı”ları uçmayıb - Rəsmi açıqlama

13:15 DÇ-2018: Kosta-Rika Serbiyaya qarşı

13:08 Hüseynin anası Rozanı məhkəməyə verir

13:01 Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb

12:56 Argentinalı futbolçular azərbaycanlını “öldürəcəkdi”

12:50 Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi

12:43 “Bakılı oğlanlar”dan Məmmədxanovun qızına toy sürprizi - Video

12:37 Səfir ölkəmizdə keçirilən Türkiyə prezidenti və parlamenti seçkiləri haqqında danışıb

12:30 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

12:24 Qadın itkin düşdü, cəsədi ilanın qarnından tapıldı

12:17 Türkiyə ordusu Qəndildə 35 terrorçunu məhv edib

12:10 “Adam kimi boşana bilmədik” dedi, tənqid olundu

12:03 Şamaxıda yük və minik maşınları toqquşub – 2 nəfər ölüb, 3 yaralı var

11:58 PKK təşkilatı İŞİD əsirlərini təhvil verdi

11:52 Cibgirlər dünya çempionatına baxmağa gedən azərbaycanlını soydular

11:46 Ceyms Coysun həyatı haqqında hər şey - Faktlar

11:40 Araz çayında batan İmişli sakininin cəsədi tapılıb

11:34 DÇ-2018: Braziliya və Almaniya mübarizəyə başlayır

11:28 Cinayətdə şübhəli bilinən 17 nəfər saxlanılıb

11:22 Yaponiyada güclü zəlzələ olub

11:16 Moskvadakı qəzada yaralananlardan ikisi azərbaycanlıdır

11:10 İmişli sakini Araz çayında çimərkən boğulub

11:04 İŞİD-çi özünü partlatdı: 26 ölü

10:59 49 yaşlı azərbaycanlı bazarda adamları atəşə tutdu

10:54 Şamaxıda yük avtomobili ilə minik avtomobili toqquşub

10:48 Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb

10:42 Azərbaycanda yaşayan Türkiyə vətəndaşları üçün səsvermə başladı

10:36 “Şansımız vardı, ancaq mən ondan istifadə etmədim” – Messi

10:30 Paşinyan Sarkisyanın oliqarx-quldurlarına qarşı

10:24 Yevlaxda avtomobil naməlum piyadanı vurub

10:18 Ermənistan silahlı qüvvələri atəşkəsi 83 dəfə pozub

10:12 “Paşinyanın Qarabağa səfəri müharibəyə çağırışdır” - Rəsmi Bakı

10:06 Ermənistanda etiraz aksiyası keçirilir

10:00 Azərbaycanlı əsirlərə işgəncə verən general həbs edildi

16 İYUN

21:53 İstanbulda İŞİD əməliyyatı - 30 nəfər saxlanıldı

21:40 Moskvada sürücü avtomobili piyadaların üzərinə sürüb, 8 nəfər xəsarət alıb

21:24 Sürücülər benzinin qiymətinin artırılmasına qarşı etiraza qalxdı

21:10 Əfqanıstanda qanlı bayram: 26 ölü

20:59 Hindistanda yol qəzası: 6 ölü

20:45 “Mən məmur olmaq və dövlətə kömək etmək istəyirdim, amma məni... ”

20:33 Azərbaycan poloçuları Dünya Kubokunun finalında

20:21 Hüseyn Abbas və İlhamədən üzr istədi

20:10 Paşinyan Azərbaycanın işğal altındakı bölgəsinə qanunsuz səfər etdi

19:44 İran prezidentinin maraqlı fotosu yayıldı

19:30 DÇ-2018: Argentina İslandiya yığması ilə bacarmadı

19:17 Bakıda liftdə qalan 11 nəfər xilas edilib

19:08 Güclü sel Quba-Xınalıq yolunda maşını dərəyə aşırıb

19:00 Gizem Karacaya daha bir bəd xəbər



ƏDƏBİYYAT

...

Çingiz müəllimin reaksiyasının doğurduğu məyusluq

Tarix 21.02.18, 10:38

Font ölçüsü : - / +
bitmap-img6

1992-93 illərdə Elçibəy hakimiyyətinin yüksək rəsmisi olarkən Pənah Hüseynin Elmlər Akademiyasının və yaradıcı birliklərin maliyyələşdirilməsini dayandırmağın zəruriliyi haqda fikirləri şəxsən məndə çox neqativ reaksiya doğurmuşdu...


Etiraf edim ki, yaradıcı insanlarla polemikaya girməyi sevmirəm və bunun səbəbi heç də zəiflik, arqumentsizlik deyil. Həmişə nəzərə alıram ki, bir nüsxə də olsa kitab və ya hətta kiçik bir hekayə yazmış insan cəmiyyət, millət üçün çox dəyərlidir və belə insanlara münasibətdə mümkün qədər loyal olmaq lazımdır. Amma başqa bir dəyər də var ki, o, hər şeydən üstündür. Hətta bizim əksər həyat prinsiplərimizdən də. Bu dəyər bəzən şirin, bəzən isə acı, hərdən ağrılı olan həqiqətdir. Həqiqət isə deyiləndə, xatırlananda, ona hörmət olunanda adi bir sözdən yüksək dəyərə çevrilir. Ona görə də heç təsadüfi deyil ki, çoxları ondan bu qədər xoflanır, qorxur, qaçır, ona hücum edir, onu qaralayır, amma bütün bunlara baxmayaraq, həqiqət yaşayır və gec-tez öz yerini tutur.

Son günlər Azərbaycan yazıçılarının, daha dəqiq desək, onların öncüllərindən sayılan hörmətli Çingiz Abdullayevin mətbuatdakı çıxışları məyusluq doğurur. Bəli, yanılmadım, məhz məyusluq, çünki Çingiz müəllimin söylədiyi fikirlərin, arqumentlərin böyük əksəriyyəti ən adi tənqidə belə davam gətirmir və təəssüf doğuran da elə budur. Çünki Çingiz Abdullayev bizim dünyaya təqdim edə, qürur duya biləcəyimiz çox az azərbaycanlı yazıçılardandır. Bu isə hər bir azərbaycanlı üçün son dərəcə həssas məsələdir. Burda bir haşiyə çıxım: 2004-cü ildə ABŞ-a ilk səfərim zamanı San Fransiskonun böyük mağazalardan birində mərhum maestro Çingiz Sadıxovun diskini görəndə o qədər qürur hissi yaşadım ki, hətta yüksək qiymətinə rəğmən həmin diski almağı özümə borc bildim. Sadə bir səbəbdən-mənim milli dəyərimi tərənnüm edən insana ehtiramımı ifadə etmək üçün.

Əlbəttə, barəsində sosial şəbəkələrdə çox yumşaq desək, aşağı əyarlı leksikonda yazılanlara Çüngiz müəllimin ağrılı reaksiyası tamamilə təbii və anlaşılandır. Etiraf edək ki, bu səviyyədə “polemika” heç birimizdə müsbət emosiyalar doğurmaq iqtidarında deyil və doğura da bilməz. Bu, “fenomen” ayrıca bir mövzunun predmetidir və bu gün görünənlər də artıq nəticədir. O nəticə ki, ona gətirən yolda, yəni, söyüş, təhqir, qarayaxma, şər, böhtan polemika vasitələrinə çevriləndə istisnasız olaraq hər birimiz buna laqeydlik göstərdik. Bir çoxlarımız isə həmin tendensiyalar başlayanda bəzən ürəyimizdə bu “kirli texnologiyalara” bir növ əsas da tapmağa çalışdıq. Halbuki, kəsərli ziyalı sözünə çox kəskin ehtiyac da elə o zaman vardı, amma bunu eşitmədik, demədik. Necə deyərlər, o qatar getdi, keçmiş olsun. Amma bugünkü siyasi mövqeyini “30 ildir tanıyıram, kitablarımı oxuyub” kimi məişət xarakterli dəlillərlə əsaslandırıb, sonra özünə “xalqın ziyalısı” demək də çox məntiqli görünmür, çünki xalqın ziyalısı xalqın yanında olur, uzaqbaşı bunu da bacarmayanda xalqla hakimiyyətin arasında. SSRİ dönəmində “sovet ziyalısı” anlayışı vardı və bu, o zamankı ziyalıları daha dəqiq ifadə edirdi, çünki o ziyalılar çox az istisnalarla sovet ideologiyasına, sovet hakimiyyətinə xidmət edirdilər. Bir çox hallarda isə sovet hakimiyyəti onları özü yetişdirir, cəmiyyətə təqdim edirdi və elə ona görə də SSRİ-nin süqutundan sonra onlar köhnə vərdişləri üzrə yeni yaranan müstəqil dövlətlərin hakimiyyətlərinə sığınmalı oldular. Başqa cür ola bilməzdi və olmadı da. Amma bu gün elə bu səbəblərdən də əksər postsovet cəmiyyətlərində yaradıcı sözü, ziyalı nümunəsi böhranı yaşanır. Bir çoxları isə hələ də sovet şinelindən çıxa bilmir, ziyalılığı, elitarlığı sadə xalqdan seçilmək kimi anlayaraq mənsub olduğu xalqın dilini, ənənələrini, həyat tərzini qəbul edə bilmir. Sanki, heç cür anlamaq istəmirlər ki, məsələn, Azərbaycan dili biliklərini artırmağa cəhd etməyərək rus dilində danışmağa üstünlük vermək heç də elitarlıq göstəricisi deyil. Bu da müstəqil Azərbaycan dövlətinə müxtəlif ölkələrdən 3-5 illiyə işləməyə gələn əcnəbilərin azərbaycan dilini həvəslə öyrəndiyi bir vaxtda. Danışmaq istəyəndə, danışa biləndə və nəhayət sevəndə bütün dillər gözəldir, ana dili isə həm də doğmadır. Nəhayət, ziyalının görmüş olduğu hansısa işi dilinə gətirməsi bir növ sovet dövrünün nimdaş hesabatlarını xatırlatmaqla yanaşı, həm də nə bizim milli, həm də ümumbəşəri dəyərlərlə heç cür uzlaşmır. Amma digər tərəfdən də vaxtilə müdafiə etdiyi müxaifət liderindən, informasiya agentliyi direktorundan qarşılıq görmədiyindən gileylənən ziyalının xalqın yanında olmaması bəlkə də daha yaxşıdır. Təsəvvür edirsiniz, xalqın üzləşdiyi çoxsaylı sosial, iqtisadi, hüquqi, mənəvi və s. problemlərə münasibət bildirmiş ziyalı bunu həmin xalqın başına gündə neçə dəfə taqqıldadırdı? Üstəlik də onun kitablarını oxumayan, daha doğrusu, almağa və oxumağa imkanı olmayan, ətrafında baş verənlər mənəvi-əxlaqi xaosdan ailəsini, özünü, qürurunu və mənliyini qorumaq üçün hər kəsdən üz döndərib özünə qapılmış xalqın. Bir də bütün bunlara ziyalı mövqeyini görmək istəyən, amma görə bilməyən xalqın. Bəlkə elə buna görə də özünü “xalqın ziyalısı” adlandırmaq lazım deyil, çünki bir çox ziyalıların xalqdan xəbəri olmadığı kimi, xalqın da onlardan umacağı yoxdur.

Bəzilərinin kitabları yandırmaq çağırışlarına da Çüngiz müəllimin reaksiyası məyusluq doğurur. Belələrinə reaksiya verməməkdənsə, hörmətli yazıçımız bildirir ki, bunu etsəydilər, o da, yazıçı həmkarı Anar da tarixdə kitabı yandırılmış yazıçılar kimi qalardılar. Amma tarixin özü deyir ki, çox yaxın keçmişdə Əkrəm Əylislinin kitabları hitlersayağı yandırılanda həmin vandalizmə susmaqla kifayətlənməyib, üstəlik, yazıçını AYB-dən xaric edənlər tarixdəki yerlərini artıq onda müəyyənləşdiriblər. Halbuki, Əkrəm Əylislinin “Daş yuxular”ının nə qədər ədalətsiz və bizim heysiyyatımıza toxunan olmasına baxmayaraq, yazıçının kitablarını yandırmaq buna adekvat reaksiya deyildi. Deməli, başqa cür də davranmaq olardı və o zaman Əkrəm Əylislinin mövqeyini kəskin tənqid edən məqalə ilə də (“Bizim yol” qəzetində), ona qarşı atılan adıımların tənqidi ilə də (Moskvada nəşr olunan “Novoye vremya” jurnalında) çıxış etmiş biri kimi əmin edirəm ki, buna görə heç kəsi asıb-kəsmirlər.

Nəhayət, bu gün ən səthi araşdırmalar azərbaycanlıların təkcə biznesdə və iqtisadiyyatda deyil, elmdə, təhsildə, incəsənətdə də xarici ölkələrdə Azərbaycandakından daha uğurlu olması faktını ortaya qoyur. Bunun səbəbləri və yaxın on il üçün nəticələri haqqında düşünmək də ziyalıların qayğısıdır, sadə xalqın yox. Onun başqa qayğıları onsuz da yetərincədir. Günü-gündən xaosa sürüklənən dünyada ölkənin gələcək yeri, təhlükəsizliyi haqda düşünmək, bu mövzularda cəmiyyətdə diskussiyalar açmaq, optimal çıxış yolları aramaq da məhz ziyalıların borcudur. Məşhur bir tarixi şəxsiyyətin dediyi kimi: “bu, o qədər ciddi işdir ki, onu siyasətçilərin öhdəsinə buraxmaq olmaz”. Qaldı kimin kimə səs verməsinə, hər kəs bilir ki, bu, ümumiyyətlə çəkişmə, dartışma mövzusu deyil, çünki onsuz da heç nəyi həll etmir. Amma bütün bəlalarda onsuz da küncə sıxılmış mətbuatı ittiham eləməyə gəlincə, məncə buna heç birimizin haqqı yoxdur. Xüsusilə də söz, ifadə, mətbuat azadlığı üçün bir dəfə də olsa səsini çıxarmayanların. Zamanında həmin mətbuatı küncə sıxmağa imkan verməsəydik bu gün mətbuatımız da başqa cür olardı, ona münasibətimiz də. Jurnalistlərin üzünə telefonu qapamaq və ya onları “axmaq” adlandırmaq isə mövcud vəziyyətdən çıxış yolu deyil.

Son olaraq elm, ədəbiyyat, incəsənət sahəsində son 25 ilin nəticələrinə baxdıqda istər-istəməz düşünürsən ki, bəlkə o vaxt Pənah Hüseyn haqlı imiş?!

Ərəstun ORUCLU

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


Müəllifin digər yazıları

design-img

Vernisaj

İsrail yenə Qəzzanı bombaladı

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Azəravtoyol sahibkarlara müharibə ean edib

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru